DNT Ensiklopediyasının Dili


Cəmiyyətin həyatı informasiya axını və rabitə üzərində qurulub. Fərdlər və nəsillər arasında informasiya ötürülməsində ən əsas vasitə isə dildir. Dil müəyyən şifrlər, yəni hərflərdən təşkil olunur. Azərbaycan dili 32 hərfdən, başqa sözlə, 32 şifrdən təşkil olunmuş dildir. Bu şifrlər sözləri, sözlər də cümlələri əmələ gətirir. Məlumat ötürülməsi və saxlanması bu şifrlər vasitəsilə həyata keçirilir.

Hüceyrənin dili də buna bənzəyir. İnsanın bütün fiziki xüsusiyyətləri bu dil vasitəsilə şifrlənərək hüceyrənin nüvəsində saxlanılır və bu dil sayəsində hüceyrə həmin məlumatlardan istifadə edir. Bu dil DNT adlı idarəedici molekulun dilidir. Dörd hərfli DNT dili A, T, Q və S hərflərindən təşkil olunub. Hər hərf nukleotid adlanan dörd ədəd azotlu əsasdan birini təşkil edir. Milyonlarla azotlu əsas mənalı ardıcıllıqla üst-üstə düzülərək DNT molekulunu əmələ gətirirlər.

dna, nukleotid
1. Şəkər – Fosfat
2. Hidrogen Bağları
3. Baz
4. Heliksin bir sarmalının uzunluğu – 3.4 nm =0.000034 mm
Şəkil 2.2 DNT sarmalının iki fərqli təsviri

Məhz nüvədəki məlumat bankında məlumatlar bu şəkildə saxlanılır. Biz bu məlumat bankındakı şifrləmə sistemindən bəhs edərkən asan başa düşülməsi üçün DNT-ni təşkil edən nuklein turşusu molekullarını “hərf” adlandıracağıq. Bu hərflər qarşılıqlı qoşalaşır və bir pillə əmələ gətirirlər. Pillələr isə üst-üstə düzülərək genləri təşkil edirlər. DNT molekulunun bir hissəsi olan hər gen insan bədənindəki müəyyən xüsusiyyəti tənzimləyir. Boyun uzunluğu, göz rəngi, burun, qulaq və başı əmələ gətirən maddələr və bunların forması kimi müxtəlif xüsusiyyətlər genlərin əmri ilə meydana gəlir. Bu genlərin hər birini bir kitabın səhifəsinə bənzədə bilərik. Səhifələrdə isə A-T-Q-S hərflərindən təşkil olunmuş yazılar var.

İnsan hüceyrəsindəki DNT-lərdə 200.000-ə yaxın gen var. Hər gen zülalların növünə görə 1000-186.000 ədəd nukleotidin xüsusi ardıcıllıqla düzülüşündən təşkil olunur. Bu genlərdə insan bədənində fəaliyyət göstərən təqribən 200.000-ə yaxın zülalın şifrləri var və bu zülalların sintezini tənzimləyirlər.

Bu 200.000 genin saxladığı məlumat DNT-dəki ümumi məlumatın yalnız 3%-ni təşkil edir. Geridə qalan 97%-lik hissə isə, hazırki dövrdə hələ də sirrini qorumağa davam edir. Son illərdəki tədqiqatlar bu 97%-lik naməlum hissədə bədəndəki çox qarışıq fəaliyyətlərə rəhbərlik edən mexanizmlər və hüceyrənin varlığını davam etdirməsiylə əlaqədar mühüm məlumatlar olduğunu göstərmişdir. Lakin hələ qət ediləcək çox yol var.

dna, nukleotid
(Şəkil 2.3) Adenin, timin, sitozin və quanin bazlarının DNT içərisindəki düzülüşü. Bazlar qarşılıqlı olaraq hidrogen bağları ilə bağlıdırlar. Birbirlərinə bağlanan bu bazların sıralamaları həyatın dilini meydana gətirir.

Genlər xromosomlarda yerləşir. Hər insan hüceyrəsinin (reproduktiv hüceyrələr istisna olmaqla) nüvəsində isə, 46 xromosom var. Hər bir xromosomu, gen səhifələrindən ibarət olan bir cild ensiklopediyay bənzətsək, hüceyrədə insanın bütün xüsusiyyətlərini özündə saxlayan 46 cildlik bir “hüceyrə ensiklopediyası” vardır deyə bilərik. Daha əvvəlki ensiklopediya nümunəsini xatırlasaq, bu hüceyrə ensiklopediyası tam 920 cildlik “Britannika Ensiklopediya”sının özündə saxladığı məlumatla ekvivalentdir.

Hər bir insanın DNT-sindəki hərflər fərqli düzülmüşdür. İndiyədək yer üzündə yaşamış milyardlarla insanın hamısının bir-birindən fərqli olmalarının altında yatan səbəb də budur. Orqanların və üzvlərin təməl quruluş və funksiyaları hər insanda eynidir. Lakin hər kəs o qədər incə fərqlərlə, o qədər təfərrüatlı və xüsusi yaradılır ki, bütün insanlar tək bir hüceyrənin bölünməsiylə meydana gəldikləri və eyni təməl quruluşa sahib olduqları halda, milyardlarla fərqli insan ortaya çıxmışdır.

Bədənimizdə olan bütün orqanlar genlərin verdiyi bir plan əsasında əmələ gətirilərlər. Bir neçə nümunə versək; elm adamlarının tərtib etdikləri bir gen atlasına əsasən bədənimizdə, dəri 2559, beyin 29930, göz 1794, tüpürcək vəzisi 186, ürək 6216, sinə 4001, ağciyər 11581, qaraciyər 2309, bağırsaq 3838, skelet əzələsi 1911 və qan hüceyrələri 22092 gen tərəfindən tənzimlənir.

DNT-dəki hərflərin düzülüş ardıcıllığı insanın quruluşunu ən incə təfərrüatlarına qədər müəyyənləşdirər. Boy uzunluğu, göz, saç və dəri rəngi kimi xüsusiyyətlərlə yanaşı, bədəndəki 206 sümüyün, 600 əzələnin, 10 000 eşitmə siniri şəbəkəsinin, 2 milyon optik sinir şəbəkəsinin, 100 milyard sinir hüceyrəsinin  (əlavə haşiyə: http://encarta.msn.com/encyclopedia_761566878/Circulatory_System.html) və 100 trilyon hüceyrənin planları bircə hüceyrənin DNT-sində mövcuddur.

Bu məlumatlardan sonra düşünək: bir hərf belə onu yazan olmasa, əmələ gəlmədiyinə görə, insan hüceyrəsindəki milyardlarla hərf necə meydana gəlib? Bu hərflər necə bu qədər mükəmməl və mürəkkəb orqanizmin mükəmməl planını təşkil edəcək nizamda, ardıcıl və mənalı şəkildə düzülüb? Əgər bu hərflərin ardıcıllığında kiçik bir xəta olsaydı, qulağınız qarnınızda yerləşər və ya gözləriniz dabanlarınızda olardı. Əlləriniz arxanıza yapışmış olaraq doğular, əlil kimi yaşayardınız. Hal-hazırda, qüsursuz insan kimi həyatınıza davam etməyinizin sirri DNT-lərinizdə saxlanan 46 cildlik ensiklopediyadakı milyardlarla hərfin ardıcıl və xətasız düzülməsindədir. Əlbəttə, bu hərflər öz şüur və iradələri ilə belə düzülməyiblər. Burada hərf adlandırdığımız genlər, üstün ağıl və sonsuz elm sahibi Allahın yaratmasıyla var olmuşdur. Təsadüf sözünü mənasız edən bu fövqəladə düzülüş, Allahın mükəmməl yaratmasının bir nəticəsidir:

O Allah ki, yaradandır, (ən gözəl şəkildə) mükəmməl olaraq var edəndir, “forma və surət” verəndir. Ən gözəl adlar Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onu təqdis edir. O, Əzizdir, Hakimdir. (Həşr surəsi, 24)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma