Dünyanın ən təkmilləşmiş fabriki


Hüceyrədəki sintez sistemini, dünyada hələ də bənzəri qurula bilməmiş, olduqca qabaqcıl texnologiya ilə, işləyən xəyali bir fabrikə bənzədə bilərik. Bu xəyali fabrik, çox sayda təkmilləşmiş strukturlardan ibarət olan və hər struktur da müxtəlif texnologiya məhsulları çıxardan nəhəng bir fabrikdir. Məhsullarının bir hissəsini öz daxili quruluşunda istifadə edər, bir hissəsini də, bir-biri ilə, birləşdirib yeni istehsal maşınları hazırlayar. İstehsal etdiyi məhsulların bir çoxunu da xammal və maşın halında çölə göndərər. İstehsal prosesində ən az tullantı meydana gətirməklə, ən yüksək səmərəni əldə edər. Yer üzündə heç bir fabrikin bacara bilməyəcəyi qədər ətraf mühiti qoruyur. Tullantılarını özü yox edərək, ətraf mühiti demək olar ki, heç çirklətməz.

Fabrikdəki istehsal və əməliyyat sistemləri mükəmməl şəkildə dizayn edilmişdir. Rəhbərlər, mühəndislər, işçilər, bir sözlə, bütün işçilər, vəzifələrini ən mükəmməl şəkildə yerinə yetirən üstün xüsusiyyətli robot və kompyuterlərdən meydana gəlmişdir. Bu kompyuter və robotlar isə, bənzərlərinə ancaq elmi-fantastik filmlərdə rast gələ biləcəyimiz dərəcədə təkmilləşmişdirlər.

Məhz hüceyrədəki sintez prosesi də, eynilə bu xəyali fabrikdəki kimi gedər. Fabrikdəki robotların və maşınların yerini hüceyrədə, “ferment” adlandırılan, xüsusi əməliyyatlar üçün mütəxəssisləşmiş mürəkkəb quruluşlu zülal molekulları tutar. Fabrikdəki, məlumatları toplayan və idarəetməni təmin edən kompyuterlər müqabilində, bu prosesləri hüceyrədə, bu mövzuda mütəxəssisləşmiş, çox sayda atomların birləşməsindən meydana gəlmiş, bir qədər böyük, spiralvarı bir molekul tərəfindən həyata keçirilər: “DNT” molekulu.

DNT-nin Gizli Aləmi

Bir texnologiya məhsulunun istehsalında və ya bir müəssisənin qurulmasında və idarə olunmasında bəşər oğlunun əsrlər ərzində qazandığı bilik və təcrübədən istifadə edilər. Dünyanın ən qabaqcıl və mürəkkəb müəssisəsi olan insan bədəninin meydana gətirilməsi üçün, lazımi bilik və təcrübə isə DNT-də gizlənmişdir. Burada vurğulanması lazım olan mühüm xüsus, DNT-in hələ ilk insandan etibarən hazırki mükəmməllik və mürəkkəbliyi ilə birlikdə meydana gəlməsidir. Heyrətamiz quruluş və xüsusiyyətləriylə, belə bir molekulun, təkamülçülərin iddia etdiyi kimi təsadüflər nəticəsində meydana gəlməsinin nə qədər məntiqsiz olduğunu növbəti sətirləri oxuduqca siz də daha dəqiq görəcəksiniz.

DNT, hüceyrənin ortasında yerləşən nüvədə diqqətlə qorunur. İnsanda (sayları 100 trilyona çatan) hüceyrələrin orta diametrinin 10 mikron (bir mikron millimetrin mində bir hissəsidir) olduğu xatırlansa, nə qədər kiçik bir yerdən danışıldığı daha yaxşı aydın olar. Bu möcüzəvi molekul Allahın yaratma sənətindəki mükəmməllik və fövqəladəliyin açıq dəlilidir. Belə ki, təkcə bu molekulu araşdırmaq və hələ də çox az hissəsi məlum olmuş sirlərini araşdırmaq üçün xüsusi elm sahəsi belə yaradılmışdır: “Genetika”… 21-ci əsrin elmi kimi qəbul edilən genetika, sahib olduğu hər cür texnoloji imkanlara baxmayaraq, DNT-nin sirrini açmaq mövzusunda hələ iməkləmə mərhələsindədir.

Nüvədəki Həyat

İnsan bədəni bir struktura bənzədilsə, bədənin ən incə nöqtəsinə qədər tam plan və layihəsi, bütün texniki təfərrüatlarıyla birlikdə hər hüceyrənin nüvəsindəki DNT-də mövcuddur.

İnsanın ana bətnindəki və doğumundan sonrakı bütün inkişaflar əvvəlcədən yazılmış bir proqram çərçivəsində tənzimlənər. İnsanın inkişafındakı bu mükəmməl tənzimləmə Quranda belə bildirilir:

Bəlkə insan “özbaşına və məsuliyyətsiz” qoyulacağını güman edir? Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi? Sonra laxtalanmış qan (rüşeym) oldu, tam o əsnada (Allah onu) yaratdı və ona müəyyən nizam içində surət verdi. (Qiyamət surəsi, 36-38)

Hələ ana bətnində yeni mayalanmış bir yumurta hüceyrəsi olarkən, gələcəkdə sahib olacağımız bütün xüsusiyyətlər Allah tərəfindən müəyyənləşdirilmiş və “müəyyən nizam içində” DNT-lərimizə yerləşdirilmişdir. Otuz yaşına çatdığımız vaxt, sahib olacağımız boy, rəng, qan qrupu, üz forması kimi bütün xüsusiyyətlərimiz otuz il doqquz ay əvvəldən, yəni mayalandığımız andan etibarən ilkin hüceyrəmizin nüvəsində kodlaşdırılmışdır.

DNT-dəki bu məlumatlar yalnız bir qədər əvvəl toxunduğumuz fiziki xüsusiyyətləri müəyyənləşdirməz. Həmçinin hüceyrə və bədəndəki minlərlə fərqli hadisəyə və sistemə də nəzarət edər. Məsələn, insanın qan təzyiqinin aşağı, yüksək və ya normal olması belə DNT-dəki məlumatlardan asılıdır.

hücre çekirdeği
(Şəkil 2.1) Hüceyrənin ortasındakı hüceyrə nüvəsinin sxemi

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma