Canlılar təsadüfən əmələ gələ bilməz


Təkamül nəzəriyyəsi, canlıların ilk pilləsi olan zülalın necə əmələ gəldiyini necə izah edir?

Cavab sadədir; təkamül nəzəriyyəsi zülalın necə əmələ gəldiyini hər hansı yolla izah edə bilmir. Təkamülçülərin söylədikləri tək şey, zülalın təsadüf nəticəsində əmələ gəlməsindən ibarətdir.

Bu iddianın əsassızlığını araşdırmaq, bizə təkamülün nə qədər böyük saxtakarlıq olduğunu çox heyrətamiz şəkildə göstərər.

Bunları düşünmək lazımdır; primitiv dünya kimi mümkün qədər ən nəzarətsiz mühitdə “ilk” zülal molekulu, görəsən təkamülçülərin iddialarına görə necə təsadüfən əmələ gəlmiş ola bilərdi? Amin turşuları, istənilən mənfi təsirin olduğu primitiv dünya şəraitində necə “təsadüfən” düzülə bilərdi?

Üstəlik, tək bir zülalın əmələ gəlməsi belə kifayət etməyəcək, bu nəzarətsiz mühitdə başına heç bir şey gəlmədən özü kimi eyni şəraitdə təsadüfən əmələ gələcək başqa bir molekulu daha gözləməli olacaqdı. Ta ki hüceyrəni əmələ gətirəcək milyonlarla uyğun və lazımi zülalın, həmişə “təsadüfən” eyni yerdə yan-yana əmələ gəlməsinə qədər… Həmçinin əvvəlcədən yaranan zülallar da, həmin mühitdə ultrabənövşəyi şüalar və güclü mexaniki təsirlərə baxmayaraq, hər hansı korlanmaya məruz qalmadan, səbirlə minlərlə, milyonlarla il tam yanlarında digər zülalların təsadüfən əmələ gəlməsini də gözləməliydilər. Sonra kafi sayda və eyni yerdə, özü də tamamilə təsadüflər nəticəsində əmələ gəldiyi iddia edilən bu zülallar mənalı formalarda bir yerə toplanaraq hüceyrənin orqanoidlərini meydana gətirməliydilər. Aralarına heç bir yad maddə, zərərli molekul və işə yaramaz zülal zənciri də qarışmamalıydı. Sonra bu orqanoidlər olduqca münasib və əlaqəli şəkildə, müəyyən plan və nizam əsasında bir yerə toplanıb, bütün lazımi fermentləri də yanlarına alıb bir membranla örtülməli, həmçinin bu membranın içi də bunlar üçün ideal mühiti təmin edəcək xüsusi maye ilə dolmalı idi.

Məhz bütün bu qeyri-mümkün hadisələr baş versəydi belə, əmələ gələn molekul yığını yenə də canlana bilməzdi.

Tədqiqatlar göstərmişdir ki, həyatın başlaması üçün, təkcə canlılarda olması lazım gələn maddələrin bir yerə toplanmış olması kifayət deyil. Həyat üçün lazım gələn bütün zülalları toplayıb bir sınaq şüşəsinə qoysaq belə, yenə də bir canlı yaratmağı bacara bilmərik.

Çünki həyat, orqanizmi meydana gətirən hissələrin və ya molekulların bir yerdə olmasından olduqca kənar, metafizik bir anlayışdır. Həyat, Allahın “Hayy” (həyat sahibi) sifətinin əks olunmasıdırlk. Təkcə O istədiyi təqdirdə başlayar, davam edər və bitər. Hər şey kimi həyat da, Allahın təkcə bir dəfə “ol” deməsi ilə meydana gələr.

Təkamül nəzəriyyəsi, nə canlılar üçün lazımi vəsaitin meydana gəlməsini və bir yerə toplanmasını, nə də canlıların necə yarandığını izah edə bilir…

Biz yenə də bir anlığa bu qeyri-mümkün halların gerçəkləşdiyini qəbul edək; milyonlarla il əvvəl, yaşamaq üçün hər cür vəsaiti əldə etmiş bir hüceyrənin əmələ gəldiyini və müəyyən yolla “həyat sahibi” olduğunu fərz edək. Lakin təkamül yenə süqut edir: Bu hüceyrə bir müddət yaşasa da, sonunda öləcək və öldükdən sonra ortada heç nə qalmayacaq, hər şey ən başa qayıdacaq. Çünki genetik sistemi olmayan bu ilk canlı hüceyrə, özünü çoxalda bilməyəcəyi üçün ölümündən sonra geridə yeni bir nəsil qoya bilməyəcək, canlılar da bunun ölümüylə birlikdə yox olacaq.

Genetik sistem isə, təkcə DNT-dən ibarət deyil. Bu şifri DNT-dən oxuyacaq fermentlər, bu şifrlərin oxunmasıyla əmələ gətiriləcək mRNT, mRNT-nin bu şifr əsasında sintez üçün üzərinə bağlanacağı ribosom, ribosoma sintez prosesində istifadə ediləcək amin turşularını daşıyacaq daşıyıcı bir RNT və bunlar kimi saysız ara əməliyyatları təmin edən olduqca mürəkkəb fermentlər də eyni mühitdə mövcud olmalıdır. Həmçinin belə bir mühit, təkcə hüceyrə kimi, bütün lazımi xammal və enerji imkanlarının olduğu, istənilən cəhətdən təcrid edilmiş və tamamilə nəzarət olunan bir mühitdən başqası ola bilməz…

Nəticədə üzvi bir maddə, təkcə bütün orqanoidləriylə birlikdə tam formalaşmış bir hüceyrə halında mövcud olduğu təqdirdə özünü çoxalda bilər. Bu da hüceyrənin, inanılmaz dərəcədəki mürəkkəb quruluşuyla, “bir anda” yaranması deməkdir.

Bəs mürəkkəb bir strukturun, “bir anda” əmələ gəlməsi nə deməkdir?

Bu sualı bir də belə bir nümunə verməklə soruşaq; hüceyrəni, mürəkkəbliyi baxımından təkmilləşmiş bir avtomobilə bənzədə bilərik (hətta hüceyrə, mühərriki və bütün texniki təchizatına baxmayaraq, avtomobildən olduqca mürəkkəb və təkmilləşmiş bir sistemə malikdir). İndi isə, bu sualı verək: Bir gün balta girməmiş bir meşənin dərinliklərində gəzintiyə çıxsanız və ağacların arasında son model bir avtomobil olduğunu görsəniz nə düşünərsiniz? Görəsən meşədəki müxtəlif elementlərin milyonlarla il ərzində təsadüfən bir yerə toplanaraq belə bir məhsul ortaya çıxartdığınımı düşünərsiniz? Avtomobili meydana gətirən bütün xammallar; dəmir, plastik, kauçuk və s. torpaqdan və ya onun məhsullarından əldə edilir. Lakin bu vəziyyət sizə, bu vəsaitlərin “təsadüfən” sintez edilib, sonra da bir yerə toplanaraq nəticədə ortaya belə bir avtomobil çıxartdıqlarını düşündürərmi?

Əlbəttə ki, ağlı ilə bağlı problemi olmayan hər insan, avtomobilin şüurlu bir dizaynın, yəni bir fabrikin məhsulu olduğunu düşünəcək, bunun meşədə nə işinin olması ilə maraqlanacaq.

Təkrar hüceyrəyə qayıtsaq, bunu söyləyə bilərik: Mürəkkəb bir strukturun birdən-birə, bir anda tam şəkildə əmələ gəlməsi, onun şüurlu bir varlıq tərəfindən yaradıldığını göstərər. Hələ hüceyrə qədər mürəkkəb bir strukturda, bu vəziyyət açıq-aydın ortadadır. İşəyarar mənalı bir zülalın təsadüfən əmələ gəlmə ehtimalı sıfır olduğu halda, bu xəyali zülalların minlərlə müxtəlif növündən milyonlarlasının bir yerə toplanıb hüceyrəni əmələ gətirməsinin nə qədər qeyri-mümkün olduğunu ifadə edə biləcək bir söz tapmaq olduqca çətindir.

Üstəlik, qeyri-mümkün hallar burada da bitmir. İnsan bədəni üçün lazım olan milyonlarla zülalın təsadüfən əmələ gəldiyini və təsadüfən eyni nöqtədə bir yerə toplandığını fərz etsək belə, bunun bir göydələnin daşının, sementinin və tikinti vəsaitlərinin torpağın üstünə toplanmasından başqa mənası yoxdur. Bütün bu vəsaitlərin olduqca mürəkkəb bir plan və layihə çərçivəsində, olduqca ölçülü, hesablı, nizamlı, ağıllı və idarəli şəkildə, həmçinin müəyyən əmrlər ardıcıllığı əsasında bir yerə gətirilməsi nəticəsində bir göydələn inşa edilə bilər.

Amma, göydələnlər gördükdə: “Kim tərəfindən inşa edilib?” sualını verən, lakin canlılara gəldikdə isə: “Hansı təsadüf nəticəsində əmələ gəlib” sualı ilə maraqlanan insanlar da var. Bu həqiqətən də başa düşülməsi çətin bir korluqdur. Bunu ancaq, Quranda verilən məlumatla anlamaq mümkün olar. Allah Quranda bəzi insanlarla əlaqədar belə buyurur:

“Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha alçaqdırlar. Qafil olanlar da məhz onlardır. ” (Əraf surəsi, 179)

Bəzi insanların gözləri qarşısında dayanan açıq həqiqətləri görə bilməmələri və Yaradıcımızı inkar etmələri Allahın möcüzələrindən biridir. Həmçinin digər möcüzələr kimi heyrətamizdir. Necə ki, Yerin, Günəşin və bütün kainatın yaradılması Allahın sonsuz qüdrət və elminin bir göstəricisidirsə, ətrafını əhatə edən saysız dəlillərə baxmayaraq, inkar edən bir insanın yaradılması da Allahın hər şeyə qadir olduğunun digər bir göstəricisidir:

Əgər təəccüblənirsənsə, onların: “Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında (oddan) qandallar olanlardır. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar. (Rad surəsi, 5)

protein sentezi, hücre, ribozom
A. NÜVƏ
B. TRANSKRİPSİYON (Kopyalama)
C. SİTOPLAZMA
D. TRANSLASYON (İstehsal)
E. PROTEİN
1. DNT üzərində Genin qeyd olunduğu bölgə
2. RNT
3. Ekson
4. Intron
5. RNT Kopyalama əməliyyatları
6. Laazımsız Şifrələr Atılır
7. Nüvə membranı
8. tRNT
9. Ribosomal RNT hissəcikləri
10. mRNT
11. Sitoplazmadakı Amin turşusu, tRNT Ribo- som Parçalarından ibarət hovuz
12. Ribosomda Polipeptid Zəncirin istehsalı
13. Hücrə içi istifadə və ya xarici mühitə göndərmək üçün
(Şəkil 3.8) Protein sintezinin ümumi xülasəsi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma