Çiçəklərin mayalanması və arılar


Müxtəlif çiçəklərlə dolu bir çəməndə bal yığan arılar bir müddət izlənilsə, maraqlı bir vəziyyət diqqəti çəkəcək. Arılar hər səfərdə yalnız tək bir çiçək cinsi arasında gedib gələrlər. Bir çiçəkdən digərinə uçarkən başqa cins çiçəklərə diqqət belə etməzlər.

Bəzən günlərlə eyni növ çiçəkləri bu şəkildə ziyarət edən arıların bu davranışları həm özləri, həm də çiçəklər baxımından faydalıdır. Bu vəziyyəti belə açıqlaya bilərik. Bir çiçəyə ilk dəfə qonan bir arı o çiçəyin quruluşunu tanımadığı zaman kiçik bir nektar damlasını tapmaq üçün çox uzun bir müddət cəhd etmək məcburiyyətində qalar. Arı ancaq eyni çiçəyə beşinci və ya altıncı dəfə qonduqdan sonra sürət və bacarıq qazanar və hədəfinə asan şəkildə çatdığı üçün zaman qazanmağa başlayar.

Bu vəziyyətin çiçəklər baxımından faydalı olan istiqaməti isə, arıların tək çiçək növünü seçmələri sayəsində sürətli və etibarlı bir mayalanmanın təmin edilməsidir. Çünki bir çiçəyin tozcuğu başqa çiçəkləri mayalandırmaz və ancaq arıların eyni çiçəklər arasında etdikləri dövrlər əsnasında çiçəklər mayalanmış olar. Arılar eyni növ çiçəkləri tapmaq üçün qoxudan faydalanarlar.

Burada qısaca, çiçəklərdəki mayalandırma hadisəsinin necə reallaşdığına toxunmaqda fayda vardır. Bilindiyi kimi arılar çiçəkləri nektar və tozcuq yığmaq üçün ziyarət edirlər. Ancaq arılar tozcuq toplamağa çalışarkən, çiçəklər üçün həyati əhəmiyyəti olan bir funksiyanı yerinə yetirər və onların mayalanmasına vasitəçilik etmiş olarlar. Çiçəklərdəki mayalanma hadisəsinin reallaşa bilməsi üçün çiçəyin dişi toxumunun erkək toxumlarla (tozcuqlarla) birləşməsi lazımdır. Yəni çiçəyin bir miqdar tozcuğu yapışqan olan başcıq üzərinə gələrək buradan dişi toxumla birləşməlidir. Çiçəklər ümumiyyətlə, erkəkcik orqanlarındakı tozcuqları öz başcıqları üzərinə özləri çatdıra bilməzlər. Ancaq böcəklər sayəsində reallaşan birləşmə ilə mayalanma olar və yeni çiçəkləri meydana gətirəcək toxumlar meydana gələr.(89)

Görüldüyü kimi çiçəklər və arılar arasında çox əhəmiyyətli bir əlaqə vardır. Hər iki canlı da bir-birlərini cəzb edəcək şəkildə Allah tərəfindən hazırlanmışlar. Məsələn, böcəklər tərəfindən mayalanmalı olan çiçəklər, böcəkləri özlərinə çəkəcək nektarları ifraz edərlər ki, əslində arıları çəkən bu nektarlardır. Ayrıca çiçəklər qoxuları və ya canlı rəngləriylə də böcəklərin diqqətini çəkərlər.

Arılar və çiçəklər arasındakı bu əlaqə insanlara görə də son dərəcə əhəmiyyətlidir. Çünki arıçılığın əkinçilik əhəmiyyəti çox böyükdür. Bir çox meyvə ağacı və çiçək daha çox arılar vasitəsiylə mayalanar. Bu səbəblə, bəzi mütəxəssislər arıların bu mövzudakı dəstəyini, bal istehsalından daha əhəmiyyətli bir töhfə olaraq qiymətləndirərlər. Bu məlumatlar düşünüldüyündə ağıla dərhal Nəhl surəsindəki bal arısı ilə əlaqədar ayələr gəlir. Allah bu ayələrdə arıların bütün meyvələrdən yemələrinə diqqət çəkmişdir:

Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör.  Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

Bu arada bunu da ifadə etmək lazımdır ki, arılardan başqa böcəklər də çiçəkləri mayalandırarlar. Lakin arılar həm saylarının çoxluğu, həm çalışqanlıqları və həm də bədən quruluşlarının uyğunluğuna görə tozcuğu, digər böcəklərə nisbətən daha çox miqdarlarda daşıyarlar. Əkinçiliyin böyük hissəsi arıların etdikləri tozlanmaya bağlıdır. Böcəklə tozlanmanın 80%-i bal arılarının vəzifəsidir. Bu tozlanma olmasa, meyvə və tərəvəz istehsalından əldə edilən səmərədə əhəmiyyətli bir azalma müşahidə olunardı.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma