Entropiya və Nizamlılıq


Təbii şəraitdə tərk etdiyiniz bir avtomobil paslanacaq və çürüyəcək. Kainatdakı bütün maddələr hər hansı bir tənzimləmə olmadığı təqdirdə, həmişə nizamsızlığa və fəsada doğru gedir.

Kainatdakı nizamın nə demək olduğunu qavramaq üçün, əvvəlcə kainatın ən əsas fizika qanunlarından biri olan termodinamikanın ikinci qanunundan bəhs edilməlidir.

Termodinamikanın ikinci qanunu kainatda nəzarətsiz və təbii mühit şəraitinə buraxılan bütün sistemlərin zamanla düz mütənasib şəkildə nizamsızlaşmağa, dağılmağa və pozulmağa başlayacağını söyləyir. Eyni həqiqət “entropiya qanunu” kimi də ifadə edilir. Entropiya fizikada bir sistemin nizamsızlıq dərəcəsidir. Bir sistemin nizamlı, mütəşəkkil və planlı bir quruluşdan nizamsız, qeyri-mütəşəkkil və plansız bir vəziyyətə keçməsi həmin sistemin entropiyasını artırır. Bir sistemdəki nizamsızlıq nə qədər çoxdursa deməli, həmin sistemin entropiyası da bir o qədər yüksəkdir.

Bu həqiqət hamımızın həyatımız boyu yaxından müşahidə etdiyimiz bir haldır. Məsələn, bir avtomobili çölə aparıb buraxar və aylar sonra vəziyyətinə nəzər yetirsəniz, əlbəttə ki, onun əvvəlkindən daha təkmilləşmiş, daha baxımlı hal almasını gözləyə bilməzsiniz. Əksinə təkərlərinin partlamış, şüşələrinin sınmış, kapotunun paslanmış, mühərrikininsə çürümüş olduğunu görərsiniz. Yaxud evinizi “nəzarətsiz” qoysanız, hər keçən gün daha da nizamsızlaşdığını, dağıldığını, tozlandığını görərsiniz. Lakin hər hansı müdaxilə ilə (yəni evi təmizləyib, qaydaya salaraq) bu prosesi əksinə çevirə bilərsiniz.

Termodinamikanın ikinci qanunu və ya digər adıyla entropiya qanunu, doğruluğu nəzəri və təcrübi olaraq qəti şəkildə sübut edilmiş bir qanundur. Belə ki, əsrimizin ən mühüm elm adamı qəbul edilən Albert Eynşteyn bu qanunu, “bütün elmlərin birinci qanunu” kimi xarakterizə etmişdir. Amerikalı elm adamı Ceremi Rifkin “Entropiya: Yeni bir dünyagörüşü” (“Entropy: A new world view”) adlı kitabında belə söyləyir:“Entropiya qanunu tarixin bundan sonrakı ikinci mərhələsində hökm sürən nizam şəklində özünü göstərəcək. Albert Eynşteyn bu qanunun bütün elmlərin birinci qanunu olduğunu söyləmişdir. Ser Artur Eddinqton isə ondan bütün kainatın ən üstün metafizik qanunu kimi bəhs edir”.47

Galaksiler, evrendeki düzenli yapının birer ispatıdır. İçlerinde ortalama 300 milyar yıldız barındıran bu muhteşem sistemler, belirgin bir denge ve uyum içindedir.

İşin qəribə tərəfi isə entropiya qanununun kainatın istənilən fövqəltəbii müdaxilədən asılı bir maddə yığını olduğunu iddia edən materializmi qəti şəkildə qüvvədən salmasıdır. Çünki kainatda çox nəzərəçarpan bir nizam var, lakin kainatın öz qanunları bu nizamı pozmağa istiqamətlidir. Bundan iki nəticə çıxır:

1) Kainat materialistlərin iddia etdiyi kimi əzəldən bəri mövcud ola bilməz. Çünki, əgər belə olsa, termodinamikanın ikinci qanunu indiyə qədər çoxdan kainatdakı entropiyanı maksimum həddə çatdırmış olardı və kainat tamamilə nizamsız olan vahid (homogen) maddə yığınına çevrilərdi.

2) Böyük partlayışdan sonra kainatın heç bir fövqəltəbii müdaxilə və nəzarət olmadan formalaşdığı iddiası da əsassızdır. Çünki böyük partlayışdan sonra yaranan kainat, yalnız nizamsızlığın hökm sürdüyü bir kainat olmuşdur. Lakin bu kainatda get-gedə nizamlılıq çoxalmış və kainat bugünkü nizamlı quruluşuna nail olmuşdur. Bu, təbiət qanunlarına (entropiya qanununa) zidd şəkildə baş verdiyinə görə, deməli, kainat fövqəltəbii yaradılışla nizamlanmışdır.

Bu ikinci bəndi bir nümunə ilə izah edək. Kainatı içində yığın-yığın daşlar və qayalar olan nəhəng bir mağara kimi təsəvvür edək. Bu mağaranı təbii mühit şəraitində tərk edib milyardlarla il gözləsəniz, ilk vəziyyəti ilə müqayisədə daha nizamsızlaşdığını (daşların kiçik hissəciklərə ayrıldığını, bir-birləriylə qarışıb vahid və formasız bir struktura çevrildiklərini) görərsiniz. Lakin milyardlarla il sonra mağaranın içində bu daşlardan hazırlanmış və həssaslıqla işlənmiş heykəllər tapsanız, bu nizama təbiət qanunlarıyla izah gətirilə bilməyəcəyinə dərhal qərar verərsiniz. Gətirilə biləcək tək izah, bu mağaranın bir “ağıl Sahibi” tərəfindən yaradılması olacaq.

Nobel Ödüllü Fizikçi Max Planck: “Evrende kesin bir düzen hüküm sürmektedir… Bu düzen, ancak bilinçli bir düzenleme ile ortaya çıkmış olabilir.”

Məhz kainatda hökm sürən nizam da, bizə kainata hakim olan üstün bir ağıl Sahibinin varlığını göstərir. Nobel mükafatçısı tanınmış alman fiziki Maks Plank kainatdakı bu nizamı belə açıqlayır:“Yekunlaşdırmaq lazım gəlsə dəqiq elmlər tərəfindən təbiətin nəhəng quruluşu haqqında bizə öyrədilən hər şey qəti bir nizamın hökm sürdüyünü göstərir, bu insan zehnindən asılı olmayan bir nizamdır. Hisslərimizlə təsvir edə bildiyimizə görə, bu nizam ancaq məqsədli nizamlama sayəsində meydana gəlmiş ola bilər. Dolayısilə kainatın şüurlu nizama sahib olduğuna dair aydın dəlil var”.48

Kainatın əzəldən bəri mövcud olduğunu və əsla nizamlanmadığını müdafiə edən materializm, kainatdakı böyük tarazlıq və nizam qarşısında böyük çıxılmaz vəziyyətdədir. Pol Devis bunu belə ifadə edir:

“Kainatda hara baxsaq ən uzaqdakı qalaktikalardan atomun dərinliklərinə qədər, müəyyən nizamla qarşılaşarıq… Bu nizamlı, xüsusi kainatın mərkəzində “bilgi” məfhumu yatır. Yüksək səviyyədə xüsusiləşmiş və təşkil edilmiş bir nizamlama göstərən bir sistem, təsvir edilə bilmək üçün, çox böyük bilik tələb edir. Yaxud digər bir sözlə, bu sistemdə böyük “bilik” var…

Belə olan halda, çox maraqlı bir sualla qarşılaşırıq. Əgər bilik və nizam, normal olaraq fasiləsiz şəkildə yox olmağa meyl edirlərsə, Dünyanı çox xüsusi bir yer edən bütün bu bilik əvvəlcə haradan gəlmişdir? Kainat, yayı yavaş-yavaş boşalan bir saata bənzəyir. O zaman əvvəlcə necə qurulmuşdur?”49

Albert Einstein:
“Maddesel dünyada, mucizevi bir düzen vardır.”

Eynşteyn isə kainatdakı bu nizamın “gözlənilməz” bir şey olduğunu və əslində, “möcüzə” hesab edilməli olduğunu belə açıqlamışdır:“Aydındır ki, a priori (ilkin aksept) olaraq, dünyanın, ancaq bizim onu nizamlayıcı ağlımızla nizamladığımız təqdirdə nizamlı hal alacağını gözləməliyik. Bu, bir dildəki sözlərin əlifba sırasıyla düzülməsi kimi bir nizam olacaq… Lakin maddi dünyada, a priori olaraq gözləməli olduğumuz çox yüksək səviyyədə nizam var. Bu bir “möcüzə”dir və biliyimizin inkişafına paralel şəkildə daha da güclənir”.50

Bir sözlə, kainatda mövcud olan və böyük “bilik” ehtiva edən nizam, bütün kainata hakim olan üstün bir Yaradıcı tərəfindən yaradılmışdır. Daha açıq şəkildə desək, bütün kainat, Allah tərəfindən yaradılmış və nizamlanmışdır. Həmçinin Onun tərəfindən korlanmaqdan qorunur.

Necə ki, Allah Quranda göylərin və yerin ancaq Öz qüdrəti sayəsində dağılıb getmədiyini belə bildirir:

Həqiqətən, Allah göyləri və yeri dağılıb getməsinlər deyə, tutub saxlayır. Əgər dağılıb getsələr, Ondan başqa onları heç kəs tutub saxlaya bilməz. Həqiqətən də, O, Həlimdir, Bağışlayandır. (Fatir surəsi, 41)

Kainatdakı bu ilahi nizam, materialistlərin ortaya atdığı: “kainat nəzarətsiz maddə yığınıdır” iddiasının axmaqlığını da açıq şəkildə göstərir. Allah, bunu digər bir ayəsində belə bildirir:

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı… (Muminun surəsi, 71)

47. Jeremy Rifkin, Entropy: A New World View, New York, Viking Press, 1980, səh. 6

48. Maks Plankın 1937-ci il may ayındakı çıxışından; A. Barth, The Creation, 1968, səh. 144

49. Paul Davies, “Chance or Choice: Is the Universe an Accident?”, New Scientist, vol. 80, 1978, səh. 506

50. Albert Einstein, Lettres á Maurice Solovine, 1956, səh. 114-115

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma