Təkamül yalanının son sığınacağı: mutasiyalar


dna, enzyme
(Şəkil 2.13)

Darvin, nəzəriyyəsini ortaya atarkən, nə eyni növ daxilindəki müxtəlifliyin səbəbini, nə də öz yalanlarından biri olan; “bir növün başqa növə çevrildiyi” iddiasının məntiqini izah edə bilməmişdi. İzah edə bilməzdi də, çünki Darvinin DNT-dən xəbəri yox idi. Darvinin nə genetika, nə bioriyaziyyat, nə də mikrobiologiya elmindən xəbəri vardı. Bu elm sahələri Darvinin yaşadığı dövrdə olmadığına görə, onsuz da bunları bilməsinə də imkan yox idi. O, sahib olduğu imkanlarla müxtəlif heyvanları kəsmiş, skeletlərindəki bənzərliklərə əsaslanaraq elmi əsası olmayan xəyal məhsulu çıxarışlar etmişdi. Hələ yuxarıda sadalanan elm sahələri yaranmadığına görə hüceyrə üzərində müəyyən tədqiqat aparmasına imkan yox idi.

Bu gün təkmilləşən texnologiya sayəsində insanlar hüceyrənin sahib olduğu mükəmməl və mürəkkəb mexanizmlərdən xəbərdar oldular. Bunların təsadüfən və ya müəyyən zaman ərzində öz-özlərinə meydana gələ bilməyəcəkləri də aydın oldu. Çünki, bu mürəkkəb sistemin bütün hissələri eyni anda və eyni yerdə olmaqla, heç bir kəsir və artıq hissə olmadan meydana gəlməli idi. Üstəlik, bəhs etdiyimiz bu sistem də minlərlə müxtəlif alt sistemlərdən meydana gəlirdi. Bu təqdirdə, eyni anda, eyni yerdə, tam bir nizamın bir dəfədə meydana gəlməsinin tək bir izahı vardı: “Yaradılış”. Beləliklə insanları, yaradılışı inkar etmək yoluyla Allahın yolundan döndərmək üçün ortaya atılan təkamül nəzəriyyəsinin nə qədər böyük yalan olduğu, inkişaf edən elm və texnologiya sayəsində bir daha sübut edildi.

Lakin, təkamül, elmi bir həqiqət olmayıb, “yaradılış”ı inkar etmək səhvliyinə yol verən bütün ideologiyaların isnad etdikləri uydurma təməl idi. Buna görə də, nəyin bahasına olsa da, bu yalan davam etdirilməli idi. Çıxış yolu, başqa bir yalan uydurmaqda görüldü: “mutasiya”.

Təkamülçülər, ibtidai növlərin inkişafının və fərqli yeni növlərin əmələ gəlməsinin mutasiyalar nəticəsində baş verdiyini iddia etdilər.

Mutasiya canlının DNT-sində xarici təsirlər nəticəsində (kimyəvi maddələr, rentgen şüaları, radiasiya) meydana gələ biləcək dəyişikliklərdir. Lakin bu dəyişikliklər heç vaxt yeni bir növün əmələ gəlməsinə imkan verməz; çünki mutasiyalar genetik məlumatda meydana gələn azalma və ya yer dəyişdirmələrdir. Yoxsa genetik məlumata yeni bir şey əlavə edə bilməzlər. Hər canlının genetik məlumatında öz növünə məxsus məlumatlar yazılmışdır. Dolayısilə genetik dəyişiklik (mutasiya) həmin canlı növündə olan orqan və strukturların sayı, rəngi və forması üzərində məhdud dəyişikliklər icra edər. Canlıya qətiyyən yeni bir orqan və ya xüsusiyyət qazandıra bilməz. Üstəlik, mutasiyaların 99,9%-i canlı üçün zərərli, hətta öldürücüdür. Geridə qalan 0,1%-lik hissə isə, təsirsiz və ya zərəri ilk baxışda müəyyən oluna bilməyən mutasiyalardır. Bilə-bilə mutasiyaya imkan verən genetik və fizioloji strukturlara sahib şəkildə yaradılmış viruslardan başqa, mutasiyanın faydalı töhfəsi olduğundan söhbət belə gedə bilməz.

DNT bədən barəsində saxladığı məlumat və bu məlumatı saxlamasındakı dizaynla birlikdə, olduqca mükəmməl quruluşa malikdir. Bu qədər mükəmməl bir sistemə, ediləcək kənar müdaxilə də normal olaraq sistemi korlayar. Mürəkkəb mexanizmə malik bir alət üzərində ediləcək təsadüfi dəyişiklik, həmin aləti daha da təkmilləşdirməz, əksinə korlayar. Yaxud digər bir nümunə gətirsək, bir zəlzələ bir şəhəri abadlaşdırmaz, dağıdar; eynilə mutasiyanın DNT üzərindəki təsiri kimi.

Fərz edək ki, ortada faydalı bir mutasiya var. Əgər belə olsaydı, hər faydalı mutasiya müqabilində minlərlə zərərli mutasiya olacaq və yaranacaq ümumi təsir, növlərin məhv olmasına və ya korlanmasına gətirib çıxaracaqdı. Bu gün dünya kiçik ölçüdə mutasiyaya uğramış minlərlə növ qəribə məxluqlarla dolu olacaqdı. İnsanların bəziləri üç gözlü, bəziləri iki burunlu halda yaşayacaq, pişiyiniz beş ayaqlı balalar dünyaya gətiərəcəkdi. Lakin mutasiyalar zərərli olduqları kimi eyni zamanda olduqca nadir meydana gəlirlər; məhz buna görə də, həyatda heç bir yerləri yoxdur.

Mutasiyaların səbəb olacağı dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanların uğradığı dəyişikliklər ola bilər: Yəni ölülər, şikəstlər və əlillər…

Necə ki, təkamülü sübut etmək naminə laboratoriyalarda radiasiyaya məruz qoyulan sınaq obyektlərinə əsasən gəlinən nəticə, ayaqları başlarından çıxan meyvə ağcaqanadlarından kənara çıxa bilməmişdir. Bu günə qədər müşahidə edilmiş heç bir faydalı mutasiya nümunəsi yoxdur. Müşahidə edilmiş bütün mutasiyalar zərərlidir. Bu vəziyyəti “Həyatın kökləri” kitabının müəllifi dr. Mahlon B. Hoqland (Mahlon B. Hoagland) belə ifadə etmişdir:

Bildiyiniz kimi, bir orqanizmin DNT-sində müəyyən dəyişikliyin baş verməsi demək olar ki, həmişə onun üçün zərərli olar; digər bir sözlə, həyatını davam etdirə bilmə potensialında azalmaya gətirib çıxardar. Bir misal gətirək; Şekspirin tamaşalarına təsadüfi əlavə olunan cümlələrin onları daha yaxşı hələ gətirməsi elə də mümkün deyil… Ümumiyyətlə DNT dəyişiklikləri, mutasiya və ya bizim kənardan bilərək əlavə etdiyimiz xarici genlərlə baş versə də, yaşama ehtimalını azaltma xüsusiyyətlərindən ötrü zərərlidir.(6)6

Dövrümüzün ən tanınmış təkamülçülərindən biri olan Riçard Doukinz (Richard Dawkins) də özü ilə aparılmış bir müsahibədə verilən: “Məlum olan hər hansı faydalı mutasiya nümunəsi vardırmı?” sualına cavab verməməklə kifayətlənməmiş, bu suala təkamülə dəlil təşkil edə biləcək bir cavab verə bilməməsinin özünü nə qədər narahat etdiyini də rəftarları ilə açıqca göstərmişdir.(7)7

Bu mövzuda diqqət çəkilməli digər bir xüsus isə; mutasiyaların sonrakı nəslə ötürülməsi üçün, təkcə reproduktiv hüceyrələrdə meydana gəlmələrinin lazım olmasıdır. Bədənin hər hansı bir hüceyrəsində və ya orqanında meydana gələn dəyişiklik sonrakı nəslə ötürülməz. Məsələn, bir qadın barmağını itirsə, körpəsi barmağını itirməyəcək yaxud əskik bir barmaqla doğulmayacaq. 1000 nəsil ərzində dünyaya gələn hər meymuna iki ayaq üzərində yerimək öyrədilsə, 1001-ci nəsil dünyaya gəldikdə bu xüsusiyyət yeni nəslə keçmiş olmayacaq. Başqa bir nümunə daha verək: bir növün sol qolunu 10 nəsil ərzində kəssəniz, 11-ci nəsil yenə qollu surətdə dünyaya gələcək, qolun yox olmasından söhbət gedə bilməyəcək.

Göründüyü kimi, mutasiyalar qətiyyən canlılardakı müxtəlifliyin səbəbi ola bilməzlər. DNT-dəki mükəmməl düzülüş, təkcə xüsusi yaradılışın nəticəsidir. Həmçinin bu yaradılış üstün güc sahibi olan Allaha məxsusdur. Allahın mükəmməl yaratması Quranda belə bildirilir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi də ən gözəl şəklə salan, sizə gözəl və pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər ucadır! O, Hayydır (diridir), Ondan başqa ilah yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbinə həmd olsun! (Mümin surəsi, 64-65)

Həmçinin bu yaradılışı inkar edənlərin vəziyyəti də Quranda bildirilmişdir:

Göylərin və yerin mülkü Ona məxsusdur. O, Özünə övlad götürməmişdir və mülkündə də şəriki olan yoxdur. O, bütün şeyləri müəyyən nizam və ölçü ilə yaratmışdır. Onlar isə Onun əvəzinə heç nə yaratmayan, həm də özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verməyə qadir olmayan, öldürməyə, həyat verməyə və yenidən diriltməyə qüdrəti olmayanları özlərinə ilah götürdülər. (Furqan surəsi, 2-3)

Qeydlər:

6) Mahlon B. Hoagland, Hayatın Kökleri, TÜBİTAK Popüler Bilim Kitapları, 12-ci nəşr, may 1998, səh. 153

7) “Biological Evidence of Creation: From a Fog to A Prince”, “Keziah, American Portrait Films, Cleveland, OH, 1998

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma