İngilis dərin dövlətinin “homoseksuallıq genetikdir” propaqandasına cavab

 

15977224_1517090834985093_5816036105165368994_n

Son 20 ildə ABŞ, Skandinaviya və Avstraliyada tək yumurta əkizləri üzərində aparılan səkkiz böyük tədqiqatın hamısı eyni nəticəyə işarə edir: homoseksuallar homoseksual kimi doğulmayıblar.

Tək yumurta əkizləri eyni genlərə və eyni DNT-yə malikdirlər. Doğuş öncəsi bərabər şəraitə məruz qalırlar. Buna görə əgər homoseksuallıq genetik səbəblərə, ya da doğuş öncəsi şəraitə bağlı olsaydı, əkizlərdən birinin homoseksual olduğu hallarda, digəri də 100% homoseksual olmalı idi.

24 il ərzində Yeni Zelandiya hökuməti, 4 il boyunca da BMT üçün tədqiqat aparan, bu günə qədər 10,000 ədəd elmi məqaləsi və tədqiqatı nəşr olunan, homoseksualizmin genetik olub-olmadığı üzərində 20 il araşdırma aparan dr. Neil Whitehead “heç kim homoseksual doğulmur” deyə bildirir və bütün genetika analiz edildikdə hər hansı homoseksualizm geninə rast gəlinmədiyini qeyd edir. Əlavə olaraq, homoseksualizmin genetik mutasiyadan qaynaqlana biləcəyi fikri genetik informasiya ilə tam ziddiyyət təşkil edir. Oxumağa davam et

Darvinizmin ən böyük müəmması: həyat necə başladı?

human-evolution1831 oktyabr 2016-cı il tarixdə təkamülçü internet saytı «BBC News»də “həyatın başlanğıcı sirrinin həllinə artıq daha yaxın olduğumuzu” iddia edən yazı dərc olundu. Məqsəd tarix boyu darvinizmin ən böyük müəmması olan “həyatın başlanğıcı” sualına darvinist açıqlama verilə bildiyi təəssüratı yaratmaq idi. Darvinistlər dəqiqləşən bu məğlubiyyətin ardından sanki “xilas etmə əməliyyatına” başladılar.

Yazının əvvəlində bu yazının yaradılış həqiqətinə ideoloji etiraz olaraq hazırlandığı açıq şəkildə bildirilirdi. Oxumağa davam et

“Science” jurnalının “ilanların təkamülü” iddiasına cavab

 

ilan“Science” jurnalı 2016-cı il oktyabr sayında təkamüllə bağlı yenə bir xəbər dərc etdi. Xəbərdə yatağan ilanlarının quyruq hissəsində yerləşən kiçik sümüklərin bu canlıların “keçmişdə malik olduqları xəyali ayaqlardan” qalma olduğu iddia edilirdi.

Əvvəlcə onu qeyd etmək lazımdır ki, yatağan ilanlarındakı kiçik sümüklərin təkamülü sübut etdiyini iddia etmək ciddi ağıl qapanmasıdır və elmi mənada ciddi məğlubiyyətdir. Çünki iddianın əksinə, yatağan ilanlarındakı bu sümüklər quyruğa yaxın hissədə yerləşən kiçik pəncəyə oxşayan quruluşlardır. Bunlar yatağan ilanı tərəfindən cütləşmək üçün və digər erkək yatağan ilanlarına qarşı özünü müdafiə etmək üçün istifadə edilən pəncəyə bənzəyən çıxıntılardır. Qətiyyən ayaqlar kimi bədən ağırlığını daşıya bilən mexaniki funksiyaya malik strukturlar deyillər. Başqa sözlə, yeriməyə əlverişli quruluşları yoxdur. Oxumağa davam et

““New Scientist” və “BBC News”un qeysəriyyə ilə doğuş təkamülə təsir edir” yalanı

 

nyu-scientistÖtən ay ərzində başda “New Scientist”, “BBC News”, “Independent” olmaqla bir çox yerli və xarici mətbuat orqanında “Qeysəriyyə ilə doğuşun guya təkamül prosesini dəyişdirdiyi” ilə bağlı yazılar dərc edilib. Bu yazılara dayaq olaraq da “Proceedings of the National Academy of Science” jurnalında 26 oktyabr 2016-cı il tarixində yazılmış bir məqalə mənbə kimi göstərildi.

Məqalənin məzmunu “insan doğuşlarının uşaq başının böyüklüyü və ananın dar çanaq sümüyü uyğunsuzluğu səbəbindən çətin olduğu, son 50 il ərzində qeysəriyyə ilə doğuşun geniş yayılması guya təkamül prosesinə təsir etdiyi və uyğunsuzluğun artdığı” şəklində idi. Bu məqaləyə əsaslanaraq atılan başlıqlardan bəziləri bu şəkildə oldu: “Qeysəriyyə daha böyük uşaqlara təkamül keçirməyə həqiqətən səbəb olurmu?”, “Artan qeysəriyyə əməliyyatlarının sayı insan təkamülünə təsir edir”, “Uğurlu qeysəriyyə əməliyyatları insanın təkamül prosesini dəyişdirir”.

Bu şəkildə verilən başlıqların məqsədi, adətən, sanki yeni elmi məlumat əldə edilib, nəticədə guya təkamül prosesi var və davam edirmiş kimi təəssürat yaratmaqdır. Beləliklə, təkamül nəzəriyyəsinin hələ də əsaslı olduğu, müxtəlif qondarma dəlillərlə sübut edildiyi mənzərəsi yaradılmağa çalışılır. Adətən bu informasiyalar mövzu haqqında məlumatı olmayan cəmiyyətin müəyyən təbəqələrini aldatmaq məqsədi daşıyır. Məşhur elmi jurnallarda dərc olunmaları da inandırıcılığı artırmaq üçündür. Halbuki həmin elmi jurnallar elmi mənada süquta uğramış təkamül nəzəriyyəsini yaşatmağa çalışan darvinist diktatorluğun himayəsindədirlər. Oxumağa davam et

«New Scientist» jurnalının “Qidalanma vərdişləri və insanın təkamülü” yalanı

new-scientist-8-march-2014«New Scientist» jurnalının 10 dekabr 2016-cı il tarixli sayında və internet saytında “Paleo pəhrizi: ətin yanında tərəvəz bayramı” başlıqlı məqalə dərc edildi. Məqalədə insanın guya mərhələ-mərhələ inkişaf edərək təkamül keçirmiş heyvan növü olduğundan bəhs edilir, qidalanma vərdişləri ilə insanın təkamülü arasında əlaqələr qurulmağa çalışılırdı.

Məqalə İsrailin şimalında Gesher Benot Yaaqov adlı qazıntı sahəsində 780.000 il əvvəl yaşamış insanların gündəlik qidalanma vərdişləri ilə bağlı idi. Araşdırma boyunca İsrail Pan Ilan Universitetindən Yoel Melamed, Naama Goren-Inbar və həmkarları o bölgədə insanların yaşadığı dövrdəki bitki qalıqlarının müxtəlifliyi və bolluğu ilə bağlı məlumatları topladılar. Həmçinin eyni bölgədə insanların yaşamadığı dövrlərə aid qatlardakı bitki qalıqlarını tədqiq etdilər. İki göstərici müqayisə edildikdə əldə edilən tapıntılar həmin bölgədə insanların yaşadığı dövrdə 55 müxtəlif növ bitki, tərəvəz, meyvə və toxum yetişdirildiyini, bu məhsulların qəsdən toplandığını və istehlak edildiyini göstərirdi. Məqalədə verilmək istənilən təəssüratın əksinə, bu, heç bir təkamül prosesini sübut etmirdi. Sadəcə olaraq daha əvvəlki tədqiqatlarda qədim dövrlərdə daha çox ətlə qidalanıldığı iddia edilərkən, bu araşdırma ilə birlikdə insanların ətlə birlikdə tərəvəz və bitki də istehlak etdiyi müəyyən edilmiş oldu. Ancaq məqalədə “insan təkamülü hələ də davam edən prosesdir və bu səbəbdən qidalanma vərdişləri davamlı olaraq dəyişiklik göstərir” kimi heç bir elmi əsası olmayan cümlələrlə oxucuların beyninə insanın təsadüflərlə ortaya çıxmış heyvan növü olduğu təlqin edilirdi. Oxumağa davam et

«Current Biology» jurnalının quşların əcdadı yalanına cavab

 

current-biology

Myanmada kəşf edilən 99 milyon illik DIP-V-15103 saylı (adını paleobotanik Eva Koppelhusdan götürən) “Eva” fosili dekabr ayında bütün elmi sayt və jurnallarda geniş yer aldı. Myanmada hər gün yeni fosil tapılmasına baxmayaraq, bu jurnalların yüz minlərlə fosil içərisindən yalnız bu skeletə xüsusi diqqət göstərməsinin səbəbi isə “Current Biology” jurnalının tapılan fosili quşların əcdadı nağılına dəlil kimi göstərməyə çalışması idi.

Məlum olduğu kimi, DNT-nin və RNT-nin dərindən tədqiq olunması, hüceyrənin içinin su ilə dolu şardan ibarət olmadığının aşkar edilməsi və günbəgün yaradılışı sübut edən fosillərin torpağın altından çıxarılması, uzun müddət idi ki, təkamül nəzəriyyəsinin havadarlarını çarəsiz vəziyyətdə qoyurdu. Oxumağa davam et

Discovery Science TV kanalında həyatın başlanğıcı hekayələri

discovery_channel_science_channel_logo_42730_1920x1080Discovery Science TV kanalında təbii molekulların mənbəyi kimi kosmos göstərilərkən həyatın mənbəyinin da başqa planetlər olduğu güman edilən iddiaya yer verildi. Bu məqaləmizdə həmin kimyəvi maddələrin mövcudluğunun həyat demək olmadığının üzərində dayanacaq, həyatın mənşəyini açıqlamaqdan kənar olan təkamül fərziyyəsinə dair leyhdə dəyişdirilmiş daha bir problemi göstərəcəyik.

Kosmosda karbohidrata oxşayan kimyəvi maddələrin tapılması nə deməkdir?

Kimyəvi maddələr kainatın hər yerində meydana gələ bilər. Xüsusilə böyük ulduzlar və dumanlıqlar (nebulalar) ağır metalların əmələ gəldiyi yüksək enerjiyə sahib xüsusi mühitdir. Kosmosda toz və qaz buludları da mövcuddur. Bu qazlar da müxtəlif kimyəvi birləşmələrin əmələ gəldiyi, atomların bir-biri ilə müxtəlif birləşmələr meydana gətirdiyi reaksiya mühitləri olaraq qarşımıza çıxırlar. Təkamülçülər “həyat kosmosdan gəlib” iddiasına əsas olaraq bu faktı istifadə edirlər. Oxumağa davam et