Trilobit

index
Yaşı: 380 milyon il Bölgə: Ohayo, ABŞ

Trilobitlər Kembri dövründə ortaya çıxan ən əsas canlılardandır. Dünyanın müxtəlif bölgələrində yaşayıblar. Ən çox Kembri dövrünə aid təbəqələrdə iz qoyublar. Trilobitlərin heyranedici xüsusiyyətlərindən biri fasetli gözləridir. Bu gözlər çoxlu gözcüklərdən ibarətdir. Bunlar eynilə milçəyin altı bucaqlı fasetli gözləri kimi hər biri ayrılıqda funksionaldırlar. Hər biri fərqli görüntünü qavrayır və bu görüntülər bir bütöv görüntü şəklində birləşir. Aparılan tədqiqatlar trilobit gözündə 3000-dən çox gözcük olduğunu göstərib. Oxumağa davam et

Əksəriyyətin təkamül nəzəriyyəsinə inanması Darvinizmin doğru olduğunu göstərmir

charles-darwinDarvinistlər: “Təkamül nəzəriyyəsi elm dünyasında əksəriyyət tərəfindən qəbul edilir”, – deyə yalan təbliğat aparırlar. Başqa sözlə, təkamülçülər insanlara onlarla həmfikir olan çoxlu elm adamlarının olduğunu və əksəriyyətin həmişə haqlı olduğunu təlqin edirlər. “Bu qədər insan təkamül nəzəriyyəsini müdafiə etdiyinə, universitetlərdə təkamülə inananlar əksəriyyət təşkil etdiyinə görə nəzəriyyə doğrudur” kimi həqiqəti əks etdirməyən məntiqlə cəmiyyətdə psixoloji təsir meydana gətirməyə çalışırlar. Müsəlmanlar bu yalan təlqinlərdən təsirlənməməli və darvinistlərin yalanlarına aldanmamalıdırlar. Oxumağa davam et

Təkamül sehrbazlığı: elmi dəlili olmayan nəzəriyyəni elm kimi göstərmək

piltdaun-adamiElm təcrübi metodlara və reallığa əsaslanaraq qanunlar çıxarmağa çalışır. Ancaq dövrümüzdə təkamül nəzəriyyəsi elmin bu tərifindən tamamilə uzaqlaşaraq sanki sehrbaz oyunları ilə ayaqda tutulmağa çalışılır. Başqa sözlə, olmayan şey müxtəlif hiylələr və illüziya oyunları ilə insana reallıq kimi hiss etdirilir. Təbiət və canlılar aləmi haqqında həvəskar səviyyəsində məlumatı olan və heç vaxt ciddi biologiya təhsili almamış Darvin bu sahədə ilk sehrbaz olub. Oxumağa davam et

Ginkqo Yarpağı

Dövr: Kaynozoy erası, Paleosen dövrü Yaşı: 65-54 milyon il Bölgə: Sentinel Butte, Şimali Dakota, ABŞ
Dövr: Kaynozoy erası, Paleosen dövrü
Yaşı: 65-54 milyon il
Bölgə: Sentinel Butte, Şimali Dakota, ABŞ

Bitkilər fosil qeydlərində dövrümüzdəki bitkilərə bənzər xüsusiyyətləri ilə ani surətdə üzə çıxırlar. Bu isə onların digər canlılar kimi yaradıldığını göstərir.

Şəkildəki ginkqo yarpağı fosilinin təqribən 65 milyon il yaşı var. Bu, bütün digər bitkilər kimi, ginkqoların da təkamül keçirmədiyini sübut edir. Yarpağın əsas cizgiləri və damar quruluşu fosilləşərək olduğu kimi qorunmuşdur. 12 sm boyu olan bitki ginkqoların milyon illərdir eyni olduğunu, dövrümüzdəkilərlə qədim dövrlərdə yaşayanlar arasında fərq olmadığını göstərir. Oxumağa davam et

“Təkamül nəzəriyyəsi bəlkə də gələcəkdə əsaslandırıla bilər” fikri nə üçün doğru deyil?

the-huffington-post-yazari-nidhal-guessoumun-evrim-yanilgilari_591x270Təkamül nəzəriyyəsini müdafiə edən bəzi kütlələr çıxılmaz vəziyyətdə qaldıqda iddia edirlər ki, bugünkü elmi tapıntılar təkamül nəzəriyyəsini dəstəkləməsə də, gələcəkdə təkamülü dəstəkləyən elmi irəliləyişlər olacaq.

Əslində, bu sualla təkamülçülər elm sahəsindəki məğlubiyyətlərini etiraf edirlər. Sualda gizlənmiş həqiqəti belə ifadə edə bilərik: “Bəli, təkamül nəzəriyyəsi müdafiəçiləri kimi müasir elmi tapıntıların bu nəzəriyyənin əsassızlığını sübut etdiyini qəbul edirik. Buna görə də bu mövzunu gələcəyə həvalə etməkdən başqa çarəmiz yoxdur”. Oxumağa davam et

Qurbağa kimi suda-quruda yaşayan canlılar nə üçün təkamül nəzəriyyəsinə dəlil ola bilməz?

frog_with_leaf_umbrella_wallpaper_s_2032032530.1024x0Bəzi canlılar həyatlarının müxtəlif dövrlərində yaşadıqları mühitin şərtlərinə uyğunlaşmaq üçün fiziki dəyişikliklər keçirirlər. Bu dəyişiklik prosesinə biologiyada metamorfoz (dəyişmə) deyilir. Bu prosesi biologiya və təkamül nəzəriyyəsinin iddiaları haqqında məhdud məlumata malik kütlələr təkamül nəzəriyyəsinə dəlil kimi göstərməyə çalışmışlar. Metamorfozu təkamülə misal kimi göstərən mənbələr bu barədə məlumatı olmayan kütlələri yanıltmağı hədəf alan dar düşüncəli, səthi təbliğat kitabları, yeniyetmə təkamül tərəfdarları və ya bəzi cahil biologiya müəllimləridir. Oxumağa davam et

Nə üçün DNT təsadüflə açıqlana bilməz?

665bf8551e952d69f19461fe2f7ac8e4Dövrümüzdə elmlə əldə etdiyimiz məlumat səviyyəsi canlıların əsla təsadüflərlə meydana gəlməyəcək qədər qüsursuz və son dərəcə mürəkkəb quruluşa malik olduğunu göstərir. Son illərdə “İnsan genomu layihəsi” sayəsində insan genindəki mükəmməl və qüsursuz quruluş üzə çıxmışdır.

Bu layihə çərçivəsində Amerikadan Çinə qədər bir çox ölkədən olan elm adamları 10 il boyu DNT-də yerləşən 3 milyard kimyəvi şifri bir-bir müəyyən etmək üçün çalışmışlar. Oxumağa davam et

Klonlaşdırmanı təkamül nəzəriyyəsinin dəlili kimi təqdim etmək nə üçün böyük yalandır?

Canlıların klonlaşdırılması nə deməkdira1055fe240def667bdf90c874b15b639

Klonlaşdırma prosesi üçün klonlaşdırılacaq canlının DNT-sindən istifadə edilir. Canlının bir hüceyrəsində olan DNT-si mikroskop altına qoyulur və o növdən olan başqa bir canlıya aid bir yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan dərhal sonra ona şok verilir və yumurta hüceyrə şok nəticəsində bölünməyə başlayır. Bölünməyə davam edən rüşeym o növdən olan hər hansı bir canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir. Oxumağa davam et

Meymun və insan geninin 99% oxşarlıq təşkil etdiyi və bunun təkamül nəzəriyyəsini sübut etdiyi iddiası nə üçün doğru deyil?

ATT00004.Bir çox təkamülçü mənbədə insanla meymun geninin  99% oxşarlıq təşkil etdiyi və bunun təkamülə dəlil olduğu iddiaları yer alır. Bu təkamülçü iddia xüsusilə şimpanzeyə aid edilir və bu canlının meymunlar arasında insana ən yaxın növ olduğuna görə, insanla arasında qohumluq olduğundan bəhs edilir. Əslində, bu, təkamülçülərin cəmiyyətin bu barədə məlumat azlığından istifadə edərək ortaya atdıqları saxta dəlildir.

99% oxşarlıq iddiası insanları yanıldan təbliğatdır. Oxumağa davam et

Təkamül nəzəriyyəsi nə üçün elmi və əsaslı nəzəriyyə deyil?

harunyehyatekamulTəkamül nəzəriyyəsi yer üzündəki canlıların təsadüflər nəticəsində təbii şərtlər daxilində öz-özünə meydana gəlməsini müdafiə edir. Bu nəzəriyyə elmi bir qanun, sübut edilmiş bir həqiqət deyil, elmilik pərdəsi ilə cəmiyyətlərə qəbul etdirilməyə çalışılan materialist düşüncə tərzidir. Müasir elm tərəfindən hər sahədə təkzib edilən bu nəzəriyyənin ən böyük əsasları bir növ hiylə, saxtakarlıq, təhrif, yalan və göz pərdələmədən ibarət təlqin və təbliğat üsullarıdır. Oxumağa davam et

Təkamül nəzəriyyəsinin əsassız olduğunun isbat edilməsi yaradılışın doğruluğunu necə göstərir?

Həyatın yer üzündə necə meydana gəldiyini soruşduqda qarşımıza iki fərqli cavab çıxır:1387271062_evrim1

  • Bu cavablardan birincisi canlıların təkamül yolu ilə meydana gəlməsidir. Bu iddianın tərəfdarı olan təkamül nəzəriyyəsinə görə, həyat təsadüflərlə ortaya çıxan ilk hüceyrədən başlamışdır. Bu canlı hüceyrə də yenə təsadüflər nəticəsində inkişaf edərək təkamül keçirmiş və şaxələnərək dünyadakı milyonlarla fərqli növü əmələ gətirmişdir.
  • İkinci cavab isə yaradılışdır. Canlıların hamısını bütün kainata hakim olan Allah yaratmışdır. Təkamüllə meydana gəlməsi heç cür mümkün olmayan həyat və milyonlarla canlı növü bugünkü kimi əskiksiz, qüsursuz və üstün bir yaradılışa malikdirlər. Ən bəsit görünən canlı növləri belə öz-özünə, təbii şərtlərlə və təsadüflərlə əmələ gəlməyəcək qədər mürəkkəb quruluş və sistemlərə malik olması bunun açıq dəlilidir.

Oxumağa davam et

Dilin Təkamülü Düyünü

5921Tarixin təkamülü hekayəsini uyduran təkamülçülərin qarşılarında bir çox əngəl var. Bunlardan biri insan şüurunun necə ortaya çıxması, digəri isə nitqin ilk dəfə necə meydana gəlməsidir. Bu iki mövzu insanı digər canlılardan ayıran əhəmiyyətli xüsusiyyətlərdir.

Biz danışarkən düşüncələrimizi dil sayəsində nizamlayır və fikrimizi qarşı tərəfin anlayacağı şəkildə ifadə edirik. Oxumağa davam et