Qarışqalar Turşu Zavodu İnşa Edə Bilərlərmi?


(FA). Qarışqa turşusu

Qarışqaların bədənlərində, qarışqa turşusu (H2CO2) adlı kimyəvi maddəni sintez vəzlər var.(4) Qarışqalar antibiotik təsirinə malik bu maddəni müntəzəm surətdə bədənlərinə sürtərlər. Beləliklə həm yuvalarında, həm də öz üzərlərində bakteriya və göbələklərin yaranmasına mane olarlar.

Qarışqaların bədənlərindən ifraz olunan bu turşudan xəbərdar olmaları və bunu necə istifadə edəcəklərini bilmələri heyrət vericidir. Lakin insanı bundan daha da heyrətləndirən şey, başqa canlıların da qarışqaların bu xüsusiyyətindən xəbərdar olmasıdır.

Bəzi quş növləri də qarışqalardakı bu turşudan istifadə edərlər. Quşlar qarışqalar kimi kimyəvi maddələr ifraz etməzlər. Ancaq tez-tez qarışqa yuvalarının təpəsinə qonub, qarışqaların tüklərinin arasında gəzmələrinə imkan verərək, onların ifraz etdikləri turşudan bəhrələnərlər. Bu üsul sayəsində bədəni qarışqa turşusuna bulanan quş, üzərindəki bütün parazitlərdən xilas olar.

Qarışqa, göbələyə qarşı qarışqa turşusunun fayda verdiyini və ya bu turşunun formulunu haradan bilir? Bədənlərində belə təhlükəli turşu ifraz olunmasına baxmayaraq, qarışqalar niyə bundan zərər görmürlər? Üstəlik, quşlar qarışqalarda qarışqa turşusu olduğunu və bundan parazitlərindən xilas olmaq məqsədiylə istifadə edə biləcəklərini haradan bilirlər?

Əvvəlcə bu kimyəvi maddənin necə əmələ gəldiyi sualı cavablandırılmalıdır. Müəyyən xüsusiyyəti olan, faydalı bir kimyəvi maddənin öz-özünə əmələ gəlməsi qətiyyən mümkün deyil. Qarışqa turşusunu düşünək. Bu turşunun yanlış şəkildə sintez olunması, kimyəvi antibiotik xüsusiyyətini itirməsi deməkdir. Həmçinin ortaya başqa zərərli maddələrin də çıxma ehtimalı var.

Vəziyyət belə olduqda, bu maddəni qarışqanın sintez etdiyini və ya bu turşunun qarışqanın bədənində təsadüfən əmələ gəldiyini iddia etmək çox məntiqsiz olar. Bunu bir kənara qoyaraq, turşunun formulunun tam lazım olduğu ortaya çıxdığını düşünək. Bu da heç nəyi dəyişdirməyəcək, çünki qarışqanın bədənində həm turşu ifraz edəcək, həm də qarışqanın bundan zərər görməsinə mane olacaq müdafiə sisteminə də ehtiyac olacaq. Dolayısilə qarışqa bunların hamısına eyni anda sahib olmaq məcburiyyətindədir. Bu vəziyyət qarışqadakı vəzlərin, təkamülçülərin iddia etdikləri kimi, yavaş-yavaş əmələ gəlməsinin qeyri-mümkün olduğunu açıq şəkildə göstərir.

Bu canlılardan heç birinin bu əməliyyatları öz-özlərinə yerinə yetirmələri mümkün deyil. Həqiqət budur ki, qarışqalar hazırkı xüsusiyyətləriylə birlikdə bir anda yaranıblar. Həm qarışqa turşusunu, həm bunları ifraz edə biləcək xüsusiyyətdəki vəzləri, həm də qarışqaları, sonsuz elm sahibi olan Allah yaratmışdır.

Quşlara, qarışqa yuvalarına qonaraq qarışqa turşusundan bəhrələnmələrini ilham edən də Allahdır. Allah bütün canlıların ehtiyaclarını bilən və bunları əskiksiz şəkildə yaradandır. Allah, hər şeyi əhatə etdiyini bir ayəsində belə bildirir:

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz. (Talaq surəsi, 12)

1.Bu şəkildə qarışqalardakı qarışqa turşusundan faydalanan bir quş görürsünüz.
2.Aşağıda isə kimyəvi maddələr istehsal edən bir fabrik var.
3.Bəzi qarışqalar qarışıq turşusunu düşmənlərinə qarşı kimyəvi silah kimi istifadə edirlər. Ortadakı şəkildə iki qarışqanın bir-birinə qarışqa turşusu səpdiyini göstərir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma