Hüceyrədəki zülal sintezi


Qida yoluyla qəbul edilən zülallar birbaşa insan bədəninin tərkib hissəsinə çevrilmirlər. Əvvəlcə, hüceyrədəki xüsusi laboratoriyalara aparılır və burada “amin turşusu” adlanan daha kiçik molekullara parçalanırlar. Daha sonra isə bu amin turşuları, hüceyrə DNT-sində şifrləri mövcud olan 200.000-ə qədər zülal növündən həmin anda lazım gələnləri əmələ gətirmək üçün yeni formalarda düzülürlər. Hər mərhələsi ayrı bir möcüzə olan bu mürəkkəb əməliyyatlar ardıcıllığı “zülal sintezi” adlanır. Bu əməliyyatlar arasında da onlarla ara əməliyyat icra olunar. Bu əməliyyatlar insanın gündəlik həyatında, özünün heç xəbəri olmadan bədənindəki 100 trilyon hüceyrənin demək olar ki, hamısında hər an təkrarlanır.

Gözlə görülə bilməyən nəhəng fabrik

dna kopyalanması, transkripsiyon, rna polimeraz, rna
1. RNT polimeraz  fermenti
2. Transkripsiyon (kopyalama) yönü
3. mRNT meydana gəlir
4. Başla əmri
5.Durdur əmri
6. Transkripsiyon (Kopyalama)
7. Kopyalanmış RNT (Mesajcı RNT)
DNT-nin kopyalanması:
(Şəkil 3.1) RNT polimeraz fermenti DNT üzərindən lazımi məlumatları kopyalayır. Buna transkripsiyon (kopyalama) deyilir. Kopyalanan RNT hissəsi üzərindəki məlumatlara əsasən istehsala başlamaq üçün ribosomlara aparılır.

Bu mövzunu daha yaxşı anlaya bilmək üçün, fabrik nümunəsini xatırlayaq; hüceyrə daxilində zülal sintezi üçün yaradılmış nizamı nəhəng bir fabrikə bənzətmişdik. Bu nəhəng fabrik yüzlərlə növ məhsulu, məsələn, reaktiv təyyarəni, televizoru, kosmik gəmini, dializ aparatını, həmçinin bunların minlərləsini eyni anda istehsal edə bilər. Əlbəttə, yer üzündə bu qədər fərqli məhsulu mükəmməl şəkildə istehsal edə biləcək fabrik yoxdur. Lakin biz hüceyrədəki istehsal prosesinin mükəmməlliyini izah edə bilmək üçün, hüceyrə ilə bənzər xüsusiyyətlərə və qabiliyyətlərə sahib elmi-fantastik bir fabrik modeli xəyal edək.

Belə nəzəri bir fabrik bu cür işləməlidir: Fabrik kənardan gələn bir əmrlə, məsələn, bir döyüş təyyarəsi qayırmaq qərarı verər. Təyyarənin texniki hesabları digər bütün məhsulların texniki ölçü və hesablarıyla birlikdə fabrikin kompyuterdə saxlanmışdır. Kompyuter bütün bu hesab və ölçü məlumatlarını quraşdırmaq və istehsal robotlarının anlaya biləcəyi planlara çevirər. Bu planlar xüsusi rabitə sistemiylə quraşdırma robotuna göndərilər.

Quraşdırma sistemi diqqətlə təyyarəni qayırmağa başlayar. Təyyarənin hər bir hissəsi, təkcə həmin hissədən məsul olan mütəxəssis tərəfindən quraşdırma robotuna gətirilər və əlaqədar yerlərə quraşdırılar. Ediləcək ən kiçik səhv təyyarənin düşməsinə səbəb olacaq; lakin sistem səhv etməz. Müstəsna halda, xətalı bir məhsul istehsal edilsə, bu məhsul həssas kontroller tərəfindən tezliklə müəyyənləşdirilər və mütləq dövrədən kənarlaşdırılar. Üstəlik, xətalı məhsul, hissələrinə ayrılaraq bu hissələrdən təkrar istehsal prosesində yenidən istifadə olunar. Heç nə israf edilməz. Fabrik eyni mühitdə, yüzlərlə təyyarə, dializ aparatı, kompyuter, avtomobil kimi bir-birindən fərqli məhsulları eyni anda çıxara bilir. Bu məhsulların bəzilərindən özü istifadə edər, bəzilərini isə satar.

Hüceyrədəki təşkilatlanma bu elmi-fantastik nümunədən olduqca mükəmməldir. Başda da ifadə etdiyimiz kimi, insan bədənində bir-birindən fərqli 200.000 zülal növündən istifadə edilir və bunların hamısı hüceyrələrdə sintez olunur. Bütün hüceyrələrdə bütün zülalların istehsal planları mövcuddur. Buna baxmayaraq, hüceyrə yalnız öz daxilində istifadə edəcəyi və kənara göndərəcəyi zülallara dair məlumatı öz DNT-sindən seçər və bunun əsasında sintez edər. Sintez edilən zülallar arasındakı funksional fərqlər isə, ən azı bir təyyarə ilə televizor arasındakı fərq qədər böyükdür.

Zülal Sintezi Necə Baş Verir?

◉ Bədəndə hər hansı bir zülala ehtiyac duyulduğu zaman, bunu sintez edəcək hüceyrə və ya hüceyrələr bir sıra mürəkkəb əməliyyatlar icra etmək üçün fəaliyyətə keçərlər. Bu, hüceyrənin öz daxilində istifadə edəcəyi və ya özündən kənarda istifadə edilmək üçün, göndərəcəyi bir zülal növü ola bilər. Öz daxili quruluşu ilə əlaqədar bir zülalının sintezinə hüceyrə özü qərar verdiyi halda, kənarda istifadə ediləcək bir zülalın sintezi üçün o hüceyrəyə zülal kimi xüsusi elçilərlə xəbərdarlıq gələr.

◉ Qeyd olunan zülalın quruluşu barəsində hər cür məlumat hüceyrənin nüvəsindəki DNT-də şifrlənmişdir. Sintez ediləcək zülalla əlaqədar bütün lazımi məlumatlar bir xeyli fermentin köməyi ilə DNT-dən nüsxəsi çıxarılaraq DNT üzərində zolaq halında bir RNT molekulu əldə edilir. Artıq zülal RNT-nin DNT-dən nüsxəsini çıxartdığı bu məlumatlar əsasında sintez olunacağı üçün bu RNT məlumat RNT-si (mRNT) adlandırılır. (şəkil 3.1)

mesajcı rna, rna, amino asit, ribozom
1. Başlama əmri
2. Bitmə əmri
3. Birinci Kodon
4. İkinci Kodon
5. (mRNT)
6. Antikodon
7. Amin turşusu bağlanmış daşıyıcı RNT
8. Amin turşusu
(Şəkil 3.2) mRNT üzərindəki hər üç şifrə bir amin turşusunu təmsil edir. Hər amin turşusu özünə aid daşıyıcı RNT tərəfindən ribosoma gətirilir.

◉ Məlumatları alan məlumat RNT-si, hüceyrənin əsas istehsal maşını olan ribosomlardan birinə üz tutar. Ribosom, məlumat RNT-sinin zolağının başlanğıc ucundan məlumatları oxumağa başlayar. DNT-dəki üç hərfdən ibarət olan şifrlərin hər biri zülal zəncirinin halqalarından olan bir amin turşusunu təmsil edər.

◉ Ribosom, məlumat RNT-sindən öyrəndiyi düzülüş qaydası əsasında halqaları (amin turşuları) birləşdirər və zənciri meydana gətirər.

◉ Ribosoma halqaları (amin turşularını) tək-tək, nəqliyyat RNT-si (n-RNT) adlı molekullar gətirər. Hər nəqliyyat RNT-si özünə məxsus xüsusi bir halqanı (amin turşusu) daşıyar. Nəqliyyat RNT-sinin bir ucunda daşıdığı amin turşusu, digər ucunda isə, yükünü qoyacağı ünvanı yazan şifr (antikodon) mövcuddur. (şekil 3.2)

◉ Ribosoma gələn nəqliyyat RNT-si əlindəki ünvanın təsvir etdiyi məlumat RNT-sinin qəlibinə əyləşər. Üzərindəki amin turşusunu buraxar və ribosomdan ayrılar. Ribosom qəlib üstündə bir şifr (üç hərf) sürüşər. Yeni şifrin ünvanına sahib digər bir daşıyıcı RNT gəlib qəlibə oturar və o da öz amin turşusunu buraxar. Qəlibdəki bütün şifrlər oxunduqda amin turşuları bir-birləriylə bağlanmış və zülal molekulu meydana gətirmiş olar.

Sizin də təxmin edəcəyiniz kimi, yuxarıda bir neçə cümlə ilə, mümkün qədər ümumi şəkildə qeyd etdiyimiz bu proses əslində olduqca mürəkkəb ara əməliyyatlar nəticəsində icra olunar. İncəliklərə getdikcə görülən möcüzəvi əməliyyatlar ağlın qavrama hüdudlarından çox kənara çıxır. Həmçinin bizi bəzi çox mühüm suallarla qarşı-qarşıya qoyur.

İlk sual zülal sintezinin ilk anında ağla gəlir. Gözlə görülə bilməyən, şüursuz molekullardan ibarət olan hüceyrə, hansı iradə ilə bir şey sintez etmə qərarı verir? Çünki qərar vermə qabiliyyəti, düşünə bilən, qiymətləndirmə apara bilən şüurlu canlılara məxsus bir xüsusiyyətdir. O zaman, karbon, hidrogen, oksigen və azot atomlarından meydana gəlmiş molekullar necə qərar vermə qabiliyyətinə sahib ola bilərlər. Əlbəttə ki, bu qabiliyyətin sahibi şüursuz molekullar deyil, bu qərarı verib hüceyrəyə ilham edən, hüceyrəni də bu qərar əsasında işlədən başqa bir güc sahibi var.

ribozom, protein, protein sentezi
A. İSTEHSAL KOMPLEKSİ (Bir mRNT istehsal ilk daşıyıcı RNT-nin bağlanma nöqtəsi ikinci daşıyıcı RNT-nin bağlanma nöqtəsi etmək üçün iki hissədən meydana gələn ribosoma birləşib)1. Başlanğıc üçün bir daşıyıcı RNT, ribosomun kiçik hissəsəinə bağlanır. 2. Ribosom hissəsi mesajcı RNT-nin başlanğıc şifrələri olan (AUG)-nin olduğu hissəyə oturur.
3. Ribosomun böyük hissəsi kiçik ribosom hissəsinə bağlanaraq istehsal edə biləcəkləri ribosom kompleksini təşkil edirlər.
4. Ribosoma gələn tRNT-nin və mRNT-nin yerini göstərən şəkil.
5. Protein sintezinin başlamasını əmr edən (UAG) şifrəsinə qarşı gələn amin turşusunun daşıyıcı RNT tərəfindən gətirilməsi ilə protein sintezi başlayır.
6. İkinci kodona uyğun gələn amin turşusu tRNT ilə ribosoma gətirilir.
7. mRNT (Mesajcı RNT-nin) birləşmə bölgəsi
8. İlk daşıyıcı RNT-nin bağlanma nöqtəsi
9. İkinci daşıyıcı RNT-nin bağlanma nöqtəsi
10. mRNT
11. tRNT
Şəkil 3.3 a Protein sintezi üçün sitoplazmada: amin turşuları, daşıyıcı RNT-lər ribosomların alt və üst hissələri olur
ribozom, protein sentezi, protein, hücre
12. mRNT
13. Böyüyən polipeptit zənciri
14. Ribosomu meydana gətirən hissələr ayrılır
15. BAŞLA ƏMRİ
16. DURDUR ƏMRİ
17. Protein istehsalı tamamlanır
18. Başlanğıc əmrinin şifrəsini daşıyan ilk daşıyıcı RNT ilə amin turşu arasındakı əlaqə qopur. Yan-yana düzülən amin turşuları arasında peptit əlaqə qurulur.
19. Ribosom mesajı RNT üzərində bir addım sürüşür. Növbəti addımın təmsil etdiyi amin turşusu yenə özünə aid daşıyıcı RNT tərəfindən ribosoma gətirilir.
20. Üçüncü amin turşusu ilə ikinci arasında yenə peptit əlaqəsi qurulur. Ribosom bu şəkildə sürüşərək şifrələri oxuması və hər addıma aid amin tuşusunun ribosoma gətirilməsi ilə protein tamamlanır.
Şəkil 3.3 b

Qərar mərhələsindən sonra sıra məlumat RNT-sinin DNT-dəki məlumatları oxumasına gələr. RNT-in sintezindən məsul olan ferment DNT pilləsindən yalnız istənilən zülala məxsus məlumatı tapar. Bəlkə də, “tapar” demək asandır, lakin bəhs etdiyimiz əməliyyat fövqəladə dərəcədə çətindir. Çünki, DNT-dəki lazımi məlumatı tapmaq, 900 pilləlik bir məlumatı 5 milyard pillə arasından tapıb çıxartmaq deməkdir. Bu, 20 cildlik bir ensiklopediyanın, hər hansı bir səhifəsində qeyd olunmuş, yarım sətirlik xüsusi bir yazını, heç bir tərif olmadan həmin anda tapmağa bənzəyər. Buna baxmayaraq, bu problem hüceyrədə yenə ağlasığmaz bir üsulla həll edilmiş və lazımi asanlıq təmin edilmişdir: DNT üzərindəki lazımi hissə müəyyən başlanğıc və bitmə kilidi ilə işarələnilmişdir. Ferment bu kilidləri tapar.

Yenə bir sualla qarşılaşırıq; təkcə fermentin anlaya biləcəyi bu kilidləri tam lazımi yerlərə kim yerləşdirmişdir? Yaxud fermenti, gələcəkdə bu kilidləri tanıyacaq xüsusiyyətlərə sahib şəkildə kim yaratmışdır?

Şübhəsiz ki, bu sualların cavabı aydındır: Bu mükəmməl sistemləri yaradan, hər incəliyi olmalı olduğu yerə yerləşdirən və bütün bunların bir-biriylə uyğunluq içində işləməsini təmin edən, bütün canlıların Yaradıcısı olan sonsuz elm sahibi uca Allahdır.

Hər Cür Lazımi Tədbir

Fermentlər bu əməliyyatlar əsnasında, təkcə əlaqədar məlumatı tapmaqla kifayətlənməz, həmçinin bu məlumatın nüsxəsinin sürətlə çıxarılmasını da təmin edərlər. Həmçinin, bəzi fermentlər çox mürəkkəb quruluşa sahib olan DNT-nin nüsxəsinin çıxarılması əsnasında yarana biləcək problemlərin qarşısını alarlar. DNT-nin bükülmüş və sarılmış bir nərdivan kimi olduğuna toxunmuşduq. Nüsxə çıxarılan vaxtı, DNT-dəki məlumatların oxuna bilməsi üçün, pillələr bir ferment tərəfindən açılar. Bu açılma elə sürətlə baş verər ki, DNT-nin sürtünmədən ötrü isinib yanma təhlükəsi yaranar. Lakin bu təhlükə də əvvəlcədən alınmış bir tədbir sayəsində aradan qaldırılar. Xüsusi bir ferment DNT-nin oxunan spiralını iki ucundan tutaraq bu sürtünməyə imkan verməz. Yenə xüsusi fermentlər sayəsində DNT-nin nüsxəsi çıxarılan zaman, açılma vaxtı, bir-birinə dolaşmasının və dolam-dolaşıq olmasının qarşısı alınar.

Bu qədər mürəkkəb və çətin işi görən fermentlərin də bir zülal olduğunu və eyni üsulla, yəni zülal sintezi ilə hüceyrə tərəfindən sintez olunduqlarını xatırlayaq. Bu sintezin bir dəfə belə baş verməsi üçün, bütün fermentlər, fermentləri işlədəcək vitaminlər, köməkçi zülallar, enerji mənbələri, lazımi genetik məlumat və sintez prosesini icra edəcək orqanoidlərin hamısı eyni anda və bir yerdə mövcud olmalıdır. Birinin çatışmaması belə bütün mexanizmi işə yaramaz hala gətirər.

Dolayısilə, dünyadakı ilk hüceyrə, bütün hissələriylə birlikdə bir anda “əmələ gəlmiş” olmalıdır. Şübhəsiz ki, bu, hüceyrənin yaradılmış olması deməkdir. Bu, canlıların mərhələ-mərhələ baş verən təsadüflər nəticəsində əmələ gəldiyini iddia edən təkamülçülər baxımından əsla izah oluna bilməyəcək bir vəziyyətdir. Təkamülçülərin bu çarəsizliyi, təkamülçü elm adamları Fred Hoyl (Fred Hoyle) və Çandra Vikramasinq (Chandra Vickramansinghe) tərəfindən belə etiraf edilir:

…Həyat təsadüfi başlanğıca sahib ola bilməz. Kainatdakı bütün meymunları bir yazı makinasının qarşısına əyləşdirsəniz və bu meymunlar təsadüfi şəkildə onun düymələrinə bassalar, bu meymunlardan biri belə, əsla Şekspirin bir əsərini meydana gətirə bilməz. Hətta faktiki cəhətdən korlanan kağızların atılması üçün, lazım gələn zibil qutularının çatmamasından ötrü də bu qeyri-mümkündür. Eyni müddəa canlı maddələr üçün də doğrudur. Həyatın cansız maddədən öz-özünə meydana gəlmə ehtimalı görmək üçün, 1-in yanına 40.000 ədəd sıfır yazın. Məhz həyatın cansız maddədən öz-özünə meydana gəlmə ehtimalı bu ədəddə bir ehtimaldır… Əgər insan, ictimai inanclarından ötrü və ya “elm təkamülə inanmalıdır” şəklindəki meylindən ötrü, ön mühakiməyə qapılmayıbsa, bu sadə hesablama Darvini və bütün nəzəriyyəni dəfn etmək üçün, kifayət qədər qeyri-mümkün bir ədəddir. Nə bu planetdə, nə də başqasında, heç bir primitiv şorba yox idi və həyat təsadüfən yaranmadığına görə, bu zaman müəyyən məqsədə xidmət edən bir ağlın məhsuludur.(8)8

İstənilməyən Şifrlər Tapmacası

dna, mesajcı rna, rna, hücre
1. Başla əmri2. Bitir əmri
(Şəkil 3.4) DNT-nin ağıl göstərib mesajcı RNT-yə ancaq lazımi məlumatları təqdim etməsi.I,II,III,IV,V,VI,VII ilə işarətlənmiş bölmə oxunması istənməyən məlumatdır. Bu səbəbdən çölə tərəfə qıvrılaraq DNT bu bölgənin kopyalanmasına mane olur. 1,2,3,4,5,6,7,8 ilə işaretlənən lazımi məlumat mesajcı RNT-yə təqdim olunur. Karbon, hidrogen və fosfat kimi şüursuz atomların bu ağlı göstərə bilməyəcəkləri, bu ağılın o məlumatları ora yazan, oxudan və həyata keçirən Allaha aid olduğu çox açıqdır.

Bəzi hüceyrələrdə RNT, DNT-nin nüsxəsini çıxardarkən təəccüblü hadisələr baş verər. RNT-ni sintez edən ferment, sintez ediləcək zülalla əlaqədar DNT-dəki şifri ardıcıllıqla oxuyub nüsxəsini çıxardarkən, bəzən həmin sintez prosesi üçün tələb olunmayan bəzi şifrlərlə də qarşılaşar. Bundan ötrü də, ferment, nüsxə çıxartma ardıcıllığında ehtiyacı olan DNT hissəsini ardıcıllıqla oxuduqda, ehtiyacı olmayan məlumat hissəsini də oxumaq məcburiyyətində qalacaq. Həmçinin, lüzumsuz yerə oxunulan tək bir məlumatın belə sintez ediləcək zülalı tam işə yaramaz hala gətirəcəyi də unudulmamalıdır.

Fermentin qarşılaşdığı bu problemi bir qədər daha yaxından araşdıraq: Tutaq ki, 1000 amin turşusuna malik bir zülal sintez ediləcək. Hər amin turşusu 3 şifrdən ibarət olunduğundan, bu əməliyyat üçün vəzifəli ferment, DNT üzərində ardıcıllıqla 3 min pilləlik şifr zəncirini oxumalıdır. Lakin DNT-nin üzərindəki 3 min şifrin arasında fermentin ehtiyacı olmayan, məsələn, 5 yüz şifr, bütöv halda araya qarışmış olar. Ferment bu 5 yüz pillənin üstündən keçə bilməz. Lakin, irəlidəki məlumatlara çata bilmək üçün də, bu 5 yüz pillənin üzərindən bunların nüsxəsini çıxartmadan keçməlidir. Halbuki üstündən keçsə, istər-istəməz bu lüzumsuz məlumatların da nüsxəsini çıxartmalı olacaq. Ferment nəhəng DNT molekulunu kəsə bilməz, üzərindən də atlaya bilməz. Çıxış yolunun nə olduğunu təkrar sizdən, ağıl sahibi bəşər oğlundan soruşaq. Siz olsanız bu problemi necə həll edərdiniz?

Elm adamları son illərdə apardıqları tədqiqatlarda bu problemin çox təəccüblü şəkildə həll edildiyini müşahidə ediblər. DNT molekulu, yəni fosfat, şəkər və karbon kimi bəsit maddələrdən əmələ gəlmiş DNT molekulu, heyrətamiz bir hərəkət nümayiş etdirər. Ekzon adlı oxunması istənilməyən şifr ardıcıllığını kənara doğru qıvırar. Beləliklə də, ardıcılı oxunması lazım gələn, lakin arada lüzumsuz şifrlərin olmasından ötrü bir-birlərindən uzaqda qalan iki şifr ardıcıllığının ucları birləşər. Lazımi məlumatların olduğu hissə intron adlandırılar. DNT molekulunu oxuyan ferment kənarda qalan lüzumsuz məlumatı oxumadan molekulun bükülüb bir-birinə yaxınlaşdığı nöqtədən qarşı tərəfə keçər və oxuma prosesini davam etdirər. Təxmin ediləcəyi kimi, bu hadisələrin hər pilləsində bir çox kimyəvi reaksiya baş verər. Lakin bu reaksiyaların baş verdiyi, kiçicik hüceyrə nüvəsinin daxilində ən kiçik qarışıqlıq və ya xaos yaşanmaz.

İstənilməyən şifrlər probleminin qarşısını ala bilmək üçün, ikinci bir üsuldan daha istifadə edilər. RNT əvvəlcə lüzumsuz şifrlər də daxil olmaqla, genin nüxəsini başından sonuna DNT-dən çıxardar. Daha sonra, bir əmrə itaət edərmiş kimi, öz üzərindəki lüzumsuz şifrləri bir halqa şəklində kənara doğru bükər və bu hissə qopardılıb atılar. Bəs RNT-yə, başlanğıcda nüsxəsini çıxartdığı halda, sonradan kəsilib atılan şifrlərin lüzumsuz olduğunu kim xəbər verər? Əvvəlcə bu hadisələrin gerçəkləşə bilməsi üçün, istifadə edilən ferment, DNT və RNT bir-birlərini çox yaxşı tanımalıdırlar. Ferment görəcəyi iş üçün, çox yaxşı “təhsil” almış olmalıdır. Məsuliyyətini bilməli və işini görə bilmək üçün digər fermentlərlə tam əməkdaşlıq içində hərəkət etməlidir. DNT isə, ayrı bir canlı kimi qərar verə bilməli, sahib olduğu bəzi məlumatları fermentə təqdim edərək, vəziyyətə görə bəzilərini saxlamalı və fermentə yol göstərməlidir. Əlbəttə ki, həm fermentlər, həm də DNT, sintez ediləcək zülalın nə işə yaradığını bilməli, onu sintez etmək istəməli və bütün bu mürəkkəb hesablamaları aparmaqla, plan qurub bunu müvəffəqiyyətlə tətbiq etməlidirlər.

protein sentezi
(Şəkil 3.5) Fermentlər bəzən istehsal edəcəkləri proteinə aid məlumatları müvafiq gendən kopyalayarkən mesajcı RNT-yə bəzi lazımsız məlumatlar kopyalanır. Bu məlumatlar RNT istehsal edildikdən sonra RNT üzərindən qopardılır və təkcə lazımi addımlar qalır.

Halbuki “bilmək”, “hesablamaq”, “istəmək” və “yaratmaq” kimi xüsusiyyətlərin bu kiçik molekul yığınlarında ola bilməyəcəyi aydın məsələdir. Bu xüsusiyyətlər sonsuz qüdrət sahibi olan Allahın sifətləridir. Allah bu sifətlərini, bütün kainatda göstərdiyi kimi, gözlə görülə bilməyən bir hüceyrənin nüvəsindəki cansız bir molekulda da göstərir. Bir qədər ağıl sahibi bir insan bu sistemin yaradıldığını və kainatdakı digər bütün sistemlərin olduğu kimi, hüceyrənin də Allahın mütləq nəzarəti altında olduğunu anlayar.

Quranda Allahın bütün varlıqları üzərindəki hakimiyyəti belə bildirilmişdir.

Elə bir canlı yoxdur ki, Allah onun alnından tutub idarə etməsin. Həqiqətən, mənim Rəbbim dosdoğru bir yol üzərindədir. (Hud surəsi, 56)

Sifarişin Hazırlanması

beta globin, genome, genom, genetik şifre, molekül
(Şəkil 3.6) Beta-qlobin geninin genetik şifrəsi. Proteinin sintezi üçün lazımi şifrələr çəhrayı rənglə işarətlənmiş hissə. DNT bu bölməni RNT-ni sintezləyən fermentə təqdim edir.

Əvvəlki başlıqda sadaladığımız əməliyyatlar nəticəsində sifariş üçün lazımi məlumatlar DNT-dən məlumat RNT-sinə (mRNT) fermentlər sayəsində yazılmışdır. İndi sıra ribosomun, DNT-nin özündən istədiyi sifarişi hazırlamasındadır. Ribosom elə bir fabrikdir ki, tam, özünə sifariş verilən molekulu emal edər. Sifariş verilən molekulun quruluş planı da mRNT molekulundadır. mRNT, DNT-dən öz üzərinə köçürtdüyü məlumatla birlikdə nüvədən çıxar və sitoplazma daxilindəki ribosomlardan birinə gedərək ona birləşər. mRNT-dəki hər şifrin qarşılığı olan amin turşusu, mühitdən daşıyıcı başqa bir növ (nRNT) RNT tərəfindən ribosoma gətirilər və uyğun yerə yapışdırılar. nRNT-in bir ucunda mRNT-dəki şifrlərdən birinin cütü, digər ucunda isə, bu şifrin təmsil etdiyi amin turşusu molekulu yerləşər. Beləliklə də, nRNT, öz şifrinin cütü olan mRNT üzərindəki şifrlə birləşdikdə, avtomatik şəkildə bunun daşıdığı amin turşusu da doğru sıraya yerləşmiş olar.

İstifadə edilən 20 fərqli amin turşusu üçün 20 fərqli daşıyıcı RNT var. Hər amin turşusu, ancaq öz daşıyıcısı olan RNT ilə birləşə bilər. Çünki bir-birlərinə birləşə bilmələri üçün, üçölçülü strukturları qarşılıqlı surətdə xətasız olaraq bir-birlərinə oturmalıdır. Minlərlə atomdan əmələ gələn bir daşıyıcı və amin turşusunun bir-birlərinin quruluşlarına uyğun yaradılmaları Allahın yaratmasındakı uyğunluq və mükəmməlliyin dəlillərindəndir. Çünki O; “mükəmməl şəkildə yaradan” dır (Bari). (Həşr surəsi, 24)

Zülal sintezinin həyata keçirildiyi ribosomlar, özlərinə gələn mRNT üzərində yazılmış məlumata əsaslanaraq yüzlərlə və minlərlə amin turşusu molekulunu bir-birinə əlavə edər və istənilən polipeptid zəncirini (zülal molekulunu) yaradarlar. Bu molekula, mRNT-dəki plana daxil olmayan tək bir amin turşusu belə əlavə olunmaz. Yaxud hər hansı bir amin turşusu plandakı yerindən ayrı bir yerə yerləşdirilməz, heç biri də əskik qoytulmaz. Bu səhvlərdən hər hansı biri edilsə, istənilən zülal molekulu deyil, bunun əvəzinə istənilməyən başqa bir zülal molekulu, yəni yad bir zülal sintez edilmiş olar. Halbuki orqanizm və hüceyrələr yad zülallara dözə bilməzlər. Onlara qarşı anticisimlər əmələ gətirər və allergik reaksiyalar göstərərlər.

Hüceyrədəki digər işçilər kimi ribosom da, atomlardan əmələ gəlmiş cansız yığındır. Lakin bu zülal yığını, özündə olması mümkün olmayan ağılla, yəni Allahın yaratmasıyla, minlərlə növ məhsulu bir çox mürəkkəb əməliyyat nəticəsində sintez etməyi bacarar.

Hüceyrədə, DNT-dəki məlumat əsasında yalnız tək bir zülalın sintez edilməsi üçün, bir-biriylə uyğunluq içində çalışan ən azı 75 köməkçi molekula ehtiyac var. DNT-dən məlumatın nüsxəsinin çıxarılması vaxtı, vəzifə yerinə yetirən fermentlər isə, bu ədədin xaricindədir.

Sintez olunmuş hər zülal molekulunun, son amin turşususu da yerinə yerləşib hamısının tamamlandığı, hüceyrənin (daha doğrusu ribosomun) bir son təftişçi tərəfindən təsdiqlənmədikcə, bu sintez prosesi bitmiş sayılmaz. Əgər son anda belə bir çatışmazlıq yaransa, “bu qədəri düzgün sintez olundu, bu da belə sintez olunsun” deyib plandan kənar bir molekul mühitə göndərilməz. Çünki belə bir anlayış hüceyrədəki zülal sintezi prosesinin plandan kənara çıxmasına və hesabsızlığa sürükləyər, həmçinin nəzarət sistemini korlayar və hüceyrəni məhv edən bir qarışıqlığa sürükləyər. Bu vəziyyət hüceyrədə ancaq patoloji hallarda, bəlkə ölərkən yarana bilər.

Normal vəziyyətdə və sağlam bir hüceyrədə, tam və mükəmməl quruluşa malik olmayan bir molekul dərhal müəyyən parçalayıcı fermentə təslim edilər. Beləliklə də, bu ferment, onun bir çox və ya bütün peptid əlaqələrini qopardar. Yəni molekulu amin turşularına və ya çox qısa və zərərsiz kiçik polipeptid zəncirlərinə parçalayar. Başqa sintez proseslərində istifadə edilə biləcək təməl elementlər halında sərbəst buraxar.

Hüceyrədəki bu sistem təkamülçüləri belə heyrətləndirir. Təkamülçü bir akademik və hüceyrə mütəxəssisi olan prof. dr. Müəmmər Bilgə (Muammer Bilge) də aşağıdakı ifadələrində heyrətini gizlədə bilmir:

Bütün bu nəticələri lazım gəldiyi kimi təmin edə bilən, özü üçün təhlükə və itki yaratmayan, çıxılmaz vəziyyətlərə girməyən hüceyrədə, zülal sintezi sənayesinin, çox mükəmməl təşkilatlanma və uzaqgörənliklə davam etdiyini deyə bilərik… Hüceyrədə bütün bunlar belə olar. Lakin bunların necə bacarıldığını və öhdələrindən necə gəlindiyini, hələ də tam anlaya bilmirik. Təkcə nəticələri görürük və bu nəticələri təmin edən mükəmməl təşkilatlanmanın ancaq müəyyən yerılərini görə bilirik.(9)9

Qeydlər

8) Sir Fred Hoyle-Chandra Wickramasinghe, Evolution from Space, New York: Simon and Schuster, 1984, səh. 148

9) Prof. Dr. Muammer Bilge, Cerrahpaşa Tıp Fakültesi Fizyoloji ve Biyofizik Kürsüleri ‘Hücre Bilimi’ 3-cü nəşr, səh. 131,132

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma