Dəccaliyyətin Fitnə Və Qətliamlara Səbəb Olacağı Hədislərdə Bildirilmişdir

Allah Hz. Adəmi yaratdığı gündən bu yana, Dəccalın fitnəsindən daha böyük bir fitnə olmayıb. (Məhəmməd ibn Rəsul əl-Hüseyni əl Bərzənci, Qiyamət Əlamətləri, Pambıq Nəşriyyat, 8-ci nəşr, s. 225)

Bir fitnə görünər. Bunu digər fitnələr təqib edər və əvvəlki fitnələr nəticəsində sonrakı fitnələr müharibələrə çevrilər. Bundan sonra bütün haramların halal sayılacağı bir fitnə olar. Sonra da xəlifəlik, dünyanın ən xeyirlisi olan Mehdiyə evdə oturduğu zaman gələr. (İbn Əbi Şeybə, C. VII, s. 531) Oxumağa davam et

Hz. İsa İkinci Dəfə Yer Üzünə Gələcək…

Axır zamanın bir başqa müjdəli mövzusu olan Hz. İsanın ikinci dəfə yer üzünə gəlişi mövzusu bəzi insanlar tərəfindən örtbasdır edilərək unutdurulmağa çalışılır.

Halbuki Hz. İsanın ikinci dəfə yer üzünə gəlməsi Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v.) hədislərində iman edənlərə müjdələnilmiş bir gerçəkdir. Bu hədislərdən bəziləri  belədir:

“Həyatım əlində olan Allaha and içirəm ki, Məryəm oğlu (İsa Əleyhissəlam)ın ədalətli bir hakim olaraq sizin aranıza enməsi şübhəsiz yaxındır. ” (Sahihi Müslim, 6/532) Oxumağa davam et

İslam Birliyinə Gedən Yol Açıldı…

Diqqət yetirsək, son dövrdə yazılı və vizual mətbuatda İslam Birliyindən tez-tez bəhs edilir. Müxtəlif ölkələrin baş nazir və müxtəlif vəzifəliləri, siyasətçiləri, yazıçıları, televiziya proqram təşkilatçıları, müxtəlif jurnallar və qəzetləri bu mövzuda həsrətlərini dilə gətirirlər. Bununla birlikdə bu birliyin təmin edilə bilməsi üçün bəzi konkret addımların da atılması son dərəcə sevindirici bir haldır. İslam Birliyinə gedən yol irəliləməkdədir. Ancaq burada əsl əhəmiyyətli olan bu mövzunun axır zaman müjdəsi olması və mövzuya bu gözlə baxılmasıdır. Allahın iznilə bu birlik Hz. Mehdinin vəsiləsilə qurulacaq. Oxumağa davam et

Sivilizasiyalar Arası Sülh

1990-cı ildən etibarən bəzi analitiklər dünyanın Qərb-İslam toqquşması ilə qarşı-qarşıya olduğunu irəli sürmüşdülər. Diqqətlə baxsaq, son dövrdə Qərb və İslam sivilizasiyaları arasında baş verə biləcək hər hansı bir toqquşma ilə terror arasında əlaqə qurmaq istəndiyini görərik.

Dəyişən Dünya Sistemi

20-ci əsrin sonlarında SSRİ-nin dağılmasıyla birlikdə dünyanın siyasi gələcəyinin necə olacağı sualı ortaya çıxmışdır. Bu mövzuda çox müxtəlif tezislər qarşıya qoyulmuşdur. Ortaya atılan ssenarilərdəki ortaq mövzu bütün materialist ideologiyalarda olan “mübarizə” anlayışının beynəlxalq münasibətlərə tətbiq olunmasıdır. Oxumağa davam et

Həll yolu: Quran Əxlaqı

İnsanlar haqq din olan İslama uyğun davranmadan nə şəxsi, nə də ictimai problemlərə əsaslı və qaneedici çarələr tapa bilməzlər.Tarixdə din əxlaqından uzaq həyat tərzi yaşayan insanların çarə tapa bilmədikləri problemlər bu həqiqəti bir daha təsdiqləyir. İnsanlar din əxlaqından uzaqlaşdıqca qarşılığını özü və yaşadığı cəmiyyətin yaşadığı əzab və problemlərlə alacaq.

Çarə isə bəllidir. Hər şeyin Yaradıcısı olan Allaha yönəlmək və bizim üçün seçdiyi dini yaşayaraq həqiqi xoşbəxtliyə çatmaq. Allah dünyada qurtuluş yolunun dinə yönəlmək olduğunu xəbər vermiş və səmimi qullarına din əxlaqını yaşadıqları halda dünyada qorxuyla qarşılaşmayacaqlarını müjdələmişdir. Oxumağa davam et

Hz. Süleyman, Hz. Zülkarneyn Və Hz. Mehdi… Bu Üç Müqəddəs Şəxsin Axır Zamanı İşıqlandıran Bənzərlikləri

Hz. Süleyman (ə.s.) və Hz. Zülkarneyn (ə.s.), Allahın sərhədlərini qoruyan, İslam əxlaqını dünyaya hakim etmək üçün ciddi  səy göstərən və bu səylərinin dünyadakı qarşılığını güclü hakimiyyətlə alan iki mübarək şəxsdir. Hz. Süleyman və Hz. Zülkarneyn dövründəki dünya hakimiyyətindən əlavə bu iki dövrün ortaq cəhəti var. Peyğəmbərimizin (s.ə.v.) hədislərində, bu dövrlərdə yaşanan dünya hakimiyyəti ilə Hz. Mehdi dövründə yaşanacaq hakimiyyətin bənzərlikləri olacağına diqqət çəkilərək müsəlmanlara böyük müjdə verilir.

Hz. Süleyman (ə.s.), Hz. Nuhun (ə.s.) nəslindən gələn, Allah Qatından ona hidayət və yüksək elm verilən mübarək  peyğəmbərdir. Allah, Hz. Süleymanı (ə.s.) atası Hz. Davud (ə.s.) kimi İsrail oğullarına peyğəmbər olaraq göndərmişdir. Onu böyük səltənət, zənginlik, cinlər və quşlarla dəstəkləmiş və ona çox güclü ordular və üstün elmlər lütf etmişdir. Həyatı boyunca yaşadığı torpaqlarda ədalətlə hökm etmiş, yüksək idarəçilik və hakimlik xüsusiyyəti ilə fərqli birlikləri hakimiyyəti altına almışdır. Oxumağa davam et

Münafiqlərin Aldatma Üsulları

Yaxşılıq etmək istədiklərini bildirirlər, ancaq müsəlmanlara zərər vermək üçün ayrı məscid tikirlər:

“Zərər vurmaq, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən göz-qulaq olmaq üçün məscid düzəldən və: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”, – deyə and içənlərin, həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir!” (Tövbə surəsi, 107)

Fitnə çıxarmalarına baxmayaraq, islah edici olduqlarını iddia edirlər:

“Onlara : “Yer üzündə fəsad törətməyin!” -dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”,-deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin dərk etmirlər.” (Bəqərə surəsi, 11-12) Oxumağa davam et