Bal Möcüzəsi


Şübhəsiz ki, mal-qarada da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı ifrazat və qan arasından çıxan, içənlərin boğazından rahat keçən təmiz süd içirdirik.
(Nəhl surəsi, 66)
Balarısı

Arılar tarixin çox qədim dövrlərindən bu yana insanlar üçün bal çıxararaq xidmət edirlər. Belə ki, arıçılıq tarixi e.əv. 3500-cü illərə qədər uzanır.(141)

Balın Istehsalı

Bilindiyi kimi, balın əsas vəsaiti, arıların çiçəklərdən və meyvə tumurcuqlarından yığdıqları nektarlardır. Arılar nektarı bala çevirərlər. Tozcuqların isə bal istehsalında bir təsiri olmaz, arılar tərəfindən yalnız zülal ehtiyaclarını aradan qaldırmaq üçün istifadə edilər.

Çiçəklərdən və meyvə tumurcuqlarından alınaraq udulan nektar, arıların “bal mədəsi” deyilən orqanlarında kimyəvi bir dəyişməyə uğrayar və içində bir çox vitamin və mineral olan ağır şəkərli bir şoraba halını alar. Daha sonra bal, şandakı hücrələrə yerləşdirilər və üzəriləri mumdan bir qapaqla örtülər. Bal pətək içindəykən arılar tərəfindən təmin edilən xüsusi ventilyasiya sistemi sayəsində bildiyimiz dad və qatılığa gəlir. (142)

Balın rəngi, şəkər miqdarının tarazlığı və dadındakı fərqlilik tamamilə toplanan nektarlardan qaynaqlanır. Balın qoxusunu, çiçəklərdəki ətirli “volatil” yağı verər ki, bu, eyni zamanda çiçəklərin qoxularını təmin edən yağdır.

Bal istehsalı çox böyük bir səy tələb edir. Məsələn, yalnız 1/2 kq xam nektarı yığmaq üçün 900 arının bir gün boyu işləməsi lazımdır. Toplanan bu miqdarın isə ancaq bir qismi bala çevrilə bilər. Çiçəklərdəki nektardan əldə ediləcək balın miqdarı tamamilə gətirilən nektarın şəkər zənginliyinə bağlıdır. Məsələn, alma çiçəyinin çox şəkəri olmaz. Buna görə, bu ağacdan əldə edilən nektarın çox az hissəsi bala çevrilə bilər.(143)

450 qramlıq saf balı əldə edə bilmək üçün təxminən 17.000 bal arısının 10 milyon çiçəyi ziyarət etməsi lazımdır. Arının yemək axtarmaq üçün ehtiyac duyduğu bir gəzinti, təxminən 500 çiçək ziyarətini tələb edir və 25 dəqiqə davam edər. Buna görə 450 qram saf bal əldə etmək üçün arıların 7000 saat işləmələri lazımdır. (144)

Son dərəcə zəhmətli bir iş olmasına baxmayaraq arılar, balı ehtiyaclarından qat-qat daha çox istehsal edərlər. Şübhəsiz bu, Allahın insanlara verdiyi gözəl bir nemətdir.

Balın Tərkibi

Balın heç şübhəsiz, ilk ağıla gələn xüsusiyyəti şirin olmasıdır. Bunun səbəbi balın içindəki üç şəkərdir: Üzüm şəkəri (34%), saxaroza (2%) və levulose (meyvə şəkəri 40%).

Bundan başqa balın 17%-i su, yerdə qalan 7%-lik hissəsi isə dəmir, natrium, kükürd, maqnezium, fosfor, tozcuq, manqan, alüminium, gümüş, albumin, dekstrin, azot, zülal və turşulardan meydana gələr. Balın keyfiyyətini təyin edən bu 7%-lik qarışıqdır. (145)

… From inside them comes a drink of varying colors, containing healing for humanity. There is certainly a sign in that for people who reflect.
(Surat an-Nahl: 69)

Balı, bildiyimiz şəkərdən ayıran çox əhəmiyyətli bir fərq vardır. Şəkər ancaq həzm sistemində dəyişməyə uğradıqdan sonra qana qarışarkən, bal həzmə gərək olmadan çox sürətli bir şəkildə qana qarışar. Çünki ehtiva etdiyi meyvə şəkəri və üzüm şəkəri, ilk başda nisbəti olduqca çox olan saxarozayla zidd olmasıyla meydana gəlir. Buna görə, bu şəkərlərə “sadə şəkərlər” deyilir. Qısacası, bal insan bədəninin ən yüksək dərəcədə və ən sürətli şəkildə faydalanacağı şəkildə hazırlanmış bir qidadır. İlıq su ilə qarışdırılan balın bir neçə dəqiqə içində bədənə enerji verdiyi təsbit edilmişdir.

Baldakı Şəfa

Bal, istər içində ehtiva etdiyi vitaminlər və minerallarla, istərsə quruluş xüsusiyyətləri səbəbiylə insanlar üçün tam bir şəfa xüsusiyyətindədir və Quranda da bu mövzuya diqqət çəkilmişdir:

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Balın ən əhəmiyyətli xüsusiyyətlərindən biri, içində bakteriya sığına bilməməsidir. Dr. Bodag F. Beck “Bal və sağlamlıq” adlı kitabında bu mövzuya belə toxunar:

Bütün canlıların həyatlarını davam etdirə bilmək üçün bir miqdar rütubətə ehtiyacları vardır. Bakteriyalar balla təmasda rütubətdən məhrum qalar və yox olarlar. Həmçinin, balın sərt reaksiyası da bakteriyaların yaşamaları üçün əlverişsiz bir mühit meydana gətirər. İnsan bədənini təsir edən bir çox mikroorqanizm balda yox olar. (146)

Bal, içində bakteriya saxlamamaqla kifayətlənməz, eyni zamanda bakteriyaları məhvedici olaraq da istifadə edilər. Məsələn, antibiotiklərə qarşı müqavimətli olduğu bilinən MRSA bakteriyasının bala qarşı üstün gələ bilmədiyi təsbit edilmişdir. (147)

Dr. W. Sackett bal sayəsində tifo mikroblarını 48 saat ərzində yox etmişdir. Dizenteriya mikrobları 10 saat içində ölmüşdür. (148)

Bu məlumatlardan da aydın olacağı kimi bal, “şəfa” yönü son dərəcə güclü bir qidadır. Hələ müasir dövrdə qəti olaraq təsbit edilmiş bu xüsusiyyətinə, Quranda 1400 il əvvəldən diqqət çəkilmişdir. Şübhəsiz bu da, sonsuz qüdrət sahibi Allahın endirmiş olduğu Quranın möcüzələrindən biridir.

Balın içində, minerallar, şəkərlər və bir çox vitaminlərlə yanaşı, az miqdarlarda, bəzi hormonlar, sink, mis və yod da var. Yan səhifədəki cədvəl 100 qram balın kimyəvi analizini göstərir.

Bənzərsiz Bir Qida: Ari Tozcuğu

Arıların bir başqa məhsulları da arı tozcuğudur. Daha əvvəl də ifadə etdiyimiz kimi arılar çiçəklərdən yığdıqları tozcuğu birbaşa istifadə etməz, “arı tozcuğu” deyilən bir maddəyə çevirərlər. Bu çevrilmə çiçəkdən toplanan tozcuqlara, nektarın və bəzi fermentlərin əlavə olunmasıyla hazırlanar.

Arıların emal etdikləri bu qarışıqda ehtiyacımız olan hər şey vardır. Arı tozcuğunun, 25%-i bitki zülalıdır. (8-i əsas amin turşularından olmaqla, ən az 18 amin turşusu) Bundan başqa, bir düjündən daha çox vitamin, 28 mineral, 11 ferment və köməkçi fermentlər ilə 11 karbonhidratı ehtiva edər. Arı tozcuğu bu tərkibiylə bir qida olmaqdan daha çox dəyərə malikdir.

1950-ci illərdən bu yana arı tozcuğu üzərində bir çox iş davam etdirilir. Xüsusilə, Paris yaxınlığında olan Apiary Tədqiqat Laboratoriyalarında bu mövzuda saysız təcrübə edilmişdir. Arı tozcuğunun, kolu basili və bəzi salmonellalar (bir bakteriya növü) üzərində təsirli olan antibiotik maddələri ehtiva etdiyi, bununla yanaşı, bəsləyici, qüvvətli və metabolik üstünlüklər təmin edən bir maddə olduğu da aydın olmuşdur. (149)

Qidalanma mütəxəssisi Dr. Paavo Aitrola arı tozcuğunu belə tərifləyir:

Tozcuq təbiətdəki qida baxımından ən zəngin və mükəmməl qidadır. Bədənin stressə və xəstəliklərə qarşı müqavimətini artırar, bir çox xəstəlik prosesində sağalmağı sürətləndirər. ..” (150)

Ruslar da arı tozcuğu mövzusuna olduqca əhəmiyyət vermişlər. Vladivostokdakı Longevity (Uzun Həyat) Akademiyasının başçısı Dr. Naun Petrovich Joirich belə deyir:

…Arı tozuğu həqiqi bir qida və dərman xəzinəsidir. Həyat üçün lazım olan bütün əsas maddələri ehtiva edir. (151)

Fiziki hərəkətlərin gücləndirilməsi də arı tozcuğuna əsaslanır. Carlson Wade “Arı tozcuğu və sağlamlığınız” (Bee Pollen and Your Health), Linda Lyngheim və Jack Scagnetti “Arı tozcuğu,” (Bee Pollen) adlı kitablarında, arı tozcuğu sayəsində atletlərin gücləndiyindən bəhs edirlər. (152)

Ari Südü

Arı südü son dərəcə mürəkkəb və hələ təyin olunmayan bəzi qarışıqlar ehtiva etdiyi üçün sintetik olaraq istehsal edilə bilməyən bir maddədir. Təbii hormonlar, minerallar, B vitaminləri, folik turşu, yağ turşuları, bədəndə əskikliyi Parkinson, Altsaymer və oxşar digər sinir sistemi xəstəliklərinə səbəb olan acetylcholine maddəsi, amin turşuları, zülallar, yağlar və karbohidratlar baxımından zəngindir. Ayrıca, bədəndəki toxuma yeniləməsində və böyüməsində əhəmiyyətli bir rolu olan asparagin turşusu da ehtiva edir.

Arı südü antibakterial, antivirus, qidalandırıcı və yaşlanmağın qarşısını alan təsirlərə malikdir. Ayrıca, tənəffüs, skelet, sinir, istehsal, endokrin, ürək damarları, müdafiəetmə və hüceyrə sistemləri üçün faydalıdır. Arı südü hormon tarazlığını hərəkətə keçirici təsirə malikdir. Hormonları və maddələr mübadiləsini nizamlayar və normallaşdırar. İnsanın yaşı çoxaldıqca pozulan hüceyrə yenilənməsinə kömək edər. Dəri problemlərini müalicə etməklə yanaşı dərinin rəngini də qoruyar.

Xroniki yorğunluq, ciddi xəstəliklər, əməliyyat ya da zədə kimi vəziyyətlərdən sonra bədənin güc qazanmasını təmin edər. Enerji artıran təsiri vardır. Xolesterolu və yağ miqdarını salar, damar sərtliyini əngəlləməyə köməkçi olar. Ayrıca, qaraciyəri qoruma, toxuma və əzələ meydana gətirmə, sümük böyüməsi və sağlamlığını dəstəkləmə, yaddaşı gücləndirmə, kilonu tənzimləmə və yara müalicələrinin dəstəklənilməsində də faydalı olduğu edilən araşdırmalar nəticəsində aydın olmuşdur.

Almaniyada dəyişik sahələrdə işlər görən həkimlər arı südünü pis bəslənmiş və erkən doğulan körpələri yaxşılaşdırmada istifadə etmişlər. Arı südü ilə bəslənən körpələrin çəki və sağlamlıq vəziyyətlərində yaxşılaşma görülmüşdür. Bundan başqa, arı südü verilən əsəbi və ruhi xəstələrin də normal çəkilərinə, daha möhkəm bir sinir sisteminə və daha güclü bir fiziki və zehni quruluşa qovuşduqları müşahidə edilmişdir.

Arı südü yaşlanma təsirini gecikdirmək üçün, klimaks, qidalanma əskikliyinin düzəldilməsi, oynaq iltihabı, damar xəstəlikləri, mədə xoraları, qaraciyər narahatlıqları kimi xəstəliklərdə və ümumiyyətlə, daha sağlam olmaq üçün həkimlər tərəfindən tövsiyə edilir. (153)

Qeydlər:

141- Encyc. Americana, 1993, USA, Vol.3, Int. Headquartes, Danbury Connecticut, s.444

142- http://www.atd.ucas.edu/homes/cook/mead/danspaper. html

143- Lucy W. Clausen, Insect Fact and Folklore, Int. Book and Periodicals Supply Services, New Dehli

144- John Brackenbury, Insects and Flowers, 1995, UK, s.12

145- Murray Hoyt, The World of Bees, Coward Mcnann Inc, New York, 1965 s.181

146- F. Beck Bodog and Smedly, Honey and Health, Mc. Bride and Co., N.Y., Doree, 1946

147- http://www.wave.co.nz/honey

148- Murray Hoyt, The World of Bees, Coward Mcnann Inc, New York, 1965 s.185

149- http://www.good-vitamins.com/front/honey.htm

150- http://www.good-vitamins.com/front/honey.htm

151- http://www.aim4health.com

152- http://www.aim4health.com

153- http://www.wic.net/waltzark/rjelly.htm http://www.health- pages.com/rj/

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma