İnsan Hüceyrəsindəki Nəhəng Ensiklopediya


DNT-də olan məlumat böyükdür. Belə ki, gözlə görülməyən tək bir DNT molekulunda tam bir milyon ensiklopediya səhifəsini dolduracaq miqdarda məlumat var. Diqqət yetirin; tam 1 000 000 ensiklopediya səhifəsi… Yəni, hər bir hüceyrənin nüvəsində, insan bədəninin funksiyalarına nəzarət etməyə yarayan bir milyon səhifəlik bir ensiklopediyanın özündə saxlaya biləcəyi miqdarda məlumat kodlaşdırılmışdır. Bir bənzətmə etmək istəsək, dünyanın ən böyük ensiklopediyalarından biri olan 23 cildlik “Britannika Ensiklopediya”sının belə cəmi 25 min səhifəsi var. Bu vəziyyətdə, qarşımıza inanılmaz bir mənzərə çıxar. Mikroskopik hüceyrənin daxilindəki, ondan çox daha kiçik bir nüvədə yerləşən bir molekulda, milyonlarla məlumata malik dünyanın ən böyük ensiklopediyasının 40 misli böyüklüyündə bir məlumat bankı mövcuddur. Bu da 920 cildlik, dünyada tayı-bərabəri, bənzəri olmayan nəhəng bir ensiklopediya deməkdir. Edilən təsbitlərə görə isə, bu nəhəng ensiklopediya təxminən 3 milyard fərqli məlumata malikdir.

Bu son iki sözü təkrarlayaq; “məlumata malikdir”…

Məhz burada dayanıb, ağzımızdan asanlıqla çıxan bu iki söz üzərində düşünməliyik. Bir hüceyrənin içində milyardlarla məlumat olduğunu söyləmək asandır. Lakin bu, heç də sözarası deyilib keçilə biləcək bir incəlik deyil. Çünki, burada bəhs etdiyimiz bir kompyuter və ya kitabxana deyil, təkcə zülal, yağ və su molekullarından yaranan, millimetrdən 100 qat daha kiçik bir kubdur. Bu kiçik ət parçasının içində, nəinki milyonlarla məlumat, tək bir məlumatın olması və onun bu məlumatı mühafizə etməsi belə olduqca heyrətverici bir möcüzədir.

İnsanlar müasir dövrdə məlumatları saxlamaq üçün, kompyuterlərdən istifadə edərlər. Kompyuter texnologiyası isə, bu gün digər bütün texnologiyaların lideri olan ən qabaqcıl texnologiya kimi qəbul edilir. Bundan 20 il əvvəl, otaq böyüklüyündəki bir kompyuterin sahib ola bildiyi məlumatı, bu gün kiçik “inteqral sxem”lər saxlaya bilir… Lakin bunu xatırlatmalıyıq ki, insan zəkasının əsrlər ərzində topladığı bilik və illərlə davam edən səyləri nəticəsində meydana gətirdiyi bu son texnologiya belə, hələ tək bir hüceyrə nüvəsinin məlumat saxlama potensialının yanına belə yaxınlaşmamışdır. Belə böyük tutuma sahib olan DNT-nin kiçikliyini əks etdirməsi baxımından bu müqayisə kifayətdir.

Bu günə qədər yaşamış, gəlib-keçmiş hər canlı növünün bütün xüsusiyyətləri məlumat olaraq DNT-yə əlavə olunsa, ümumi DNT həcmi bir çay qaşığının ancaq kiçik bir hissəsini doldurardı. Üstəlik, geriyə indiyə qədər yazılmış bütün kitablardakı məlumatları saxlaya biləcək qədər boş yer qalardı.( Denton Michael, “A Theory in Crisis”, səh. 334) 

Gözlə görə bilmədiyimiz, diametri millimetrin milyardda bir hissəsi böyüklüyündə olan, atomların yan-yana düzülməsiylə meydana gəlmiş bir zəncir, görəsən belə bir məlumata və yaddaşa necə sahib ola bilər? Bu suala bunu da əlavə edin: Bədəninizdəki 100 trilyon hüceyrədən hər biri bir milyon səhifə yazını əzbər bildiyi halda, görəsən siz ağıllı və şüurlu bir insan olaraq həyatınız boyu neçə ensiklopediya səhifəsini əzbərləyə bilərsiniz?

Hüceyrədəki Ağıl

Bu vəziyyətdə bunu qəbul etməlisiniz ki, mədənizdəki və ya qulağınızdakı hər hansı bir hüceyrə sizdən qat-qat daha məlumatlı olduğu və bu məlumatı ən düzgün və ən mükəmməl şəkildə qiymətləndirdiyi üçün sizdən daha çox ağıllıdır.

Bəs bu ağlın mənbəyi nədir? Bədəninizdəki 100 trilyon hüceyrənin hər biri ayrı-ayrılıqda belə inanılmaz bir ağla necə sahib ola bilər? Bunlar nəticədə atom yığını olub şüursuzdurlar. Bütün elementlərin atomlarını götürüb, bunları müxtəlif formalarda və saylarda birləşdirsəniz və müxtəlif molekullar əmələ gətirsəniz də, yenə ağıl əldə edə bilməzsiniz. Bu molekulların böyük, kiçik, sadə və ya mürəkkəb olması da bir şey dəyişdirməz. Nəticədə, şüurlu surətdə bir işi təşkil edib bacaracaq bir zehni əsla əldə edə bilməzsiniz.

O zaman, müəyyən saydakı ağılsız və şüursuz atomun müəyyən formalarda düzülməsindən meydana gəlmiş DNT və onunla uyğun şəkildə işləyən fermentlər bir çox şüurlu işlər görüb, hüceyrədəki bir çox mürəkkəb və müxtəlif əməliyyatları necə mükəmməl şəkildə təşkil edirlər? Bunun cavabı çox sadədir; ağıl, bu molekullar və ya bunları içində saxlayan hüceyrəyə deyil, bu molekulları bu işləri görəcək şəkildə proqramlaşdırılmış şəkildə yaradanın Özünə məxsusdur.

Bir sözlə, ağıl əsərdə deyil, o əsəri yaradanda olar. Ən təkmilləşmiş kompyuter belə, onu ən incə nöqtəsinə qədər dizayn edən, onu işlədəcək proqramları yazıb ona yükləyən və istifadə edən bir ağıl və zəkanın məhsuludur. Eynilə, hüceyrə də, içindəki DNT və RNT-lər də, bu hüceyrələrdən meydana gələn insanlar da, özlərini və gördükləri işləri yaradanın əsərindən başqa bir şey deyildirlər. Əsər nə qədər mükəmməl və təsiredici olsa da, ağıl həmişə o əsərin sahibində olar.

Bir gün bir laboratoriyada, stolun üstündə çox təkmilləşmiş bir disket tapsanız və onu bir kompyuter vasitəsilə oxudub içində, sizə məxsus milyardlarla xüsusi məlumat olduğunu görsəniz, ağlınıza gələcək ilk sual, bu məlumatların kim tərəfindən və nə məqsədlə yazıldığı olardı.

Bəs eyni sualı niyə hüceyrə barədə vermirik? Disketdəki məlumatlar bəziləri tərəfindən oraya yazılmışdırsa, bundan daha çox üstün və qabaqcıl bir texnologiyaya sahib olan DNT, kim tərəfindən ən mükəmməl şəkildə dizayn edilib, yaradılıb, özü də ayrı bir möcüzə olan kiçicik hüceyrənin içinə diqqətlə yerləşdirilmişdir? Özü də minlərlə il əvvəldən dövrümüzə qədər heç bir xüsusiyyətini itirmədən (disketi meydana gətirən və içinə məlumatları yazan insan beyninin də bu hüceyrələrdən meydana gəldiyini unutmayaq). Sizin üçün bu sətirləri oxumağınız, görməyiniz, nəfəs almağınız, düşünməyiniz, bir sözlə, mövcudluğunuz və mövcudluğunuzu davam etdirməyiniz üçün, hər an vəzifə başında olan bu hüceyrələrin kim tərəfindən və nə üçün meydana gətirildiyini soruşmaqdan daha əhəmiyyətli nə ola bilər?

Məgər sizcə həyatda ən çox maraqlanmalı olduğunuz şey, bu sualın cavabı deyil?

Bu sualın cavabı budur: Kainatdakı canlı-cansız bütün varlıqları yoxdan yaradan, hər canlının təməl elementi olan hüceyrənin içinə möcüzəvi xüsusiyyətləriylə DNT-ni yerləşdirən sonsuz qüdrət sahibi olan Allahdır. İnsan həyatının məqsədi bu həqiqəti görə bilmək və uca Rəbbimizə qulluq etməkdir.

Bir Neçə Nümunə Daha

Geniş yayılmış üsullardan biri də budur: Bir təyyarə qəzası nəticəsində tənha bir əraziyə düşüb çıxılmaz vəziyyətdə qalan sərnişinlər, özlərini havadan axtaran xilasetmə qruplarına yerlərini bildirmək üçün böyük “X” işarəsi cızarlar. Əllərindəki əşyalardan və ya topladıqları cisimlərdən istifadə edərək düz və böyük bir vurma işarəsi meydana gətirərlər. Beləliklə də, havadan axtarış işlərinə çıxan qrup, bu “ağıl məhsulu” işarəni görər və orada ağıl sahibi varlıqların, yəni insanların olduğunu anlayar.

Türkiyədəki şəhərlərarası avtomobil yollarında hərəkət edərkən, bəzən yolların kənarındakı təpələrin yamaclarında ağ daşlardan yazılmış yazılar görərsiniz; “hər şey vətən üçün” və ya “nə mutlu türküm deyənə” kimi. Bu yazıların orada necə meydana gəldiyi isə, olduqca aydındır. O ətraflarda hər hansı hərbi dəstə vardır və təpənin üzərinə ağ daşlardan meydana gələn bu cür yazılar yazıbdırlar.

Bəs görəsən biri çıxıb da bu yazıların şüurlu bir zehin, məsələn, əsgərlər tərəfindən yazılmadığını, əksinə təsadüfən meydana gəldiyini söyləyə bilərmi? Heç kəs, çıxaraq: “Bu daşlar təpədən aşağı diyirlənərkən təsadüfən yan-yana gəlmiş və “hər şey vətən üçün” cümləsini meydana gətirmişdirlər” deyə bilərmi?

Yaxud bir “elm adamı” çıxaraq: “Dünyada trilyonlarla daş vardır, bunlar milyonlarla ildir ki, diyirlənirlər, belə olan halda daşların bir hissəsinin təsadüfən belə mənalı bir yazı meydana gətirəcək şəkildə diyirlənib bir yerə toplanması mümkündür” desə buna uşaqlar belə gülməzmi? Üstəlik, elmi üslubdan istifadə etsə, elmi izahlar versə, ehtimal hesablamaları göstərsə, hər kəs onun ağlından daha da çox şübhələnməzmi? Çünki nəinki; “hər şey vətən üçün” cümləsinin, hətta düz bir “H” hərfinin belə öz-özünə təsadüfən meydana gəlmə ehtimalı yoxdur. Dağın təpəsində ağ daşlardan meydana gəlmiş düzgün bir “H” hərfi görsəniz, “bunu bura yazmaqla nə demək istəyiblər” deyə düşünərsiniz.

Bu nümunələrlə izah etmək istədiyimiz budur: Əgər bir yerdə ən kiçik bir plan vardırsa, orada mütləq bir ağıl sahibinin izləri vardır. Hər hansı ağıl məhsulu bir şey, təsadüfən meydana gəlməz. Bir dağın üstünə milyardlarla dəfə ağ daşlar diyirləsəniz də, “hər şey vətən üçün” yazısı, hətta düzgün bir “H” hərfi belə əldə edə bilməzsiniz. Əgər bir yerdə bir hərf vardırsa, bu hərfin mütləq biri tərəfindən yazıldığını hər kəs qəbul edər. Yazanı olmadan hərf meydana gəlməz.

İnsanın bədəni isə, “hər şey vətən üçün” cümləsindən trilyonlarla dəfə daha mürəkkəb quruluşa malikdir və bu mürəkkəb quruluşun “təsadüfən” meydana gəlmiş olması tamamilə qeyri-mümkündür. O zaman insanı da, onun hüceyrəsini də, DNT-ni də mükəmməl şəkildə planlayıb təşkil edən Allahdır. Göylərin, yerin və ikisi arasında olan hər şeyin Yaradıcısı olan Allahın varlığını və gücünü inkar etmək isə, mümkün olan ən böyük ağılsızlıq, ağılsızlıqla yanaşı səmimiyyətsizlik və həyasızlıqdır. Bu ağlın və gücün sahibinə qarşı böyük hörmətsizlikdir.

Lakin, əfsuslar olsun ki, daşların öz-özlərinə düzülüb üç kiçik sözü belə yaza bilmələrinin qeyri-mümkün olduğunu dərhal söyləyəcək bir çox insan, milyardlarla atomun ayrı-ayrılıqda planlanmış düzülüş nəticəsində, bir yerə toplanıb DNT kimi möhtəşəm işlər bacara bilən bir molekul meydana gətirməsinin “təsadüflər” nəticəsi olduğu yalanını etiraz etmədən dinləyə bilir. Eynilə hipnoz edilən bir insanın verilən təlqinlə, özünün bir qapı, ağac və ya kərtənkələ olduğuna etiraz etməməsi, qəbul etməsi kimi…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma