Arıdakı qüsursuz dizayn


Dünyanın ən tanınmış kompyuter jurnallarından Bytedə yer alan bir xəbər, bal arıları haqqında son dərəcə maraqlı məlumatlar ehtiva edir.Jurnal kompyuterlərlə arı beynini müqayisə edir. Jurnalda yer verilən bir tədqiqatın nəticələrinə görə, arı beyni, dünyanın ən inkişaf etmiş kompyuterlərindən daha sürətli çalışır. Bugün ən inkişaf etmiş kompyuter saniyədə 16 milyard əməliyyat yerinə yetirir. Arı beyninin əməliyyat sayı isə bunun tam 625 qatı, yəni 10 trilyondur.

Üstəlik, arı beyni bu qədər çox əməliyyat yerinə yetirərkən kompyuterdən çox daha az enerji istehlak edir. 10 milyon arının istehlak etdiyi enerji, ancaq 100 vattlıq bir lampanı yandırmaq üçün xərclənən enerji qədərdir (Arının beyni 10 mikrovattan daha az enerji istehlak edir). (111)

Arının beyni ilə əlaqədar edilmiş olan bu müqayisədə də görüldüyü kimi, arıların bədən strukturlarında qüsursuz bir dizayn vardır. Arının hər orqanı bu andakı vəzifələrini yerinə yetirə bilməsi üçün xüsusi olaraq hazırlanmışdır. Məsələn, arının skeleti son dərəcə möhkəmdir, tənəffüs sistemi havanı daha yaxşı istifadə edərək, toxumalara daha çox qida çatdıran quruluşa malikdir. Əzələ quruluşu isə bədənin hər bölgəsində, ehtiyaca görə fərqli xüsusiyyətlərə malikdir. Məsələn, qanadlarındakı əzələlərində daha çox oksigen təmin etmək üçün digər əzələlərdə olan xarici pərdə yoxdur. Eyni şəkildə qoxubilmə və dadbilmə sistemlərində də arının çiçək toplama kimi vəzifələrinə son dərəcə uyğun bir dizayn vardır.

Kitabın daha əvvəlki hissələrində də araşdırıldığı kimi arıların qüsursuz bədən strukturlarının hamısı, böyümə mərhələlərini tamamladıqları dar bir hücrənin içindəykən meydana gələr. Arıların bədən dizaynları Allahın bənzəri olmayan yaratma sənətinin, sonsuz elminin dəlillərindən yalnız biridir. Allah elm baxımından hər şeyi əhatə etmiş olduğunu bir ayəsində belə bildirir:

Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”. (Taha surəsi, 98)

Bu hissədə arıların bədənlərindəki quruluşlar qısa məlumatlar verilərək araşdırılacaq.

Arının Skeleti

Arılarda digər böcəklərdə olduğu kimi sərt qabıqlardan meydana gəlmiş bir xarici skelet vardır. Bu xarici skeletin əsas tərkibi kitin deyilən oynaqlı sərt bir təbəqədir. Bu təbəqələr xarici skelet quruluşunu meydana gətirəcək qədər möhkəm xüsusiyyətdə yaradılmışlar. (112)

Skeleti meydana gətirən digər maddələr isə, su, zülal və yağdır.

Tənəffüs sistemi

Arıların tənəffüs sistemi çölə açılan tənəffüs dəlikləri ilə başlayar. “Trake sistemi” deyilən bu sistem arının bədənindəki hər orqana rahatlıqla çatacaq şəkildə şaxələrə ayrılmışdır. Trake qolları genişləyər və hava kisələrini meydana gətirər. Az sayda amma böyük olan bu hava kisələri, havanın toplanması üçün istifadə edilər. Kisələrdən çıxan incə şaxlər və borular toxumalara qədər uzanar. Arılar, bu kisələri sıxışdırmaq surətiylə bədənlərindəki dövranı sürətləndirərlər, bunun sayəsində toxumalara qida nəqliyyatı da sürətlənmiş olar. (113)

Əzələ Quruluşu

Arı

Arıların bədənlərindəki hər əzələ fərqli sayda əzələ liflərindən meydana gəlmişdir. Əzələ lifləri də uzununa uzanan hüceyrələrdən hazırlanmışdır. Bilindiyi kimi, hər canlı hüceyrəsinin fəaliyyət göstərə bilmək üçün enerjiyə ehtiyacı vardır. Hüceyrələrə bu enerjini təmin edənsə mitoxondrilərdir. Arıların da hərəkət edə bilmələri üçün, sıxılma xüsusiyyətinə sahib quruluşlara ehtiyacları vardır. Bu ehtiyacları, əzələ liflərinin axıcı mayesi içində bol miqdarda olan və “Myofibril” deyilən sıxıla bilən xüsusiyyətə sahib strukturlarla qarşılanmışdır. Myofibrillər, zülallardan meydana gələr və içlərində uzununa düzülmüş oval şəklə sahib nəhəng mitoxondrilər olar. Bunun sayəsində əzələ liflərinin sitoplazması enerji anbarı olaraq istifadə edilən qlikogen şəkər ilə dolar.

Arının sürətli hərəkət edən qanad əzələlərində myofibrillər 2,5-3 µm. diametrindədir. (114) Və son dərəcə kiçik ölçülərə sahib olan bu strukturlar bal arısının qanadlarını saniyədə 250 dəfə çırpmasını təmin edər. (115) Arı, tozcuq yükü ilə dolu olduğunda saatda 9 km/saat sürətlə uça bilir. Yükü olmadığında isə 13 km/saat sürət ilə uçur.

Arının hərəkət etməsini təmin edən əzələlərinin quruluşu istifadə sahəsinə görə dəyişir. Məsələn, qanad əzələlərində olduğu kimi çox sürətli hərəkət edən əzələlərdə kifayət qədər oksigen təmin edə bilmək üçün digər bədən əzələlərində olan xarici pərdə yoxdur. Ayrıca, sürətli hərəkət etmək üçün lazım olan oksigenin təmin edilməsi üçün arıların bütün bədənləri trake (tənəffüs) boruları ilə təchiz edilmişdir. (116)

Qanad Quruluşu

Bal arıları uçarkən iki qanadlı kimi görünmələrinə baxmayaraq əslində dörd qanada sahibdirlər. Uçarkən bu dörd qanadlarını sanki iki qanadmış kimi hərəkət etdirərlər. Bu istifadə şəkli aerodinamika qanunlarına daha uyğundur. Əgər bu dörd qanad ayrı hərəkət etsəydi, uçmaq üçün istifadəsiz olacaqdı. Halbuki, arılar qanadlarındakı xüsusi dizayn sayəsində digər bir çox uçan canlıdan daha sürətli hərəkət edərlər.

Bal arılarında arxa qanadda bir sıra qüvvətli çəngəl şəklində tük olar. Bu çəngəllər ön qanadın qıvrılmış arxa kənarına taxılar və bunun sayəsində uçarkən iki qanad kimi hərəkət edər. İstirahət edəndə isə bütün əlaqələr açılaraq ön və arxa qanadlar sərbəst vəziyyətə keçər. (117)

Arı kanatarıArı kanatarı

Qoxubilmə Sistemi

Arı antenleri

Arıların qoxubilmə orqanları antenalarının üzərində olar. (Böcəklərin qoxubilmə orqanları insanlardakı kimi tənəffüs dəlikləri içində yerləşməz. Tənəffüs dəlikləri başlarında deyil, bədənlərinin başqa bölgələrində olar) Antenasının içinə doğru beynindən gələn qoxu sinirləri uzanar. Ancaq bu sinirlər qoxu maddələriylə birbaşa təmas etməzlər. Çünki böcəklərin bədəni -antenalar da daxil olmaq üzrə- qabıq ilə örtülüdür.

Arı antenalarını mikroskop altına qoyduğunuzda, antenanın üzərində bir çox dəlik görərsiniz. Beyindən gələn qoxu sinirləri bu dəliklərin içində sona çatar. Ancaq bu dəliklərin üzəri xüsusi bir pərdə ilə bağlıdır və sinir uclarını qorumağa kömək edər. Buna baxmayaraq, qoxunu keçirə bilmə xüsusiyyətinə malikdir. Bu dəliklərin arası isə incəcik tüklərlə örtülüdür. Bunlar arının duyğu tükləridir. (118)

Dadbilmə Sistemi

Arıların dadbilmə orqanları ağız boşluqlarında və xortumlarında olar. Arılar şirini, acını, turşu və şoru ayırd edə bilərlər.

Bal yığan arılar üçün bunlardan ən əhəmiyyətlisi şirinlikdir. Arılar xüsusilə şəkərin özlərinə lazım olan cinslərini çox yaxşı ayırd edərlər. Burada, arılarla insanlar arasında belə bir müqayisə edilə bilər. İnsanlar qida dəyəri olmayan dadlandırıcı maddələr ilə şəkər arasındakı fərqi çox yaxşı ayıra bilməzlər. Halbuki, arıları dadlandırıcı maddələrlə aldatmaq mümkün deyil. Bir arı əsl şəkər ilə dadlandırıcı maddələr arasındakı fərqi dərhal anlayacaq və dadlandırıcı qatılan sudan qida götürməyəcək. Bu həssas dadbilmə sistemi arılar baxımından çox əhəmiyyətli bir xüsusiyyətdir. Çünki arı yığdığı nektarı istifadə edərək bal çıxarar. Buna görə, qoxunun və şəkərin səhv qəbul edilməsi balın ya heç meydana gəlməməsinə və ya sağlam olmamasına səbəb olacaq. (119)

Qeydlər:

111- BYTE Dergisi, Haziran 1995

112- The Guinness Encyclopedia; s.18

113- The Guinness Encyclopedia; s.91-94

114- Prof.Dr.Ali Demirsoy, Yaşamın Temel Kuralları, Omurgasızlar/Böcekler, Entomoloji Cilt II/Kısım -II, Ankara; s.96-99

115- Joan Embery, Collection of Amazing Animal Facts, Delacorte Press, New York 1983, s.23

116- Prof. Dr.Ali Demirsoy, Yaşamın Temel Kuralları, Omurgasızlar/Böcekler Entomoloji Cilt II/Kısım-II, Ankara; s.98

117- Prof. Dr.Ali Demirsoy, Yaşamın Temel Kuralları, Omurgasızlar/Böcekler, Entomoloji Cilt II/Kısım -II, Ankara; s.65

118- Prof. Karl von Frisch, Arıların Hayatı, s.117-119

119- Prof. Karl von Frisch, Arıların Hayatı, s.124

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma