Bir Çox Mövzuda İxtisaslaşmış Mütəxəssislər: Koalalar


Koala Avstraliyada yaşayan ən geniş yayılmış kisəli heyvanlardan biridir. Bu canlılar həyatlarının böyük hissəsini evkalipt ağaclarının üstündə keçirərlər.

Koalaların bədən quruluşu bu ağacların üzərində rahat yaşamalarını təmin edəcək xüsusiyyətlərə malikdir. Məsələn, qolları və pəncələri yoğun gövdəli evkaliptlərə asanlıqla dırmaşmalarını təmin edər, ön ayaqlarındakı ilk iki barmaqları isə, digər üçündən aralıdır. Öz əlimizi düşünsək, iki baş barmaqlarının olduğu deyilə bilər. Arxa ayaqlardakı baş barmaqlar da digərlərindən aralıdır və digər dörd barmaq kimi kəskin pəncələrə sahib deyil. Digər barmaqlardan fərqlənən bu baş barmaqlar daha nazik budaqlardan yapışmağa kömək edir.

Koalanın pəncələri ağacların yumşaq və düz olan gövdələrinə çəngəl kimi keçər. Heyvan bu sayədə budaqlardan yapışar. Dörd ayağı da, eynilə bizim bir çubuğu tutmağımız kimi, ağac budaqlarını asanlıqla tuta bilər və budaqlara sarılaraq dırmanmasını təmin edər.(15)

Koalanın evkaliptlərdə yaşamasını təmin edən başqa bir xüsusiyyəti də, xüsusi mədə quruluşuna sahib olmasıdır. Evkalipt ağacının yarpaqları zəhərlidir və koala xüsusi mədə quruluşu sayəsində bu yarpaqlarla qidalana bilir. Su ehtiyacını da yenə bu ağaclar vasitəsiylə təmin edir. Koala bütün bunları edərkən bir tərəfdən tibbi biliklərdən faydalanır, digər tərəfdən də bədənindəki biokimyəvi fabrikdən yararlanır.

Sol:
1. incə bağırsaq
2. qalın bağırsaq
3. yemək borusu
4. Mədə
5. Duodenum
6. Korbağırsaq
7. Rektum

Koalaların bu xüsusiyyətlərini ardıcıllıqla nəzərdən keçirək:

Koalanın Tibbi Biliyi

Avstraliyada evkalipt ağacının 600-dən artıq növü bitir. Ancaq koalalar bunların yalnız 35-ə qədər növündən istifadə edərlər. Evkalipt ağacı koalalar üçün yalnız sığınacaq deyil, eyni zamanda əhəmiyyətli qida mənbəyidir. Hətta evkalipt yarpaqlarının koalanın yeganə qidası olduğunu demək səhv olmaz. Bütün bunlarla yanaşı evkalipt yarpaqları koalalar üçün dərman funksiyası da yerinə yetirir.

Evkalipt yarpaqları müəyyən dərman təsirinə malikdir. Yarpaqlarında efir yağı var. Bu yağ bir çox heyvan üçün öldürücü xüsusiyyət daşıyan kimyəvi maddələrdən ibarətdir. Buna baxmayaraq, koalanın qaraciyəri bu maddənin zəhərini təsirsiz hala gətirəcək sistemə malikdir. Koalaların özlərinə məxsus qoxuya malik olmalarının səbəbi də bu yağdır.

Bütün bədənə sürtülən yağın bir hissəsi havaya qarışır, bir hissəsi isə, bədənə daxil olur. Yağ, heyvanın bədəninə yerləşən parazit həşəratların kürkün arasından yerə tökülmələrinə imkan verir.

Koala və evkalipt ağacları arasındakı birgəlik bununla bitmir. Koala bədən temperaturunu evkalipt ağacının yarpaqları sayəsində tənzimləyər.

Evkalipt yarpaqlarının tərkibindəki kimyəvi maddələr ağacdan-ağaca fərqlənir. Hətta bir evkalipt ağacında, iki fərqli növdə yarpaq ola bilər. Koala tibbi təhsil almış kimi, ağacdakı yüzlərlə yarpaq arasından, tam özünə lazım olanları seçər. Məsələn, bədən temperaturu aşağıdırsa, yəni üşüyürsə o zaman tərkibində “fellandren” yağı olan yarpaqları, əks vəziyyətdə, yəni hərarəti yüksək olanda isə, tərkibində yüksək miqdarda “sineol” maddəsi olan yarpaqlarını çeynəyərək bədəninin sərinləməsini təmin edər. Bunlardan savayı evkalipt yarpaqlarında olan digər yağlar da qan təzyiqini aşağı salar və koalanın əzələlərini rahatladar.(16)

Bütün bunlar mütəxəssislik tələb edən davranışlardır. Koala ehtiyac duyduğu maddənin, hansı növ evkalipt ağacında olduğunu haradan bilir?

Bir insanın bir yarpağın tərkibindəki maddələri, yalnız ona kənardan baxaraq bilməsi qətiyyən mümkün deyil. Həmçinin koala yalnız yarpaqları tanımaqla kifayətlənmir nəyi, harada işlədəcəyini də çox yaxşı bilir.

Yarpaqlarda hansı maddələrin olduğunu hər hansı yolla bildiyimizi fərz etsək belə, təhsil almadan və ya mövzuya dair bir kitab oxumadan bu maddələrin nə işə yaradıqlarını öyrənməyimiz qeyri-mümkündür. Bu təqdirdə sınaq-yanılma üsulundan istifadə etmək də, olduqca riskli olacaq. Çünki yarpaqlarda zəhərli maddələrin olma ehtimalı var.

Necə ki, evkalipt ağacının yarpaqları zəhərlidir. Bu təqdirdə koala yalnız evkalipt yarpaqlarının tərkibindəki maddələri tapmaqla kifayətlənməyib, eyni zamanda yarpaqların zəhərini bədəni üçün təsirsiz hala gətirəcək mexanizmi də dizayn etməlidir. Sonra da bu mexanizmin bədənində hər hansı yolla əmələ gəlməsini təmin etməlidir. Əks təqdirdə öləcək. Bu vəziyyət koalanın sınaq-yanılma üsulu ilə bunu bacardığı kimi, ağılsız bir fikri tamamilə ortadan qaldırır.

Bir koalanın yaşaya bilməsi üçün, hazırkı bədən quruluşuyla bir anda yaranması vacibdir. Əks təqdirdə öləcək. Bütün bunlar koalaların bu xüsusiyyətlərlə birlikdə yarandıqlarını sübut edən aydın dəlillərdir. Nə elmi həqiqətlərlə, nə də ağıl və məntiqlə əlaqəsi olan xəyal məhsulu ssenarilərlə hər hansı nəticə əldə olunmayacağı çox aydındır. Bu canlıların bədən quruluşları (sonrakı səhifələrdə təfərrüatlı şəkildə bəhs ediləcəyi kimi) çox xüsusi bir dizaynın məhsuludur.

Koalanı, üzərində yaşadığı evkalipt yarpaqlarını çox məqsədli istifadə edəcəyi xüsusiyyətlərlə birlikdə Allah yaratmışdır. Allah hər cür elmin sahibidir. Bu canlının harada, hansı xüsusiyyətlərə sahib olaraq yaradılacağını, hansı görünüşə malik olacağını və daha bir çox təfərrüatı Rəbbimiz müəyyən etmişdir.

Allahın yaratma sənəti mükəmməl və bənzərsizdir. Quranda belə buyurulur:

Qeybi və aşkarı bilən, qüdrətli və rəhmli olan Odur. Hansı ki, yaratdığı hər şeyi gözəl biçimdə yaratmış, insanı ilk olaraq palçıqdan xəlq etmişdir. (Səcdə surəsi, 6-7)

Kiçik Biokimyəvi Fabrik

Evkalipt yarpaqlarının tərkibində yüksək miqdarda lif və çox az miqdarda zülal vardır. Bu yarpaqlarda kəskin iyli yağlar, fenol birləşmələri və bir çox məməli üçün yeyilməz, hətta zəhərli olan sianid xüsusiyyətinə sahib maddələr də var. Başqa heyvanlar üçün zərərli olan bu maddələr koalaların bədənində zəhərli təsirini itirir. Çünki koala, çox xüsusi anatomik quruluşa və fiziologiyaya malik həzm sisteminə sahibdir.

Eynilə digər otyeyən məməlilər kimi koala da, evkaliptlərin əsas maddəsi olan sellülozanı həzm edə bilməz. Ancaq onun üçün bu əməliyyatı, sellülozanı həzm edə bilən və koalanın kor bağırsağında yaşayan mikroorqanizmlər yerinə yetirərlər.

Koalanın kor bağırsağı, yoğun bağırsağına açılır və çox böyükdür. Belə ki, kor bağırsaq, bağırsağın ümumi uzunluğunun təxminən 20%-ni təşkil edir. Uzunluğu 1,8 metrlə 2,5 metr arasındadır.

Kor bağırsaq koalanın həzm sisteminin ən qəribə hissəsidir. Yarpaqların həzm sistemindən keçişi burada gecikdirilir. Bu gecikmə sayəsində kor bağırsaqlardakı mikroorqanizmlər fəaliyyətə keçərək sellülozanı koalanın faydalanacağı hala gətirirlər. Bu xüsusiyyətinə görə koalanın kor bağırsağı biokimyəvi bir fabrikə bənzədilə bilər. Sellüloza bu fabrikdə emal olunarkən, yağlar və zəhərli xüsusiyyətə malik kimyəvi maddələr (fenol birləşmələri) digər bir fabrikdə, yəni qaraciyərdə süzülür və təsirsiz hala gəlirlər.

Koalanın yeganə qida mənbəyi evkalipt yarpaqlarıdır. Bu isə heyvanın karbohidrat ehtiyacını tamamilə mikroorqanizmlərin sellülozanı həzm etməsi sayəsində ödəməsi deməkdir. Bu vəziyyət, mikroorqanizmlər olmadan koalaların yaşamasının qeyri-mümkün olduğunu açıq şəkildə göstərir. Dolayısilə bu iki canlı eyni anda yaradılmalıdırlar. Bu birgəlik, koalalar və mikroorqanizmlərini tək bir Yaradıcının yaratdığına dəlilidir. Bu iki canlını bir-biriylə uyğun yaradan Allahdır.

Allah yaratdığı bütün varlıqların bütün ehtiyaclarından xəbərdardır və əskiksiz yaradandır. Belə nümunələr Allahın sonsuz gücünü bizə sübut edir. Ağlını işlədən insanların bu həqiqəti anlayacaqları bir ayədə belə bildirilir:

“Əgər ağlınızını işlədə bilirsinizsə, bilin ki, O, şərqin, qərbin və bunların arasında olanların Rəbbidir!” (Şuəra surəsi, 28)

Koala və Su Balansı

Avstraliyanın yerli əhalisi olan aborigenlərin dilində “koala” sözü, su içməyən mənasını verir, çünki koalalar heç vaxt su içmirlər. Koalanın bu xüsusiyyətinin səbəbi evkalipt yarpaqları ilə qidalanmasıdır.

Evkalipt yarpaqlarının tərkibindəki sabit su göstəricisi 40%-lə 65% arasında tərəddüd edir. Bu göstərici 40%-dən aşağı düşməz. Çünki belə olsa, həmin yarpaqlar quruyaraq ölər. Bu xüsusiyyətləri sayəsində, evkalipt yarpaqları təbii olaraq koalanı kifayət miqdarda su ilə təmin edir.

Şübhəsiz ki, təkcə yarpaqların tərkibində bol miqdarda su olması kifayət etmir. Koalanın evkalipt ağacındakı sudan istifadə edə biləcəyi bədən quruluşuna sahib olması da olduqca əhəmiyyətlidir. Koalanın bədənində mükəmməl dizayn olunmuş “su itkisinə nəzarət sistemi” var.

Koalalardakı su itkisinə böyrəklər nəzarət edir. Ancaq daha əhəmiyyətlisi, koalanın həzm sisteminin su tutma xüsusiyyətinə malik olmasıdır. Bu sayədə koalaların bədəninə daxil olan suyun olduqca az hissəsi bədəndən kənarlaşdırılır.(17)

Həzm sisteminin su tutma xüsusiyyəti sayəsində, tərkibində az su olan lakin bol miqdarda tapılan evkalipt yarpaqları koalaya kifayət edir. Əgər koalanın həzm sistemi bu xüsusiyyətə sahib olmasaydı, heyvan daim yerə enib su axtarmaq məcburiyyətində qalacaqdı. Bu da yerdə yaşamaq üçün uyğun xüsusiyyətlərə sahib olmayan bu canlının bir çox təhlükə ilə qarşılaşması deməkdir. Ancaq koala xüsusi bədən quruluşu sayəsində heç vaxt belə çətinliklə üzləşməz.

Koalanın Qoruyucu Kürkü

Koalanın bədən temperaturunu müəyyən edən əsas faktor kürküdür. Heyvanın kürkü istiliyi mükəmməl saxlayacaq xüsusiyyətdə yaradılmışdır:

Kürkün hər kvadrat millimetrində təxminən 55 tük var. Heyvanın kürək kürkü, bədən səthinin 77%-ni təşkil edir. Qarın tüklərinin sıxlığı isə kürək kürkünün ancaq yarısı qədərdir və bədən səthinin 13%-ni təşkil edir.

Koaladakı tüklərin uzunluğunda da fəsillərə bağlı bəzi fərqlər yaranır. Yaz aylarında uzun tüklərlə, qısa tüklər arasındakı fərq daha çoxdur.

Qalın kürək kürkündəki tüklər, qarın nahiyəsindəki seyrək tülklərdən daha tünddür; koala bu sayədə, günəşin istiliyini toplayaraq, istiliyi izolə edə bilir. Qarın tüklərinin seyrək olmasına baxmayaraq, bunları dikləşdirərək izolyasiya dərəcəsini tənzimləyə bilir.

Küləkli günlərdə ağac üzərindəki koalalar, küləyin sürəti artdıqca yalnız kürəklərinin orta nahiyəsini küləyə verirlər. Getdikcə daha çox büzülərək yupyumru bir topa çevrilirlər. Küləyin sürəti daha da artdıqda, qulaqlarını da önə doğru qıvırırlar. Beləliklə hava axının daxil olacağı heç bir açıq yerləri qalmır. Koalanın kürək kürkü ən yüksək izolyasiya dəyərinə malikdir. Belə ki, bu dəyər şimal qütbündə yaşayan heyvanlarda müəyyənləşdirilmiş dəyərlərə olduqca yaxındır.

Küləyin, bu qalın və döşək bənzəri kürək kürkü üzərindəki təsiri azdır. Külək yüksək sürətlə əsdiyi vaxtlarda kürk, bədən temperaturunu qoruya bilir. Soyuq günlərdə və şiddətli küləklərdə belə kürkün temperaturu qoruma gücündəki azalma 14% kimi, az bir göstəricidir. Bu məlumatlar, kürkün olduqca yüksək sürətli küləklərdə belə meşədə ağac təpələrində yaşayan bir heyvanın, bədən temperaturunu mükəmməl şəkildə qoruyacağını göstərir.

Koalanın maddələr mübadiləsi sürəti də, kürkün istilik tənzimləmə təsirini tamamlayacaq şəkildə nizamlanmışdır. Koalanın maddələr mübadiləsi olduqca yavaş işləyir. Belə ki, bu, digər kisəli heyvanların maddələr mübadiləsi sürətinin 74%-i qədərdir. Bu aşağı sürətdəki maddələr mübadiləsi də, heyvanın su itkisinin az olduğunu göstərən göstəricilərdən biridir.(18)

İndi koalanın sahib olduğu xüsusiyyətləri xatırlayaq:

➢Koalalar ağaclara dırmanmalarını və burada asanlıqla yaşamalarını təmin edəcək bədən quruluşuna sahibdirlər.

➢ Həzm sistemlərinin xüsusi quruluşu sayəsində, bu ağaclarda çox olan evkalipt yarpaqlarından kifayət qədər qida və su götürə bilərlər.

➢Evkalipt yağlarının zəhərləyici təsirini yox edən xüsusi fizioloji sistemə də sahibdirlər.

➢ Bəzi evkalipt yarpaqlarından, bədənlərindəki müxtəlif natarazlıqları yox etmək \ məqsədiylə dərman kimi istifadə edə bilərlər.

➢Yarpaqlardan aldıqları sudan maksimum istifadə etmələrini təmin edəcək fiziologiyaya da sahibdirlər.

Bütün bunlar koala kimi bir canlının ağac üzərində yaşaması üçün lazım olan şərtlərdir. Koala üçün bu qədər əhəmiyyət kəsb edən bu xüsusiyyətlər təsadüfən yaranmış ola bilərmi? Bu suala qərəzsiz və obyektiv düşünən hər ağıllı insan tək bir cavab verəcək; əlbəttə ki, xeyr. Koalanı mükəmməl xüsusiyyətləri ilə birlikdə yaradan üstün güc sahibi Allahdır. Allah, yaratdığı bütün canlılara verdiyi bu kimi xüsusiyyətlərlə sonsuz şəfqət və mərhəmətini göstərir.

15. Bilim ve Teknik Dergisi, “Hasta hayvanlar nasıl şifa bulur?”, TÜBİTAK, , Sinan Erten, Ocak 1996, s.99.

16. James L. Gould & Carol Grant Gould, Olağan Dışı Yaşamlar, TÜBİTAK Popüler Bilim Kitapları, 5. Basım, s.137

17. Robert Degabriale ve T. J. Davson, “Metabolism and heat balance in arboreal marsupial, The Koala (Phascolarctos cinerus)”, Journal of Comparative Physiology, 1979, sayı: 134, ss.293-301

18. Denis Dreves, Creation, Haziran-Ağustos 1996, 18:3, ss.26-28

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma