Kainatı Kim Yoxdan Yaradıb?


Biq Bənqin qələbəsi ilə materialist ehkamının təməli olan “sonsuz kainat” məfhumu da tarixə qarışdı. Bəs Biq Bənqdən əvvəl nə vardı və “yoxluq” olan kainatı böyük partlayışla “varlıq” edən qüvvə nə idi?

Əlbəttə, bu sual Artur Eddinqton kimi digər materialistlərin də xoşuna gəlməyən həqiqəti, yəni yaradılışı göstərir. Əvvəllər ateist olan, lakin sonradan Yaradılışı qəbul edən tanınmış filosoflardan Entoni Flyu keçmişdə bununla bağlı belə demişdi:Etiraf etməyin insan ruhuna müsbət təsir etdiyini söyləyirlər. Mən də etiraf etmək istəyirəm. Biq Bənq modeli bir ateist baxımından olduqca sıxıntılıdır. Çünki elm dini qaynaqlar tərəfindən müdafiə edilən bir iddianı – kainatın başlanğıcı olduğu iddiasını isbat etmişdir.6

Özünü ateist olmaq üçün kor-koranə şərtləndirməyən bir çox elm adamı bu gün kainatın yaradılışında sonsuz qüvvət sahibi olan Allahın varlığını qəbul edir. Məsələn, tanınmış amerikalı astrofizik Hyu Ross kainatın Yaradanının fövqəltəbii varlıq olduğunu belə açıqlayır:“Zaman səbəb-nəticə hadisələrinin meydana gəldiyi ölçüdür. Zaman yoxdursa, səbəb və nəticə də yoxdur. Əgər maddə partlayışla ortaya çıxıbsa, onda kainatı meydana gətirən səbəb kainatdakı zaman və məkandan tamamilə müstəqil olmalıdır. Bu bizə Yaradanın kainatdakı bütün ölçülərin fövqündə olduğunu göstərir. Eyni zamanda, bəzilərinin müdafiə etdiyi kimi, Yaradanın kainat olmadığını və kainatı əhatə etdiyini, kainatın daxilində olan bir qüvvə olmadığını sübut edir.” 7

Yaradılış Həqiqətinə Etirazlar Və Onların Əsassızlıqları

Buraya qədər təhlil etdiyimiz kimi, Biq Bənq kainatın yoxdan yaradıldığını sübut edir. Ona görə də, materialist fəlsəfəni mənimsəmiş astronom və fiziklər bu həqiqətə qarşı çıxmaq üçün bəzi alternativ açıqlamalar verməyə çalışmışlar. Bunlardan biri olan “stasionar kainat” nəzəriyyəsindən əvvəlki səhifələrdə bəhs etmiş və bu nəzəriyyənin kainatın yaradıldığı fikrindən narahat olan bəzi elm adamlarının ümidsiz cəhdi olduğunu bildirmişdik.

Materialistlərin irəli sürdüyü digər iki alternativ isə Biq Bənqi qəbul edən, ancaq Biq Bənqi yaradılışdan fərqli açıqlamağa çalışan modellərdir. Bunlardan birincisi “dövrü (tsiklik) kainat” modeli, ikincisi isə “kvant kainat” modelidir. İndi sıra ilə bu nəzəriyyələri və nə üçün əsassız olduqlarını təhlil edək.

Dövrü kainat modeli Biq Bənqi kainatın başlanğıcı kimi qəbul edə bilməyən astronomlar tərəfindən irəli sürülmüşdür. Bu modeldə kainatın Biq Bənqdən sonra yenidən öz içinə yığılaraq bir nöqtədə toplanacağı, sonra yenidən partlayıb açılacağı, yenidən içinə yığılacağı və bu tsiklin əbədiyyən davam edəcəyi irəli sürülür. Bu modelə əsasən Biq Bənqdən əvvəl də kainat sonsuz dəfə partlayıb büzülmüşdür. Yəni iddianı irəli sürənlərə görə, kainat və maddə sonsuzluqdan bəri mövcuddur, ancaq müəyyən zaman intervallarında partlayır və içinə yığılır. Hal-hazırda yaşadığımız kainat isə bu qapalı tsiklin daxilində meydana gələn sonsuz sayda kainatdan biridir.

Bu modeli irəli sürənlər sadəcə Biq Bənqi sonsuz kainat iddiasına uyğunlaşdırmaq üçün düşünüb ssenari qurublar. Ancaq bu, elmdənkənar ssenaridir, çünki son 15-20 ildə tədqiqatlar dövrü kainat modelinin mümkün olmadığını göstərmişdir. Kainat öz içinə yığılsa da, elmə məlum olan heç bir fiziki qanun Böyük Yığılmanı geri qaytara və kainatı yeni Böyük Partlayış ilə yenidən əmələ gətirə bilməz.8

Bu modeli təkzib edən ən mühüm amil budur: həqiqətən də, kainat müntəzəm açılıb-yığılsa belə, bu dövriyyə əbədiyyən davam edə bilməz. Çünki hesablamalar dövrü kainatların bir-birlərinə entropiya ötürəcəyini göstərir. Yəni enerji hər kainatda daha yararsız hala düşəcək və hər yeni “açılan” kainat daha yavaş açılıb daha geniş diametrə malik olacaq. Bu təqdirdə zamanda geri qayıtdıqda getdikcə daha kiçik kainatlar olar və yenə “ilk kainat” qarşımıza çıxar. Yəni müntəzəm yığılıb-açılan kainatlar olsa da, bunların lap başlanğıcda yenə də yoxluqdan var olmaları labüddür.9

Stiven Hokinq də Biq Bənqi yaradılışdan fərqli açıqlamağa çalışan digər materialist elm adamları kimi bəzi fantastik məfhumlara əsaslanır və ziddiyyətli danışır.

Qısası, “açılıb-yığılan” sonsuz kainat modeli fiziki cəhətdən baş verməsi mümkün olmayan fantaziyadır.

Əvvəldə qeyd etdiyimiz kimi, Biq Bənqi Yaradılışdan fərqli açıqlamaq üçün irəli sürülmüş ikinci model isə “kvant kainat” modelidir. Bu nəzəriyyəni müdafiə edənlər kvant (subatom) fizikasında aparılan bir müşahidəyə əsaslanaraq ssenari qurublar. Kvant fizikasında subatom zərrəciklərin boşluq (vakuum) içində ani əmələ gəldikləri və yox olduqları müşahidə olunur. Bu müşahidəni “maddə kvant səviyyəsində yoxdan əmələ gəlir, bu, maddənin özünəməxsus xüsusiyyətidir” – deyə şərh edən bəzi fiziklər kainatın yaradılışı əsnasında maddənin yoxdan var olmasını da “maddənin özünəməxsus xüsusiyyəti” adlandırır və təbii qanunların bir hissəsi kimi göstərməyə çalışırlar. Kvant modelində bizim yaşadığımız kainat daha nəhəng kainatın subatom zərrəciyi kimi şərh edilir.

Halbuki kvant fizikasına bənzətmə tamamilə əlaqəsizdir və kainatın yaradılışını açıqlaya bilməz. “Böyük Partlayış, teizm və ateizm” kitabının müəllifi olan Uilyam Leyn Kreyq bu barədə belə açıqlama verir:Daxilində zərrəciklərin dalğalandığı (gah peyda olub, gah yox olduğu) mexaniki kvant vakuumu, əslində, həqiqi vakuumdan, yəni yoxluq məfhumundan çox uzaqdır. Bir kvant modelində sürəkli əmələ gəlib yox olan zərrəciklər mövcud olduqları qısa müddət ərzində ətraflarındakı enerjidən oğurlayırlar. Bu, “yoxluq” deyil və dolayısilə, maddə zərrəcikləri də yoxdan var olmurlar.10

Yəni kvant fizikasında da maddə “yoxdan var olmur”. Sadəcə həmin mühitdə mövcud olan enerji ani surətdə maddəyə çevrilir, sonra bu maddə parçalanaraq yenidən enerji şəklinə düşür. Qısası, “öz-özünə yoxdan var olma” baş vermir. Ancaq bütün elm sahələrində olduğu kimi, fizikada da ateist elm adamları müxtəlif kritik xüsusları və detalları görməzliyə vuraraq həqiqətləri materialist düşüncə tərzi ilə təhrif etməkdən çəkinmirlər. Çünki onlar üçün materializmə, dolayısilə ateizmə dayaq verilməsi elmi həqiqətlərin üzə çıxarılmasından və açıqlanmasından daha çox həyati əhəmiyyət daşıyır.

Yuxarıda izah etdiyimiz həqiqətin başa düşülməsi kvant kainat modelinin əksər elm adamları tərəfindən inkar edilməsinə səbəb olmuşdur. Tanınmış fizik Kristofer Ayşemin ifadəsi ilə: “nəzəriyyənin qarşısına çıxan təməl çətinliklərə görə kvant kainat modeli geniş şəkildə qəbul edilməmişdir”.11 Belə ki, bu model hazırda onu ilk dəfə irəli sürən R. Braut və F.Spindel kimi fiziklər tərəfindən də tərk edilib.12

Kvant modelinin son illərdə məşhurlaşmış versiyası isə fizik Stiven Hokinq tərəfindən irəli sürülüb. Hokinq “Zamanın qısa tarixi” adlı kitabı ilə maraq toplayan modelində Biq Bənqin “yoxluqdan var olma” mənasına gəlmədiyini iddia edir. Biq Bənqdən əvvəl zaman olmadığı faktına isə “xəyali zaman” kimi bəzi məfhumlar uydurmuşdur. Hokinqin fikrincə, Biq Bənqin 10-43 saniyəsinə qədər sadəcə xəyali zaman var idi və həqiqi zaman həmin andan sonra meydana gəlmişdir. Hokinq bu xəyali zaman məfhumu ilə Biq Bənqdən əvvəl zamansızlıq olduğu faktını inkar edəcəyinə ümid bəsləyir.

Halbuki xəyali zaman “bir otaqdakı xəyali insanların sayı” və ya “bir yoldakı xəyali avtomobillərin cəmi” kimi, əslində, sıfıra, yoxluğa bərabər olan məfhumdur. Hokinq bununla yalnız bir söz oyunu edir. Xəyali zamanla qurduğu riyazi düsturların doğru olduğunu irəli sürür, ancaq bunun heç bir mənası yoxdur. Mövcud olmayan şeylərin riyaziyyatda doğru kimi göstərilməsinin mümkün olduğunu tanınmış riyaziyyatçı ser Herbert Dinql belə açıqlayır:Riyazi dildə biz doğrular qədər yalanlar da danışa bilərik. Riyaziyyatın hüdudları daxilində bunların birini digərindən fərqləndirmə şansı yoxdur. Bu fərqləndirməni ancaq təcrübə və ya riyaziyyatdan kənar olan fikir yürütməklə edə bilərik: riyazi həll yolu ilə onun fiziki qarşılığı arasındakı ehtimal olunan əlaqəni təhlil edərək.13

Qısası, riyaziyyatda mücərrəd, nəzəri cəhətdən əldə edilən nəticə bunun real qarşılığının olmasını tələb etmir. Hokinq riyaziyyatın bu mücərrəd xüsusiyyətindən istifadə edir və heç bir reallığa uyğun gəlməyən fərziyyələr uydurur. Bəs bu səyinin səbəbi nədir? Cavabı öz sözlərində tapmaq mümkündür. Hokinq “Biq Bənq ilahi yaradılışı xatırlatdığına” görə alternativ kainat modellərinin irəli sürüldüyünü qəbul edir.14

Bütün bunlar göstərir ki, Biq Bənqə alternativ kimi irəli sürülən stasionar kainat nəzəriyyəsi, dövrü kainat, kvant kainat modelləri və Hokinqin modeli kimi nəzəriyyələr, əslində, materialistlərin fəlsəfi ön mühakimələrindən qaynaqlanır. Elmi kəşflər Biq Bənqin açıq-aydın həqiqət olduğunu və “yoxluqdan var olma” mənasına gəldiyini göstərir. Kainatın yoxdan var edilməsi Allah tərəfindən yaradıldığının qəti göstəricisidir, ancaq materialistlər bunu qəbul edə bilmirlər.

Biq Bənqə dair bu materialist münasibətin bir nümunəsi ən məşhur materialist elmi jurnallardan olan “Nature” jurnalının redaktoru Con Maddoksun 1989-cu ildə yazdığı bir məqalədə ifadə edilmişdir. Maddoks “Lənətə gəlsin Biq Bənq” başlığı altında yazdığı məqalədə “Biq Bənqin fəlsəfi cəhətdən qəbuledilməz olduğunu”, çünki “Biq Bənq ilə teoloqların Yaradılış fikrinə güclü dəstək tapdıqlarını” bildirmiş və “Biq Bənq qarşıdakı on ildən irəli getməyəcək” – demişdir.15 Halbuki Maddoksun bu ümidinə baxmayaraq, Biq Bənq o gündən bəri keçən 10 il ərzində daha da güclənmiş, kainatın yaradılışını sübut edən bir çox dəlil tapılmışdır.15 Oysa Maddox’un bu ümit dolu beklentisine rağmen, Big Bang o günden bu yana geçen 10 yıl içinde çok daha güçlenmiş, evrenin yaratılışını ispatlayan daha pek çok bulgu elde edilmiştir.

Bəzi materialistlər isə bu barədə daha “ehtiyatlı” davranırlar. Məsələn, ingilis materialist fizik H. Lipson Yaradılışın elmi həqiqət olduğunu “istəmədən də olsa” belə qəbul edir:Məncə, bundan daha irəli getmək və yeganə münasib açıqlamanın Yaradılış olduğunu təsdiqləmək məcburiyyətindəyik. Bunun, mən də daxil olmaqla, bir çox fizik üçün qəbuledilməz olduğunu anlayıram, ancaq əgər təcrübi sübutlar bir nəzəriyyəni dəstəkləyirsə, bu nəzəriyyəni sırf xoşumuza gəlmədiyi üçün inkar etməməliyik.16

Beləliklə, dövrümüzdə elmin əldə etdiyi fakt budur: maddə və zamanı yaradan, hər ikisindən də müstəqil olan sonsuz qüvvət sahibi Allahdır.

Qurandakı işarələr

Biq Bənq modeli bəşəriyyətin kainatı tanımasına yardım etməklə bərabər, çox mühüm vəzifəni də yerinə yetirmişdir. Əvvəlki səhifələrdə sitat gətirdiyimiz əvvəllər ateist olan, lakin sonradan Yaradılışı qəbul edən məşhur filosof Entoni Flyunun ifadəsi ilə desək, Biq Bənq vasitəsilə “elm dini mənbələr tərəfindən müdafiə edilən bir iddianı sübut etmişdir”.

Kainatın yoxdan yaradıldığı həqiqətdir. Bu, elmi kəşflərdən minlərlə il əvvəl Allahın insanlara yolgöstərici kimi nazil etdiyi müqəddəs kitablarda bildirilmişdir.

İlahi mənbələr arasında təhrif edilməmiş yeganə kitab olan Quranda isə həm kainatın yoxdan yaradılması, həm də bu yaradılışın forması ilə bağlı məlumatlar verilir. 14 əsr əvvəl vəhy edilmiş bu məlumatlar XX əsrdə elmin kəşflərinə tamamilə uyğundur.

Əvvəla, kainatın yox ikən var olduğu Quranda belə xəbər verilir:

O, göyləri və yeri (yoxdan) var edəndir… (Ənam surəsi, 101)

Dövrümüzdən 14 əsr əvvəl, insanların kainat haqqında məlumatlarının çox məhdud olduğu dövrlərdə Quranda bildirilən başqa bir həqiqət də var: eynilə Biq Bənq nəzəriyyəsinin irəli sürdüyü kimi, bütün kainat çox kiçik həcmdə bitişik ikən ayrılıb və genişlənməklə meydana gəlmişdir:

Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?! Yenə də iman gətirməzlər? (Ənbiya surəsi, 30)

Yuxarıdakı ayənin ərəb dilindəki orijinal variantında çox mühüm söz işlədilmişdir. Ayədə “göy ilə yer bitişik ikən” şəklində tərcümə edilən “ratq” sözü ərəb dili lüğətlərində “bir-biri ilə iç-içə, ayrılmaz vəziyyətdə, qarışmış” mənalarını verir. Yəni bir bütünü təşkil edən iki maddəni təsvir etmək üçün işlədilir. Ayədəki “ayırdıq” sözü də ərəb dilində “fatq” deməkdir. Bu feil “ratq” şəklindəki bir cismin yarıb, parçalayıb çölə çıxması mənasını verir. Məsələn, toxumun cücərərək torpaqdan çölə çıxması da bu feillə ifadə edilir.

Bu məlumatdan sonra ayəyə yenidən baxaq. Ayədə göylərlə yerin “ratq” vəziyyətində olduğundan bəhs edilir. Ardınca bu ikisi “fatq” feili ilə ayrılır. Yəni biri digərini yararaq çölə çıxır. Həqiqətən də, Biq Bənqin ilk anını xatırladıqda “kosmik yumurta” adlanan nöqtənin kainatın bütün maddəsini ehtiva etdiyini görürük. Yəni hər şey, başqa sözlə, “göylər və yer” bu nöqtənin içində “ratq” şəklindədir. Ardınca bu kosmik yumurta şiddətlə partlamış, bu yolla maddələr “fatq” olmuşdur, yəni çölə çıxaraq bütün kainatı əmələ gətirmişdir.

Quranda bildirilən başqa bir həqiqət isə elm tərəfindən ancaq XX-ci əsrin 20-ci illərinin sonunda aşkar edilən kainatın genişlənməsidir. Habblın ulduzların işıq spektrlərinin qızılı rəngə çalmasını müəyyən etməsi ilə ilk dəfə üzə çıxan bu həqiqət Quranda belə bildirilir:

Biz göyü qüdrətlə yaratdıq və Biz onu genişləndiririk. (Zəriyət surəsi, 47)

Qısası, müasir elmin kəşfləri bir tərəfdən materialist ehkamı təkzib edir, digər tərəfdən də Quran ayələri ilə xəbər verilən həqiqətləri bir daha ortaya qoyur. Çünki kainat materialistlərin düşündüyü kimi, maddənin daxilindəki bir sıra təsadüflərlə deyil, Allahın yaratması ilə əmələ gəlmişdir və Allahdan gələn elm, şübhəsiz ki, kainatın mənşəyi haqqında ən doğru məlumatdır.

6. Henry Margenau, Roy Abraham Vargesse. Cosmos, Bios, Theos. La Salle IL: Open Court Publishing, 1992, səh. 241

7. Hugh Ross, The Creator and the Cosmos: How Greatest Scientific Discoveries of The Century Reveal God, Colorado: NavPress, revised edition, 1995, səh. 76

8. William Lane Craig, Cosmos and Creator, Origins & Design, yaz 1996, vol. 17, səh. 19

9. William Lane Craig, Cosmos and Creator, Origins & Design, yaz 1996, vol. 17, səh. 19

10. William Lane Craig, Cosmos and Creator, Origins & Design, yaz 1996, vol. 17, səh. 20

11.Christopher Isham, “Space, Time and Quantum Cosmology”, paper presented at the conference “God, Time and Modern Physics”, mart 1990, Origins & Design, yaz 1996, vol. 17, səh. 27

12. R. Brout, Ph. Spindel, “Black Holes Dispute”, Nature, vol 337, 1989, səh. 216

13. Herbert Dingle, Science at the Crossroads, London: Martin Brian & O’Keefe, 1972, səh. 31-32

14. Stephen Hawking, A Brief History of Time, New York: Bantam Books, 1988, səh. 46

15. John Maddox, “Down with the Big Bang”, Nature, vol. 340, 1989, səh. 378

16.H. P. Lipson, “A Physicist Looks at Evolution”, Physics Bulletin, vol. 138, 1980, səh. 138

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma