Bezoar Keçilərinin Kimya Bilikləri


Bezoar keçisi olduqca dik, divar kimi qayalara dırmaşa bilən keçi növüdür. Dırnaqlarının altının nahamar olması və ayaqlarının altındakı yumşaq yastıqlar sayəsində, asanlıqla çevik hərəkətlər edirlər. Lakin bu keçi növünün əsil qəribə xüsusiyyəti sahib olduğu təəccüb oyandıran kimya bilikləridir. Adları farsca dərman mənasını verən bir kökdən törəmiş bezoar keçiləri öz-özlərini müalicə etmə mövzusunda ixtisaslaşmışdırlar.

Bezoar keçisi nə vaxt bir ilan tərəfindən sancılsa dərhal yaşadığı yerin ətrafında bitən südləyən bitkisi növlərindən birini yeməyə başlayır.

Bu olduqca heyrətamiz davranışdır. Çünki həqiqətən də südləyən bitkisinin tərkibindəki mayedə olan “eforbin” maddəsi, qana qarışan ilan zəhərini təsirsiz hala gətirir.(3)

Belə olduqda şüurlu və diqqətcil bir insanın ağlına dərhal bu suallar gəlir; gündəlik otlamaları əsnasında südləyənlərə ağızlarını belə vurmayan keçilərin, bu bitkilərdən müalicə məqsədiylə istifadə etmələrini nə təmin edir? Bu canlılar ilan zəhərinə qarşı padzəhər təsirinə malik, bir ot axtarmalı olduqlarını haradan bilirlər? Bezoar keçiləri südləyənlərin tərkibində hansı kimyəvi maddələrin olduğunu və bu kimyəvi maddələrin ilan zəhərini müalicə edici təsirə sahib olduğunu necə öyrəniblər?

Keçilərin, bir ilan tərəfindən sancıldıqları vaxt, qarşılarına çıxan bütün otları yeyərək, yəni sınaq-yanılma metodundan istifadə edərək hansı otun zəhərlənməni aradan qaldırdıqlarını öyrənmələri qeyri-mümkündür. Yaşadığı ərazidə lazımi otu tapmağa çalışarkən, yüzlərlə ot növünü yeyərək sınaqdan keçirməyə başlayan keçinin ehtimal ki, ancaq bir neçə sınaq keçirməyə vaxtı olacaq. Üstəlik, həmin anda müvəffəqiyyət qazansa belə, hər dəfə ilan sancdıqda eyni məqsədəuyğun seçimi etməli olacaq. Hər şeyi bir kənara qoyaraq, keçinin bunu bacardığını düşünək. Lakin bu da kifayət etməyəcək. Çünki bu keçi növünün nəslinin tükənməməsi üçün, bütün bezoar keçiləri bu davranış xüsusiyyətinə sahib olmalıdır.

Dolayısilə müvəffəqiyyət qazanan ilk keçi, apardığı təcrübəni digərlərinə ötürməlidir. Lakin bir canlının sonradan qazandığı bir biliyi özündən sonrakı nəsillərə genetik cəhətdən ötürməsi qeyri-mümkündür. Buna belə bir nümunə verək: Çox çalışaraq universitet imtahanında birincilik qazanan bir insanı düşünək. Bu insanın uzun illər ərzində çalışıb öyrəndiklərinin və ya göstərdiyi səyin doğulacaq uşağına və ya nəvəsinə heç bir faydası olmayacaq. Qazanılan biliklər və ya davranışlar yalnız o canlıya məxsusdur. Bunların canlının genlərinə kənardan müdaxilə ilə yerləşdirilməsi və dolayısilə digər nəsillərə ötürülməsi qeyri-mümkündür. Hər nəsil eyni bilikləri ən başdan öyrənərək qazanmağa məcburdur.

Bu cür nümunələr üzərində dərindən düşünmək canlıların davranışlarının təsadüfən meydana gələ bilməyəcəyini anlamaq üçün kifayətdir. Bütün canlılar ehtiyacları olan məlumatlara Allahın özlərinə ilham etməsi, öyrətməsi sayəsində sahib olurlar. Heç bir canlı özbaşına, sahibsiz və uydurma təsadüflərin axarına buraxılmamışdır. Bir Quran ayəsində Allahın bütün canlılar üzərindəki mütləq nəzarət və hakimiyyəti belə xəbər verilir:

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir. (Hud surəsi, 56)

Göyləri, yeri və oralara yaydığı canlıları yaratması da Onun (varlığının və qüdrətinin) dəlillərindəndir. O, istədiyi zaman onları bir yerə cəm etməyə qadirdir.
(Şura Surəsi, 29)

3. Bilim ve Teknik Dergisi, TÜBİTAK, Ocak 1992, cilt 25, sayı 290, s. 49 ve Bilim ve Teknik, Nisan 1993, cilt 26, sayı 305, s.283

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma