Arılar hesablamağı haradan öyrəniblər?


Bura qədər izah edilənlərdə də göründüyü kimi, arılar çox fərqli şəkillərdə hesablamalar edir və bu hesablamaları edərkən də Günəşi istifadə edirlər. Bir böcəyin dünyanın və Günəşin hərəkətlərini və bunların nəticələrini öz-özünə bilməsi və buna görə hərəkət etməsi heç bir şəkildə mümkün deyil. Arıların hər səfərində bu hesablamaları təsadüfən tutdurmaları da qeyri-mümkündür. Bütün bunlara baxmayaraq -mövzuyla əlaqədar bütün elm adamlarının da həmfikir olduqları kimi- arılar bu hesablamanı səhvsiz bir şəkildə milyonlarla ildən bəri edirlər.

Bir insan azdığında -əgər bu mövzuda xüsusi bir təhsil almamışsa- istiqamətini tapa bilməsi üçün kompas kimi alətlərə ehtiyacı olacaq. Bu adamın Günəşin bucağına görə bir hesablama edərək istiqamətini tapması isə demək olar ki, qeyri-mümkündür. Halbuki, bir arı Günəşin hərəkətinə baxmayaraq gördüyü hər hansı bir yeri səhvsiz şəkildə şandakı digər arılara tərif edə bilər.

Arıların bu fövqəladə xüsusiyyətləri necə ortaya çıxmışdır? Arılar bu hesablamanı necə öyrənmişlər?

Bu sualların cavabları son dərəcə əhəmiyyətlidir. Əvvəlcə arıların istiqamət təyin etmə və bunu başqa arılara tərif edə bilmə qabiliyyətlərinə ilk ortaya çıxdıqları andan etibarən sahib olmaları lazımdır. Bu, arıların bəslənmə və sığınma ehtiyaclarını həll etmələri, bu səbəbdən soylarını davam etdirə bilmələri üçün mütləq lazımlı olan qabiliyyətdir.

Bu qabiliyyətin təkamülçülərin iddia etdikləri kimi zamanla reallaşan müxtəlif dəyişmələrlə ortaya çıxması mümkün deyil. Necə ki, təkamül nəzəriyyəsini müdafiə edən elm adamları da arıların rəqs ilə xəbərləşmə qabiliyyətlərinin necə ortaya çıxdığı sualı qarşısında olduqca çətin vəziyyətdə qalırlar. Məsələn, dövrümüzün tanınmış təkamülçülərindən biri olan Richard Dawkins, arı rəqsinin təkamülü ilə əlaqədar olaraq özündən soruşulan sual qarşısında açıq şəkildə “çaşıb qalmış”dır. Dawkinsin arıların rəqsi ilə əlaqədar suallar qarşısında verməyə çalışdığı cavab belədir:

“Bir fikir irəli sürmək vəziyyətində… Bəlkə də rəqs bir növ… Təxmin etmək çox da çətin deyil… Bunun səbəb olduğunu kimsə bilmir, amma bir şəkildə olur…

Müasir arı rəqsinin daha sadə bir başlanğıcdan təkamülləşməsinə dair bəzi məqbul dərəcədə ara mərhələ tapdıq. Sizə izah etdiyim hekayə kimi… bu doğru bir hekayə olmaya bilər. Amma buna bənzər bir şey mütləq olmuşdur.” (85)

Dawkinsin bu sual qarşısında verdiyi cavabdakı məntiq pozuqluğundan da aydın olacağı kimi, arıların rəqsini təsadüflərlə, ara şərhlərlə ifadə etmək ancaq xəyali bir hekayə olaraq izah edilə bilər.

Günəşdən faydalanaraq bucaq hesablamaq, təsadüfən əldə ediləcək bir qabiliyyət deyil. Ancaq arıların rəqs etməyi öyrənmələri və ya bucaq hesablaya bilmələri də kafi deyil; bunun xaricində bunları digərlərinə təsvir etdiklərində onların da bunu anlaya bilmələri lazımdır. Bunlar düşünüldüyündə, “təsadüf” kimi bir ehtimalın ağıla gətirilməsinin belə son dərəcə axmaq olduğu dərhal görülür. Nə qədər gözlənirsə gözlənilsin, bir canlıda belə bir hesab qabiliyyətinin öz-özünə meydana gəlməsi qətiyyən mümkün deyil.

Arı, düşünmə xüsusiyyəti olmayan bir canlıdır. Buna baxmayaraq, əvvəldən bəri ifadə etdiyimiz kimi, etdiyi hər hərəkət bənzərsiz bir ağılın və şüurun varlığını göstərər. Kainatın hər nöqtəsində olduğu kimi arılarda da təcəlli edən bu ağıl və şüur hər şeyi qüsursuz yaradan Allaha aiddir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma