“Bu, (terror hadisələri) artıq ənənə halını alıb və mən bu kürsüdən səslənirəm: bu ənənəyə son qoyulsun. Biz bu mövzuda laqeyd olmuşuq.”
Təəssüf ki, məktəb terrorları Amerikanın qorxunc ənənəsinə çevrilib. ABŞ-nın prezidenti Obamanın da yuxarıdakı sözlərində bildirdiyi kimi, bu terrorlar ABŞ cəmiyyətinin bir ənənəsinə çevrilib. Keçən həftə 26 yaşlı bir gəncin Umpqua kollecində həyata keçirdiyi, 10 nəfərin ölümü ilə nəticələnən Oreqon terroru Amerikada 2015-ci ildə baş verən 45-ci məktəb terrorudur. ABŞ Federal Təhqiqatlar Bürosuna (FTB) əsasən 4 və daha çox insanın qətlə yetirildiyi terror hadisələri kütləvi qırğın hesab edilir. Buna əsasən Amerikada təkcə bu il 294 kütləvi qırğın baş verib.1
Bu dəhşətli statistika ABŞ-nın əsl probleminin nüvə silahı ilə təhlükə yaradan super qüvvələr və ya terror təhlükəsi meydana gətirən radikallar deyil, böyük ölçüdə özündə olduğunu göstərir. Amerika cəmiyyəti öz vətəndaşlarından qorxur. Əsasən terrorların həyata keçirildiyi məktəblərdən qorxur. Təkcə kütləvi qırğınlar deyil, Ferqusson hadisələri kimi ictimai məsələlərin də baş verməsi bu gözəl xalqın üstünə kabus kimi çöküb. Mehribanlığı, azadlığı, xoşbəxtliyi və demokratiyası ilə nümunə olan ABŞ cəmiyyətinin terror cəmiyyətinə çevrilməsinə əsla göz yuma bilmərik. Oxumağa davam et