Allahın Kəbir ismi

Allah kainatda0_c0d35_9ebb222e_origkı bütün canlıları öz hakimiyyəti altında saxlayır; torpağın içinə atılan minlərlə toxumun nə vaxt cücərəcəyini, bir quyruqlu ulduzun dünyanın neçə kilometr uzaqlığından keçəcəyini, hansı canlının nə vaxt doğulacağını və nə vaxt öləcəyini, atomun nüvəsinin ətrafında fasiləsiz olaraq dövr edən elektronların orbitlərini və burada saya bilməyəcəyimiz hər şeyi bilir. Allah sonsuz böyüklüyü ilə yer üzündə yaşayan bütün insanların ağlından keçən düşüncələrə, hamısının şüur altına, gördükləri işlərindəki niyyətlərinə də hakimdir. Oxumağa davam et

ALİYY: Çox uca olan

aliyyAllah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allahın izni ilə Onun istədiyini vəhy edər. Həqiqətən, O ucadır, hikmət sahibidir! (Şura surəsi, 51)

Allah Özünü Quranda bizə tanıdıb: Bütün aləmləri yaradan, kainatın tək hakimi olan Allah ucadır. Göylərin, yerin və bu ikisi arasında olanların yeganə sahibi Odur. Ondan başqa ilah yoxdur, Allah insanların şirk qoşduqlarından çox Ucadır. Bütün mülk Allaha aiddir; O, hər şeyə gücü çatandır. O, Uca məqamların da sahibidir. Allah aləmlərdən münəzzəhdir.

Şübhəsiz “ən gözəl adlar” Allaha aid olduğu üçün Onu əskiksiz olaraq tərif etmək mümkün deyil. Allahı ancaq Özünün bizə bildirdiyi qədər tanıya bilirik, ucalığını ancaq Quran ayələri ilə təqdir edə bilirik. Allah bir ayəsində Öz ucalığını bu cür tərif edib: Oxumağa davam et

AXIR: Hər şey yox olandan sonra da var olan

heseratlarƏvvəl də, axır da, zahir də, batin də Odur. O, hər şeyi biləndir! (Hədid surəsi, 3)

Allah kainatı yoxluqdan yaradıb və onu ən sonda yenə əvvəlki vəziyyətinə qaytaracaq, yox edəcək. Yox olmayacaq heç bir əşya, ölümsüz olan heç bir canlı mövcud deyil. Dünyadakı bütün canlılar doğulur və ölür, hər şeyin bir ömrü, müddəti var. Halbuki, Quranda bildirildiyi kimi Allah əvvəldir, axırdır, yəni başlanğıcı olmadığı kimi sonu da yoxdur. Hər şey yox olduqdan sonra baqi qalacaq olan da Odur. Oxumağa davam et

Sizi Yaradanı Nə Qədər Tanıyırsınız?

Sizi kim yaratdı? Bədəninizi, gözlərinizin rəngini, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisi arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?

Siz bütün bu suallara tək bir cavab verərsiniz: “Allah”. Sizin kimi digər insanlara da bu suallar soruşulduğunda, onlar da “Allah” deyə cavab verərlər. Necə ki, Allah Quranda Oxumağa davam et