Kainatın Yoxdan Yaradılışı


Kainatın yaradılışı bir əsr əvvəl astronomların böyük əksəriyyətinin barmaqarası yanaşdığı məfhum idi. Bunun səbəbi isə o idi ki, 19-cu əsrdə elm kainatın sonsuzluqdan bəri mövcud olduğunu müdafiə edirdi. Kainatı tədqiq edən elm adamlarının çoxu onun sonsuzluqdan bəri mövcud olan maddələr yığını olduğunu zənn edir və kainatın yaradıldığını, yəni başlanğıcı olduğunu ağıllarına belə gətirmirdilər.

“Sonsuzluqdan bəri mövcud olan kainat” fikri qərbdə elm sahəsinə materialist fəlsəfə ilə birlikdə gəlmişdi. Qədim Yunanıstanda meydana gələn bu fəlsəfə maddədən başqa nəsnənin olmadığını iddia edir və kainatın sonsuzluqdan bəri mövcud olub əbədiyyən mövcud olacağını irəli sürürdü. Əslində, materializm kilsənin hakim olduğu dövrdə aradan qaldırılmışdı. Ancaq intibah dövründən sonra qərbli elm adamlarının və mütəfəkkirlərin yenidən qədim yunan mənbələrinə müraciət etmələri ilə materializm də qəbul edilməyə başlandı.

Alman filosof İmmanuel Kant “əbədi kainat” iddiasını yeni dövrdə ilk dəfə gündəmə gətirən şəxs idi. Ancaq elmi kəşflər Kantın bu iddiasını təkzib etdi.

Materialist kainat anlayışını yeni dövrdə ilk dəfə müdafiə edən şəxs isə məşhur alman mütəfəkkir İmmanuel Kant oldu. Kant kainatın sonsuzluqdan bəri mövcud olduğunu və bu sonsuzluq içində hər ehtimalın mümkün olduğunu irəli sürdü. Kantın yolunu davam etdirənlər sonsuz kainat fikrini materializmlə birlikdə müdafiə etdilər. 19-cu əsrdə isə kainatın bir başlanğıcı, yəni yaradılış anı olmadığı fikri artıq geniş şəkildə qəbul edilirdi. Karl Marks, Fridrix Engels kimi dialektik materialistlərin ciddi müdafiə etdikləri bu iddia 20-ci əsrə də ötürüldü.

“Sonsuz kainat” fikrini həmişə ateizm dəstəkləyib. Çünki kainatın bir başlanğıcı olması Allah tərəfindən yaradılması demək idi və buna qarşı çıxmanın yeganə yolu da heç bir elmi əsası olmadığı halda, “kainat sonsuzluqdan bəri mövcuddur” iddiasını irəli sürmək idi. Bu iddianı israrla müdafiə edənlərdən biri 20-ci əsrin birinci yarısında yazdığı kitablarla materializmin və marksizmin məşhur müdafiəçilərindən olan Corc Politzer idi. Politzer “Fəlsəfənin təməl prinsipləri” adlı kitabında “sonsuz kainat” modelinin “əsaslılığına” güvənərək Yaradılışa belə qarşı çıxırdı:Kainat yaradılmış bir şey deyil. Əgər yaradılsaydı, bu təqdirdə kainat Tanrı tərəfindən müəyyən anda yaradılmalı və kainat yoxdan var edilməli idi. Yaradılışı qəbul etmək üçün, hər şeydən əvvəl, kainatın mövcud olmadığı bir anın varlığını, sonra da heçlikdən (yoxluqdan) bir şeyin ortaya çıxmasını qəbul etmək lazımdır. Bu isə elmin qəbul etməyəcəyi bir şeydir. (George Politzer, Felsefenin Başlangıç İlkeleri, İstanbul: Sosyal nəşriyyatı, 1989, səh. 84)

Politzer Yaradılışa qarşı sonsuz kainat fikrini müdafiə edərkən elmin öz tərəfində olduğunu zənn edirdi. Halbuki çox keçmədən Politzerin “əgər elə olsa, bir Yaradan olduğunu qəbul etməliyik” – dediyini, yəni kainatın başlanğıcı olduğunu elm sübut etdi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma