Dəyərli peyğəmbərimizin (səv) gözəl əxlaqını dərk etmək

12366915-depositphotos_4761179_l-2015-1469621537-650-6dafa33e82-1469628046Peyğəmbərimiz (səv) 1400 il əvvəl dünyaya gəldikdə Ərəbistan yarımadasında barbarlıq və vəhşilik hökm sürürdü. Heç bir qanun və ya sistemin olmadığı, qadınların alçaldıldığı bu region bir neçə on il ərzində qeyri-adi bir dəyişikliyə şahid oldu. Qısa müddət ərzində möhtəşəm sivilizasiya sürətlə inkişaf edərək görünməmiş sevgi, əmin-amanlıq, bərabərlik, nizam və qadınlara hörmət anlayışını da özü ilə gətirdi. Bütün bu gözəlliklər uca Allahın hz. Muhammədi (səv) vəsilə etməsi ilə baş verdi. Peyğəmbərimizin (səv) mübarək doğum  həftəsində onun xarakterinin gözəlliyini və fəzilətini bir daha xatırlayaq və nə üçün dünyaya nümunə olduğunu bir daha görək. Oxumağa davam et

Sionizm: yersiz və yanlış anlaşılan qorxu

musevilikte_yalan1648-ci il Vestfal müqaviləsindən irəli gələn millətçilik 1789-cu il fransız inqilabı ilə birlikdə dünyaya güclü şəkildə yayılmağa başladı. Belə ki, milli dövlət xəyalları 150 il ərzində siyasəti formalaşdırdı. Bu müstəqillik müharibələrinin əsasında millətçilik hissləri yatırdı. Eyni mədəniyyətə malik, eyni dili danışan, eyni bölgənin insanları artıq eyni bayraq altında birləşmək istəyirdilər. Belə ki, bu yüzlərlə millətçilik cərəyanından yalnız biri həmişə digərlərindən fərqli qəbul edildi, günahlandırıldı və konspirasiya nəzəriyyələrinin mərkəzində yer aldı.

Bu cərəyan adını İsraildəki Siyon dağından alan, dünyaya səpələnmiş musəviləri bir dövlət altında birləşdirməyi hədəf alan sionizm idi. Dünyanın bir çox ölkəsinə səpələnmiş, yüzlərlə fərqli şəhərdə diaspor həyatı yaşayan və getdikləri hər yerdən qovulan musəvilər əcdadlarının torpaqlarında özlərinə aid dövlət qurmaq istədilər. Hər bir millətçi cərəyan özünə dost və düşmən qazanarkən sionizm demək olar ki, hər siyasi cərəyandan, xüsusilə də protestant liberalizmdən əleyhdarlar qazandı. Oxumağa davam et

Ümidvar olmağın təməli: qədərə təslim olmaq

 

14608717_781791691923192_4308009898685935586_oBir çox insan başına gələn ani və gözlənilməz hadisələr qarşısında tez-tez ümidsizliyə qapılır. Məsələn, işində uğursuz olan, çox sevdiyi bir əşyanı itirən, ya da imtahandan kəsilən bir insan əgər bu məsələləri həyatının məqsədi halına gətiribsə, heç gözləmədiyi bu nəticələrin öhdəsindən gələ bilmir və çox kədərlənir.

Çünki bütün ümidlərinin, hədəflərinin, hadisələrin öz nəzərində tutduğu kimi baş verəcəyini güman edir. Amma hər zaman həyatı planlaşdırdığı kimi getmir. Həyatın axarı içərisində gözləmədiyi bir çox hadisə ilə də qarşılaşa bilir.

Məsələn, memar olmağı çox istəyən biri memarlıq imtahanlarına çox yaxşı hazırlaşmış, gələcəklə bağlı bütün planlarını gələcəkdə memar olacağını düşünərək etmişdir. Amma heç gözləmədiyi bir hadisə baş vermiş və memarlıq yerinə başqa bir fakültəyə qəbul olunmuşdur. Memar olmağı planlaşdırarkən çox fərqli bir peşənin təhsilini almaq məcburiyyətində qalmışdır. Oxumağa davam et

Yaxşı və pis: hansı tərəfdəsən?

 

yaxsi-pisƏksəriyyəti müsəlman ölkələrdən ibarət olan Yaxın Şərq eyni zamanda qətliamların da ən çox baş verdiyi bölgə olma xüsusiyyətini daşıyır. Hazırda Suriya bölgədəki bütün terrorun mərkəzi kimi görünür.

Məsələn, Hələb… Bir vaxtlar gözəl şəhər olan Hələb indi vətəndaş müharibəsinə görə xarabalığa çevrilib. Hələbdə mülki vətəndaşların şəhid edilmədiyi bir gün belə yoxdur.

Məscidlər, xəstəxanalar və marketlər kimi xalqa açıq yerlər hər gün bomba və mərmi atəşinə məruz qalır.

Bu cür hücumların hər hansı bir hərbi məqsədi olmadığı aydındır. Bunlar qan tökməyə susamış pis insanların fəaliyyətidir… Bu hücumları fasiləsiz olaraq davam etdirirlər. Xəstə zehinlərindəki məqsədlərinə çatmaq üçün günahsız insanları qətlə yetirməkdən çəkinmirlər. Oxumağa davam et

Amerikada lobbilər dövrü sona çatır?

lobbi8 noyabr prezident seçkisi ABŞ siyasəti haqqında bilinən bir çox qəlibləri sındırdı. Bu günə qədər ABŞ prezidenti olmaq üçün əsas medianın dəstəyinin vacibliyinə inanılırdı. Namizədlər seçkilərdə qalib gəlmək üçün ən çox büdcəyə sahib olmağa çalışırdılar. Bu qədər böyük məbləği yığmaq üçün də bir ovuc mənfəət qrupu və sərmayədarın dəstəyi lazım idi. Maliyyəçilər tərəfindən dəstəklənməyən heç bir namizəd prezident ola bilməzdi. Partiya iyerarxiyasının, ideoloqlarının, Hollivud və idman dünyasının məşhurlarının dəstəyini almayan namizədlər məğlub olmağa məhkum hesab edilirdi. Seçki proqnozlarının qalib tərəfi müəyyən etdiyi zənn edilirdi. Sadaladığımız bu qruplar ABŞ seçkiləri üçün mütləq idi. Bir araya gəldikdə bir çoxları tərəfindən “establishment” adlandırılan ABŞ-dakı “qurulmuş nizamı” təşkil edirdilər. Belə ki, bu “qurulmuş nizam” tərəfindən qəbul edilməyən, dəstəklənməyən, maliyyələşdirilməyən namizədin prezident seçilməsi qeyri-mümkün hesab edilirdi. 150 milyon seçiciyə isə bu sistemdə tamaşaçı rolunu oynamaq düşürdü. Oxumağa davam et

İngilis dərin dövlətinin “homoseksuallıq genetikdir” propaqandasına cavab

 

15977224_1517090834985093_5816036105165368994_n

Son 20 ildə ABŞ, Skandinaviya və Avstraliyada tək yumurta əkizləri üzərində aparılan səkkiz böyük tədqiqatın hamısı eyni nəticəyə işarə edir: homoseksuallar homoseksual kimi doğulmayıblar.

Tək yumurta əkizləri eyni genlərə və eyni DNT-yə malikdirlər. Doğuş öncəsi bərabər şəraitə məruz qalırlar. Buna görə əgər homoseksuallıq genetik səbəblərə, ya da doğuş öncəsi şəraitə bağlı olsaydı, əkizlərdən birinin homoseksual olduğu hallarda, digəri də 100% homoseksual olmalı idi.

24 il ərzində Yeni Zelandiya hökuməti, 4 il boyunca da BMT üçün tədqiqat aparan, bu günə qədər 10,000 ədəd elmi məqaləsi və tədqiqatı nəşr olunan, homoseksualizmin genetik olub-olmadığı üzərində 20 il araşdırma aparan dr. Neil Whitehead “heç kim homoseksual doğulmur” deyə bildirir və bütün genetika analiz edildikdə hər hansı homoseksualizm geninə rast gəlinmədiyini qeyd edir. Əlavə olaraq, homoseksualizmin genetik mutasiyadan qaynaqlana biləcəyi fikri genetik informasiya ilə tam ziddiyyət təşkil edir. Oxumağa davam et

Dünya miqrantlara qarşı niyə laqeyddir?

multeciİnsanlar yüksək sevgi gücünə çata bilən, xeyirxahlığı, fədakarlığı bilən, Allahın dəyərli qullarıdır. Bu xüsusiyyətlər məhz çətin vaxtlarda daha da əhəmiyyət qazanır. Suriyadakı son qaçqın böhranı da bu dəyərlərin ən gözəl nümunələrinin yaşandığı hadisə oldu.

Belə ki, minlərlə insan yardım üçün səfərbər oldu. Bəziləri maddi köməklik etdi, bəziləri qaçqın düşərgələrində könüllü işlədi, xeyriyyə təşkilatları aksiyalar həyata keçirdi. Bir çox ölkə iqtisadi imkanları məhdud olmasına baxmayaraq, qapılarını qaçqınlara açdı. Məsələn, Türkiyə, Livan, İordaniya, İraq kimi ölkələr çox güclü olmayan iqtisadiyyatlarına baxmayaraq, suriyalı qaçqınların əksəriyyətinə ev sahibliyi edirlər. Təkcə Türkiyə 3.1 milyon qaçqına sahib çıxır. Livan 1.1 milyon qaçqına qapılarını açıb. Eyni şəkildə, Almaniya və Serbiya da minlərlə suriyalıya sığınacaq imkanı yaradaraq kömək əlini uzadıb. Oxumağa davam et

Darvinizmin ən böyük müəmması: həyat necə başladı?

human-evolution1831 oktyabr 2016-cı il tarixdə təkamülçü internet saytı «BBC News»də “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuzu” iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatına” başladılar.

Yazının əvvəlində bu yazının yaradılış həqiqətinə ideoloji etiraz olaraq hazırlandığı açıq şəkildə bildirilirdi. Oxumağa davam et

Amerika prezident seçkilərində məğlub olanlar əslində kimlərdir?

trump2016-cı il ABŞ prezident seçkilərində respublikaçı partiyanın namizədi Donald Tramp qalib gələrək ABŞ-ın 45-ci prezidenti oldu. Bu nəticədən sonra hər kəs Trampı və onun ilk anda qeyri-adi görünən uğurunu danışır. Bir tərəfdən, dünya siyasətində yeni siyasətin hakim olacağı müzakirə edilərkən, digər tərəfdən bu siyasətin hansı istiqamətdə inkişaf edəcəyi təxmin edilməyə çalışılır.

Trampın qalib gəlməsi çox danışılsa da məhz seçkidə məğlub olanlardan və onun səbəblərindən də bəhs etmək lazımdır. Seçkilərdə məğlub olan əslində demokratlar partiyasının namizədi Hillari Klinton deyil, o təkcə məğlubiyyətin görünən üzüdür. Trampın prezident seçkilərindəki qələbəsinin yolunu açan əsas amil Amerika xalqının keçmiş “Amerika röyası” ruhu üçün darıxmasıdır. Beləliklə, bu seçkilərin nəticəsini araşdırarkən bu məsələni mütləq nəzərə almaq lazımdır. Oxumağa davam et

ABŞ mənəvi dəyərlərini geri qazanmalıdır

prayingpeopleAmerika Birləşmiş Ştatlarını İngiltərə koloniyalarından alıb dünya dövlətinə çevirən ən mühüm amil qurucu dəyərləridir. 1776-cı ildə Amerika Birləşmiş Ştatlarını meydana gətirən 13 əyalətdə dindar, əxlaqlı, çalışqan, sadiq, vəfalı, vətənpərvər, azadlıqsevər, fədakar, insanların bərabərliyinə qəlbən inanmış 2.5 milyon amerikalı yaşayırdı. ABŞ-ın əhalisi 1880-ci ildə 50 milyon, 1920-ci ildə 100 milyon, 1970-ci ildə 200 milyona çatmış, insanların qəlbindəki hz. İsa sevgisi və xristianlığa bağlılıq hər zaman çox güclü olmuşdur. 2000-ci illərdə isə birlikdə Amerikanı Amerika edən, fərqli millətlərdən milyonları birləşdirən bu güclü bağlılığın zəifləməyə başladığını görməyə başladıq. Xristianlıqdan uzaqlaşmaq Amerika cəmiyyətini bir yerdə tutan bağın zəifləməsi və zaman keçdikcə parçalanması deməkdir. Oxumağa davam et

“Science” jurnalının “ilanların təkamülü” iddiasına cavab

 

ilan“Science” jurnalı 2016-cı il oktyabr sayında təkamüllə bağlı yenə bir xəbər dərc etdi. Xəbərdə yatağan ilanlarının quyruq hissəsində yerləşən kiçik sümüklərin bu canlıların “keçmişdə malik olduqları xəyali ayaqlardan” qalma olduğu iddia edilirdi.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, yatağan ilanlarındakı kiçik sümüklərin təkamülü sübut etdiyini iddia etmək ciddi ağıl qapanmasıdır və elmi mənada ciddi məğlubiyyətdir. Çünki iddianın əksinə, yatağan ilanlarındakı bu sümüklər quyruğa yaxın hissədə yerləşən kiçik pəncəyə oxşayan quruluşlardır. Bunlar yatağan ilanı tərəfindən cütləşmək üçün və digər erkək yatağan ilanlarına qarşı özünü müdafiə etmək üçün istifadə edilən pəncəyə bənzəyən çıxıntılardır. Qətiyyən ayaqlar kimi bədən ağırlığını daşıya bilən mexaniki funksiyaya malik strukturlar deyillər. Başqa sözlə, yeriməyə əlverişli quruluşları yoxdur. Oxumağa davam et

Darvinist yalan mütləq məğlub olacaq

darvinizmSəmada qanadlarını açaraq uçan bir quş görüb heyran olmayan yoxdur. Bu gün demək olar ki, hər kəs artıq quşların qeyri-adi bəzi bioloji xüsusiyyətləri sayəsində uçduğu məsələsində həmfikirdir. Ancaq quşların uçmasını təmin edən bu xüsusiyyətlərə necə sahib olması bəzi insanlar üçün spekulyasiya mövzusu halına gətirilib.

Ağlı və vicdanı ilə düşünən bəzi insanlar quşlarda tüklərin quruluşu, sümüklərin yüngüllüyü və bir tərəfli işləyən tənəffüs sistemindən yola çıxaraq bu xüsusiyyətlərin hamısı olmadan uçmağın mümkün olmayacağını və bunların ancaq üstün bir ağılın əsəri ola biləcəyini düşünürlər. Bəzi insanlar isə yenə eyni canlıya baxaraq bunun təbiətdə öz-özünə inkişaf etdiyini iddia edir və “vicdanla doğrunu bilmələrinə baxmayaraq”, quşu var edən üstün ağlı, yəni Allahı inkar edirlər. Bundan başqa, quşların kərtənkələ və ya dinozavra bənzər bir sürünənin milçək qovalayarkən, ya da ağacdan-ağaca tullanarkən zaman keçdikcə inkişaf edib uçmağa başladığı kimi məntiqsiz izahlara inanırlar. Oxumağa davam et