Təslimiyyətçi ruh halı ilə terrorizmlə mübarizə aparıla bilməz

100_101_PKK_ApoTürkiyədəki siyasətçilərin bəzilərinin xəbəri olmasa da, Nepal terrorizmlə mübarizədə Türkiyəyə nümunədir. Nepalın Türkiyəyə bənzər bir hekayəsi var.

Nepalın terror təcrübəsi Sovet İttifaqında  kommunizmin süqutundan sonra dağa çıxan bir neçə terroristlə başladı. Terroristlər kəndlərə gedərək bir tərəfdən hücumlar təşkil edir, digər tərəfdən kommunist təbliğatlar aparırdılar. Təşkilata dəstək verməyənlər isə silah gücü ilə zərərsizləşdirilirdi. Fəaliyyətini genişləndirən şəbəkə kəndlərdə dəstək toplamağa və sürətlə kommunist yerli təşkilatlar yaratmağa başladı. Bu təşkilatlar şəbəkənin leqal zəmində fəaliyyət göstərən qolu olan Maoçu Kommunist Partiyasını dəstəklədi. Ölkədə 1996-cı ildə hökumətlə Nepal Maoçu Kommunist Partiyası hərbçiləri arasındakı vətəndaş müharibəsi 2006-cı ilə qədər davam etdi. Oxumağa davam et

Soyğunçuluq hadisələri əxlaqi çöküntünün miqyasını göstərir

static.squarespace.comSon yüz ildir bütün dünyanı əhatə edən böyük bir xəstəlik var. Bu xəstəliyin adı sevgisizlikdir! Materialist təlimlərin insanlara təlqin edilməsi nəticəsində bu xəstəlik cəmiyyətin hər təbəqəsində yayılıb. Sevgisizlik nəticəsində yaranan mərhəmətsizlik və biganəlik əxlaqi çöküntünü də özü ilə gətirir. Xüsusilə son aylarda baş verən soyğunçuluq hadisələri əxlaqi çöküntünün nə qədər böyük olduğunu göstərir. Dünyada insanlar öz ölkələrindəki siyasi vəziyyəti və idarəetmə formalarını tənqid etmək və hüquqlarını müdafiə etmək məqsədi ilə qanuni və ya qeyri-qanuni etiraz aksiyaları və nümayişlər təşkil edir. Lakin nümayişlər zamanı baş verən soyğunçuluq hadisələri bütün insanlığı utandırır. Oxumağa davam et

Küləklərdəki bilinməyən hikmətlər

ruzgar-agac-07Həyatımız boyu hamımızın şahid olduğu, çoxumuz üçün adi hadisə olan küləklər əmələ gəlməsi, təsiri və nəticəsi ilə uca Allahın bir çox hikmətlə yaratdığı böyük nemətdir. Allah Quranda küləyi də bütün digər yaradılış dəlilləri kimi insanların düşünməsi və şükür etməsi üçün yaratdığını bildirmişdir:
Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində başa düşən insanlar üçün əlamətlər vardır. (Bəqərə surəsi, 164) Oxumağa davam et

Bir ayə bir açıqlama: “Bəqərə” surəsi, 165

    1456073_481911795256848_1656888046_nİnsanların içərisində Allahdan qeyrilərini (Allaha) şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir… (Bəqərə surəsi, 165)
Rəbbimiz bu ayədə möminlər və iman gətirməyənlər arasındakı sevgi anlayışının fərqini bildirir. Ayədə bildirildiyi kimi, insanların bir qismi (Allahı tənzih edirik) Allaha şərik qoşur və digər varlıqları Allahı sevən kimi sevirlər. Quran əxlaqından uzaq yaşayan insanlar sevgini əsl mənbəyi olan  uca Allahı sevmək əvəzinə birbaşa Onun təcəllisi olan varlıqlara (Allahı tənzih edirik) sevgi bəsləyirlər. Halbuki, bu, uca Allahın əsla bağışlamayacağını xəbər verdiyi (Nisa surəsi, 48) və Quranda Allaha şərik qoşmaq kimi bildirilən yanlış sevgi anlayışıdır.Kamil iman Oxumağa davam et

Allah Rızasının Ən Çoxunu Axtarmaq Nədir?

586Mömin şirkdən, Allahdan başqa xəyali ilahlardan mədət ummaqdan, onların razılığını axtarmaqdan arınıb təmizlənmişdir. O, yalnız Allaha qulluq edir, Allahın razılığını axtarır. Bunu Allah yolunda ciddi bir səy göstərərək edir.
Allah yolunda ciddi səy göstərməyin açarı isə Allah rizasının ən çoxunu axtarmaqdır. Mömin qarşısında doğru olan bir neçə seçim birdən olduğunda özünə Allahın razılığını ən çox qazandıracaq seçimi etməlidir.
Mömin bütün həyatını Allahın bildirdiyi halallar çərçivəsi daxilində yaşamalıdır. Haramlar Quranda açıq şəkildə bildirilmişdir və olduqca azdır. Bu müəyyən haramlardan başqa bütün hərəkət və davranışlar halal dairəsi çərçivəsindədir. Oxumağa davam et

Özünü Aldatmaq Əvəzinə Səmimiyyət

1366822921_korkSonsuzluq içində insan ancaq bir dəfə sınanır və bu imtahan müddəti təqribən 6-7 onillikdən ibarətdir. İnsanın əbədi həyatını bu imtahan müddətindəki əməlləri müəyyən edir. Qısa, ancaq çox vacib olan bu müddəti də insan özünü aldadaraq keçirərsə, imtahandan keçə bilməz. Məsələ də məhz bundan ibarətdir: insan özünü aldadaraq nə həqiqəti dəyişdirə bilər, nə də məsuliyyətdən azad ola bilər. Əksinə, insanın dünyada həqiqətlərdən qaçması ancaq öz əleyhinədir. Oxumağa davam et

Dünyaya Sevgini Öyrədəcək Rəhbər: Hz. Mehdi (ə.s)

  • Sevgi müəllimi nə deməkdir?76699_hz_mehdi_as_allahin_emri_oldugu_icin_asla_kan_dokmeyecektir_3
  • Dünyada nə üçün sevgi müəlliminə ehtiyac var?

Son günlərdə başda müsəlman ölkələr olmaqla, bütün dünyada zorakılıq, narahatlıq, gərginlik və qarışıqlıq geniş yayılıb.
Ancaq bütün insanlar gələcəkdə daha rahat, sülh və əmin-amanlıq dolu günlər üçün baş verənlərdən ibrət götürüb dərs çıxarmalıdır.

Bir çox ölkədə baş verən gərginlik sanki bütün xalqları kütləvi şəkildə hipnoz edib. Hipnozda olan bu insanlar nəyə xidmət etdiyini, nəyə fayda vermək istədiyini belə bilmədən və ölkələrinə necə zərər verdiklərini düşünmədən darvinist kommunistlərin tələsinə düşərək qanuni hüquqlarını demokratik şəkildə tələb etmək əvəzinə küçələrə axışıb zorakılıqla, şiddətlə əldə etməyə çalışırlar. Ağılla hərəkət edib milləti qarışıqlığın içindən çəkib çıxarması gözlənilən rəhbərlər isə xalqın istəklərini sevgi ilə, mərhəmətlə qarşılayıb demokratik çərçivədə həll etmək əvəzinə, şiddətlə qarşılıq verərək onlar da hipnoza düşürlər. Oxumağa davam et