Optika Qanunlarını Bilən Kəpənəklər


Fiziklərin optikada istifadə etdiyi üç təməl qanun var. Bunlar müvafiq olaraq aşağıdakılardır:

1) Bir səth, üzərinə düşən günəş şüalarının həmin səthlə əmələ gətirdiyi bucaq 90⁰-yə yaxınlaşdıqca qızar.

2) Günəş şüalarını eyni bucaq altında qəbul edən iki səthdən tünd rəngli olanı daha çox qızar.

3) Əks etdirən hər hansı səth, üzərinə düşən şüaları, düşdükləri bucaq (səthlə 90⁰ bucaq əmələ gətirdiyi hesab edilən hündürlük) altında da əks etdirər.

Bu qanunları fizika oxuyanlar bilirlər, ancaq bu gün bir çox insan bu qanunlardan tamamilə xəbərsizdir. Bunların gündəlik həyatda hansı təsirlərə malik olduğundan və ya nə işə yaradıqlarından da xəbərsizdirlər. Əlbəttə ki, optika qanunlarını hər insanın bilməməsi olduqca normaldır. Burada qınanılacaq heç nə yoxdur. Ancaq təəccüb oyandıran, bu qanunları çox yaxşı bilən başqa canlıların olmasıdır.

İnsanların bilmədiyi və ya bilib də diqqət yetirmədiyi bu qanunlardan kəpənəklər xəbərdardır. Həmçinin kəpənəklər bu optika qanunlarından gündəlik həyatlarında da faydalanırlar. Bu mövzunu Colias kəpənəklərini nümunə verərək izah edək.

Colias kəpənəyi bədən temperaturu 28⁰ C-dən aşağı olduğu vaxt uça bilməz. Bu vəziyyətdə dərhal qanadlarını açar və arxasını günəşə çevirərək günəş şüalarını düz bucaq altında alacaq şəkildə dayanar. Kəpənək kifayət qədər isinib bədən temperaturu 40⁰ C-yə qədər yüksəldikdə öz oxu ətrafında 90⁰ dərəcə dönər. Beləliklə də, günəş şüalarını üfüqi halda qəbul edər. Bu hərəkətlə günəş şüalarının isidici təsiri minimuma endirilir. Dolayısilə kəpənəyin bədən temperaturu azalmağa başlayır.

Bunlarla yanaşı, bu növ kəpənəklərin qanadlarında qara ləkələr mövcuddur. Bu ləkələr istiliyi kəpənəyin bədənində toplayar. Üstəlik, bunlar bədənin ən çox isinməyə ehtiyac duyduğu hissələrə yaxın yerləşdirilmişdir. Beləliklə də, digər hissələrdən daha tez isinən ləkələrdən digər yerlərə ötürüləcək istiliyin ötürülmə məsafəsi qısalmış olur.

Pieris növünə aid kəpənəklər isə, qanadlarını elə bucaq altında saxlayarlar ki, eynilə bir lupa kimi bütün şüaları bədənlərinin ən çox isinməsi lazım olan hissələrində toplaya bilərlər.(33)

Şübhəsiz ki, bu kəpənəklər həyatları boyu fizika və optika sahələrində təhsil almayıblar. Onlar nə fizika qanunlarından, nə də hansı bucaq altında dayanmaqla günəş şüalarının daha çox qəbul ediləcəyindən xəbərdardırlar. Bütün bunlar kəpənəklərə öyrədilir.

Bu canlılara ən yaxşı şəkildə isinmələri üçün nələr etməli olduqlarını ilham edən, hər şeyi qoruyan və himayə edən Allahdır. Rəbbimizin hər şeyin hakimi olduğu bir ayədə belə bildirilir:

Göylərdə və yerdə hər nə varsa, hamısı Onundur. Şübhəsiz ki, Allah, heç nəyə ehtiyacı olmayandır (Qəniyy), tərifəlayiqdir. (Həcc surəsi, 64)

33. Bilim ve Teknik Dergisi, TÜBİTAK, Nisan 1991, s.49

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma