İlanlardakı Ovlanma Mexanizmləri


İlan, iybilmə orqanı olan haçalı dilinin köməyi ilə, zülmət qaranlıqda yarım metr qarşısında yerə çömbəlib oturmuş hərəkətsiz bir canlının varlığını hiss edə bilər. Gecə qaranlığına baxmayaraq, istilik qəbuledici sistem sayəsində ovunun yerini tam düzgün şəkildə müəyyənləşdirir. İlan əvvəlcə ovuna səssizcə yaxınlaşır, hücum edəcəyi məsafəni alır, sonra boynunu yay kimi gərər və ovunun üzərinə böyük sürətlə atılar. Artıq bu əsnada 1800 açıla bilən güclü çənəsindəki dişlərini ovuna keçirmişdir. Bütün bunlar, bir avtomobilin yarım saniyə müddətində sıfırdan 90 km/saat sürətə çatması ilə eyni sürətdə olub bitir.

İlanın, ovunu təsirsiz hala gətirmək üçün işlətdiyi ən böyük silahı isə “zəhər dişləri”dir. Bu dişlərin uzunluğu təxminən 4 sm-dir. Dişlərin içi oyuqdur və zəhər vəzlərinə bağlıdır. Bu vəzlərin əzələləri, ilan ovunu dişlədiyi anda yığılar və zəhəri əvvəlcə diş kanalına, oradan da ovun dərisinin altına təzyiqlə ötürərlər. İlanın zəhəri, ya ovun mərkəzi sinir sistemini iflic edər, ya da qanını laxtalandıraraq ölümünə səbəb olar.

İlanlar İstilik Yayan Cismin Həqiqi Ov Olub-Olmadığını Necə Anlayırlar?

Aparılan bir təcrübə nəticəsində ilanın, istilik reseptorunun və haçalı dilinin ortaq fəaliyyəti sayəsində istilik yayan cismin həqiqi ov olub-olmadığını müəyyənləşdirdiyi ortaya çıxmışdır. Qaranlıq mühitdə ilanın önünə isti bir qum torbası və ölü bir heyvan qoyulmuşdur. İlan əvvəlcə dərhal torbanın üzərinə hücuma keçir, ancaq onu yeməyə çalışmır. Heyvandan istilik yayılmamasına baxmayaraq, onunla rastlaşdıqda diliylə yoxlamış və sonra da onu yeməyə başlamışdır. Əgər belə olmasaydı, ilan istilik yayan bütün cisimlərə hücum edib onları sancacaq və beləliklə vaxtını boş yerə itirəcəkdi. Ancaq iki duyğu sisteminin bir-birini tamamlayacaq xüsusiyyətlərdə yaradılması sayəsində belə vəziyyət ortadan qaldırılmışdır.

Bir canlının gecə görmə sisteminə, səhvsiz yer müəyyənləşdirmə xüsusiyyətinə və başqa bir heyvanı zəhərləyərək öldürmək üçün lazımi təchizata sahib olması, təəccüblü və mükəmməl bir xüsusiyyətdir.

Allahın açıq-aşkar görünən varlığını israrla inkar edənlər, əlbəttə ki, ilanın belə üstün qabiliyyətə necə sahib olduğunu izah edə bilməzlər. Çünki ilanın ağzında yerləşən zəhər sistemi, olduqca mürəkkəb və xüsusi plan əsasında hazırlanmış sistemdir. Bu sistemin işləməsi üçün, heyvanda əvvəlcə içləri oyuq xüsusi “zəhər dişləri”, sonra bu dişlərə bağlanmış zəhər vəziləri, ən sonunda isə, bu vəzlərin içində düşmənlərini dərhal iflic edəcək qədər güclü bir zəhər əmələ gəlməlidir.

Həmçinin heyvan ovunu sancdığı anda bu sistemi işə salacaq bir refleksin yaranması da şərtdir. Bu çox hissəli sistemin tək bir hissəsi belə olmasa, sistem işləməyəcək. Bu da ilanın ovlamaq üçün seçdiyi heyvanlara yem olmasıyla nəticələnəcək bir vəziyyətdir.

Bütün bunlarla yanaşı, zəhərin ilana heç bir zərər verməməsi də başlı-başına araşdırılmalı bir incəlikdir. İlanın bədənində həm zəhər, həm də zəhəri saxlayacaq bir sistem var. Zəhərin yerləşdiyi vəzlərin qoruyucu xüsusiyyətdə olması vacibdir, əks halda zəhər ilanın bədəninə yayılacaq və onun ölümünə səbəb olacaq. Göründüyü kimi, zəhər sistemi bütöv halda yaranmalıdır. Belə bir sistemin xəyali təkamül prosesində mərhələli şəkildə əmələ gələ bilməyəcəyi ortadadır.

Zəhər sistemi üzərində düşünmək təkamülçülərin “təsadüfən yaranma” iddialarının gülünclüyünü ortaya çıxarmaq üçün kifayətdir. Təkamülçülərin iddiaları xəyali fərziyyələrdən ibarətdir. İstilik reseptorlarının və ya zəhər dişlərinin daha əvvəl olmadığı halda, bir gün birdən-birə əmələ gələ bilməyəcəyi aydındır. Bunun üçün əvvəlcə dişlər, sonra da onların içindəki boşluqlar əmələ gəlməlidir. Daha sonra orqanizm, digər canlılara necə bir zəhərin təsir göstərəcəyini öyrənməli, sonra isə bu formul əsasında zəhəri hazırlamalıdır ki, bu saydıqlarımız baş verməsi lazım olan mərhələlərin çox səthi şəkildə təsviridir. Bura qədər verilən nümunələrdən də göründüyü kimi, ilanların bədən sistemlərindəki hər şey mürəkkəb və bir-birləriylə əlaqəlidir. Hər şey ən incə nöqtəsinə qədər mükəmməl incəliklərə malikdir. Bu isə çox açıq şəkildə yaradılışı sübut edir. İlanları, mükəmməl qoxu hiss etmə qabiliyyətləri, zəhər sistemləri və digər bütün xüsusiyyətləri ilə birlikdə yaradan üstün güc sahibi olan Allahdır. Bütün bu açıq-aydın dəlillərə baxmayaraq, Özünə iman etməməkdə israr edənləri Allah Quranda zalım adlandırır və belə buyurur:

Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 57)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma