Qarışqanın Gözlərindəki Kompas


İstiqamət müəyyənləşdirmək üçün kompasa və xəritəyə ehtiyac vardır. Xəritə insana harada olduğunu, kompas isə hara gedəcəyini göstərir. Tunisin Aralıq dənizi sahilləri yaxınlığında yaşayan qara səhra qarışqası isə, bunların heç birini işlətməməsinə baxmayaraq, istiqamətini düzgün tapa bilir.

Qarışqa səhər günəşin üfüqdən yüksəlməsiylə 70⁰ C-yə qədər qızmar səhra qumunda qida axtarmaq üçün yuvasından çölə çıxır.

Səhra qarışqası yuvasından təxminən 200 metrə qədər məsafədə tez-tez dayanar və olduğu yerdə ziqzaq şəklində hərəkət edər. Amma bütün bu mürəkkəb ziqzaq hərəkətlərə baxmayaraq, yeməyini tapdığı vaxt, dərhal yuvasına doğru düz xətt boyunca hərəkət edərək yola düşər. Qarışqanın bu səfəri onun uzunluğu ilə müqayisə edildikdə, bir insanın səhrada 35-40 km. hərəkət etdikdən sonra, kompas və sair şeylərdən istifadə edərək birbaşa başladığı yerə qayıtması kimidir.(37)

Səhra kimi bir ərazidə istiqamət müəyyənləşdirməyə imkan verən işarələrin azlığı nəzərə alındıqda, (belə ki, qarışqanın yolda görəcəyi işarələri yaddaşında saxlayıb, yolunu onlara baxaraq tapması da başqa bir möcüzə olardı) qarışqanın bacardığı işin əhəmiyyəti daha yaxşı aydın olar.

Qarışqanın nə kompası, nə də xəritəsi var. Ancaq Allahın onun gözlərinə yerləşdirdiyi istiqamət təyinetmə sistemi bütün bu vasitələrdən üstündür. Qarışqanın gözləri insanların sahib olmadığı bir xüsusiyyətə malikdir: Səhra qarışqası da əvvəlcə nümunə verdiyimiz yer hörümçəkləri kimi işığı polyarlaşdıra bilirlər. Bu əməliyyat əsnasında bizim görə bilmədiyimiz bəzi şüaları görür və bunları istifadə edərək ətrafına baxdığı hər an şimal-cənub şəklində qəti şəkildə istiqamət müəyyənləşdirə bilər. Beləcə hər an yuvasının hansı tərəfdə olduğunu təxmin edər və geri qayıdarkən heç bir çətinlik çəkməz. Bir qarışqanın insanların belə yeni öyrəndiyi işığın polyarlaşma xüsusiyyətini bilməsini necə açıqlamaq olar? Həmçinin qarışqa bundan bir kompas kimi faydalanır. Əlbəttə ki, bütün bunları qarışqanın özünün bilməsi qeyri-mümkündür.

Şübhəsiz ki, qarışqanın sahib olduğu bu mürəkkəb göz quruluşunu, təsadüfi reallaşan təsadüflərlə açıqlamaq qeyri-mümkündür. Bütün səhra qarışqaları dünyada yarandıqları ilk günlərindən bəri bu xüsusiyyətdəki gözlərə malikdirlər. Bu gözlər, onların, digər bütün canlıların və bizim Yaradıcımızın əsəridir. Bu Yaradıcı, üstün elm sahibi olan Allahdır. Bir ayədə belə buyurulur:

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə qətiyyətli ol! Heç Ona oxşarını tanıyırsanmı?! (Məryəm surəsi, 65)

1. Yuva2. Gediş Yolu
3. Dönüş Yolu
37. Bilim ve Teknik Dergisi, TÜBİTAK, Mayıs 1995, Sayı: 330, s.69

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma