Peyğəmbərimizin (səv) dövründə Kitab əhli və müşriklərlə imzalanan sazişlər cəmiyyətdə ədaləti bərqərar etmişdir

image3Peyğəmbərimiz (səv) Məkkədən Mədinəyə hicrət etdikdən sonra müxtəlif insan qrupları ilə qarşılaşmışdır. O dövrdə Mədinədə böyük nüfuza malik olan yəhudilər, xristian qruplar və həmin vaxta qədər İslamı qəbul etməmiş, keçmiş dinlərinə davam edən müşriklər birlikdə yaşayırdılar. Oxumağa davam et

Hz. Muhəmməd (səv) hər cür irqi ayrı-seçkiliyə qarşı çıxmışdır

Corporate Photo, two smiling girls and one smiling boy looking up at the camera while they are hugging each other.

Hz Muhəmməd (səv) yaşadığı dövrdə bütün insanlar arasında ədaləti qorumuş, cahiliyyə inancında olan dil, irq, sosial status, etnik mənşə kimi məfhumlardan doğan üstünlük inancını təkzib etmişdir. Çünki insanlar arasında bu xüsusiyyətlərə görə ayrı-seçkilik etmək Quran əxlaqında ciddi tənqid olunur. Dövrümüzdəki ifadəsi ilə “irqi ayrı-seçkilik” Quranda qadağan olunan, ancaq cahiliyyədə geniş yayılmış fikirdir. İnsanların müxtəlif irqlərə mənsub yaradılmalarının hikmətlərindən biri bir-birləri ilə tanış olmalarıdır. Bütün insanlar Allah qatında bərabərdir və yeganə üstünlük Allaha imandan və təqvadan qaynaqlanır. Oxumağa davam et

Hz. Muhəmmədin (səv) bütün bəşəriyyətə nümunə olan həyatı

manzara-1Allah insanlara xəbərdar edən və qorxudan kimi göndərdiyi elçilərinə insanlar arasında ədaləti bərqərar etməyi əmr etmişdir. Son peyğəmbər olan hz. Muhəmməd (səv) də ona vəhy gəldiyi Məkkədə İslam dinini ədalətlə yaymağa başlamışdır.

Həmin dövrdə Ərəbistanda, xüsusilə də Məkkənin ictimai sistemində çoxlu problemlər var idi. Cahiliyyə dövrü adlandırılan İslamdan əvvəlki bu dövrdə millətlər və dinlər arasında ciddi ayrı-seçkilik və bu ayrı-seçkilikdən qaynaqlanan narazılıqlar, müxtəlif dinlərə mənsub qövmlər arasında qeyri-tolerant münasibət, qəbilələr arası münaqişələr, ədalətsiz iqtisadi nizam, soyğunlar, varlılar və kasıblar arasında böyük uçurumlar və daha bir çox ədalətsiz icraatlar mövcud idi. Ədalət tətbiq olunmur, zəiflər gücü və pulu olanlar tərəfindən əzilir, insanlara milliyyətləri, dinləri və dillərinə görə zülm edilirdi. İnsanlar bir qarın yemək üçün ağır şəraitdə işlədilir, əziyyət görürdülər.

Oxumağa davam et

PEYĞƏMBƏRLƏR ƏDALƏT GƏTİRİBLƏR

15İnsanların böyük əksəriyyətinin fikrincə, Allahın Quranda təsvir etdiyi ədalətin hakim olduğu mühit sadəcə kitablarda təsvir edilən və insanların xəyallarını bəzəyən utopiyadır. Bu düşüncəyə görə əsil ədalətin hakim olduğu cəmiyyətin olması əsla mümkün deyil. Halbuki bəşəriyyət tarixi boyu Quranda əmr edilən ədalətin hökm sürdüyü, insanlar arasında əmin-amanlıq, sevgi və təhlükəsizliyin olduğu dövrlər olmuşdur.

Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçilərin yaşadığı cəmiyyətdə tolerantlıq, sülh və ədalət hökm sürmüşdür. Allahın “Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.” (Yunus surəsi, 47) ayəsində bildirdiyi kimi, bu dövrlərdə heç kimə zülm edilməmiş, insanlar arasında ədalət hakim olmuşdur.

Oxumağa davam et

Bir camaata qarşı bəslənən kin möminləri ədalətdən çəkindirməz

204521042014Bir insanın ədalətli qərar verməsinin, ağıllı düşünməsinin və ağıllı davranmasının qarşısını alan amillərdən biri qarşısındakı insana və ya camaata qəzəbi, kinidir. Əslində, bu, dövrümüzün cahiliyyə cəmiyyətində çox geniş yayılmış düşüncə tərzidir. Bəzi insanlar düşmənçilik etdikləri insanlara qarşı asanlıqla hər cür ədalətsizlik, əxlaqsızlıq edirlər. Bəzən bir adamın üstünə törətmədiyi əmələ görə böhtan atır, təqsirsiz olduğunu bilsələr belə, onun əleyhinə şahidlik edirlər. Bu cür düşmənçiliyə görə günahsız yerə bir çox insan əziyyət çəkir. Bəzi insanlar doğrunu bildiklərinə baxmayaraq, düşmən hesab etdikləri insanların lehinə şahidlik etmir, əllərində bu insanın təqsirsizliyini sübut edən dəlil olsa belə, üzə çıxarmırlar. Hətta bu insanın başına böyük bəla gəlməsi, haqsızlıqla qarşılaşması və ya zülm görməsi onları sevindirir. Ən böyük narahatlıqları isə ədalətin üstün gəlməsi və bu insanın təqsirsizliyinin ortaya çıxmasıdır.

Oxumağa davam et

Veriləcək qərar öz yaxınları ilə əlaqədar olsa da, mömin ədalətlə hökm verməlidir

esitlikadaletƏdalət deyiləndə, bəlkə də, ədalətli davranmağın çox asan olduğunu, bütün qərarlarınızda həmişə ədalətli davrandığınızı düşünə bilərsiniz. Ancaq verəcəyiniz ədalətli qərar nəticəsində bir yaxınınız, ananız, atanız və ya qohumunuz fiziki və ya mənəvi sıxıntıya düşsə, yenə də bu qərarı asanlıqla verərsinizmi? Sevdiyiniz, ancaq doğru yoldan çıxmış bir şəxs barəsində qərar verərkən tərəfsiz, dürüst ola bilərsinizmi?

Oxumağa davam et

Allah yetimlərlə ədalətlə davranmağı qəti əmr etmişdir

poor, sad little child girl sitting against the concrete wall

Quranda ədalətin qorunmasına dair verilən nümunələrdən biri də yetimlərin malları ilə bağlıdır. Ayələrdə yetimlər öz mallarını sərbəst idarə edə biləcək yaşa çatana qədər ədalətlə onların malından istifadə etmək əmr edilmişdir. Ənam surəsində belə buyurulur:

Yetim həddi-buluğa çatana qədər, – xeyirxah məqsəd (onu qoruyub saxlamaq, çoxaltmaq) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin… (Ənam surəsi, 152)

Allah başqa ayələrində də yetimlər həddi-buluğa çatmadan onların mallarını tələm-tələsik sərf etməməyi xatırladır, insanları tam ədalətlə davranmağa çağırır. Bu barədəki ayələrdən bəziləri aşağıdakılardır:

Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır. (Nisa surəsi, 2) Oxumağa davam et

Allah ədalətli olmağı əmr edir

adalet

Əsil ədaləti Allah Quranda belə təsvir edir: insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədalətlə hökm vermək, insanların hüquqlarını qorumaq, zülmə səssiz qalmamaq, zalıma qarşı məzlumun tərəfində olmaq, ehtiyac içində olanlara yardım etmək. Bu ədalət bir qərar vermək lazım olduqda hər iki tərəfin də hüququnu qorumağı, hadisələri hərtərəfli dəyərləndirməyi, ön mühakiməsiz düşünməyi, bitərəflik, haqq, dürüstlük, mərhəmət və şəfqət tələb edir. Bunlardan biri əksik olduqda və ya  üstün gəldikdə əsl ədaləti tətbiq etmək çətinləşir. Məsələn, hadisələri soyuqqanlılıqla dəyərləndirməyən, həyəcanlı və hisslərinə qapılan insan düzgün qərar verə bilməz, hisslərinin təsiri altında qalar.

Halbuki ədalətlə hökm verən insan bütün şəxsi hiss və düşüncələrini bir kənara qoymalı, ondan yardım istəyən hər iki tərəfə qarşı ədalətlə davranmağı, hər cür şərtlər altında doğru olmağı, dürüstlükdən əl çəkməməyi Quran əxlaqı ölçüsündə özünə meyar etməlidir. Bu şəxs elə əxlaqda olmalıdır ki, öz mənfəətindən əvvəl qarşı tərəfi düşünməli, özünə zərər gəlsə belə, əgər qarşı tərəf haqlıdırsa, ədalətli olmalıdır.

Oxumağa davam et

Qadınlar əxlaqi degenerasiyanın ortaya qoyduğu bəsitlikdən çəkinməlidirlər

vika_levina_brunette_green-eyed_charm_36284_1920x1080

Zorakılıq, nifrət, münaqişə və mübahisələrin əhatə etdiyi müasir dünyada bütün mənəvi dəyərləri yerlə bir edən əxlaqi çöküş də günü-gündən artır. Böyük degenerasiya ilə birlikdə gözəl əxlaqın və mənəviyyatın tərk edildiyi yanlış cəmiyyət quruluşu getdikcə dünyanın hər tərəfinə hakim olur. Bununla yanaşı narkotik maddə, siqaret və spirtli içkilərin istifadəsi, fahişəlik, homoseksuallıq kimi qeyri-etik bir çox davranış da milyonlarla insanı təsiri altına alıb.

Oxumağa davam et

Dualarda səmimi olmaq

Dua Allahın Rəhman və 4-6Rəhim isminin çox üstün təcəllisi, möminlərə böyük lütfüdür. Çünki insan Allaha dua edərək səmimi imanını, sevgisini və qorxusunu ifadə edə bilər. Yeganə dost və vəli kimi Ona təslim olduğunu, yalnız Ondan mədət umup Ondan kömək istədiyini göstərə bilər. Din əxlaqından uzaq cəmiyyətlərdə Allaha dua etmək müxtəlif batil inanc və xurafatlarla çətinləşdirilmişdir. İnsanlar hər an Allaha üz tutacaqları halda, bunun üçün vaxt müəyyən etmiş və ya araya vasitəçilər qoymuşlar.

Allah bu batil inanclara qarşı insanları belə xəbərdar edir: “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– (deyirlər.) Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz”. (Zümər surəsi, 3) Oxumağa davam et

Daha keyfiyyətli siyasət üçün daha çox qadın

womanDünyadakı insanların demək olar ki, yarısı qadınlardan ibarətdir. İlk başda bərabər kimi görünən bu bölgünü qadınlara verilən dəyərdə və cəmiyyətdəki mövqelərində isə görmək mümkün deyil. Demək olar ki, bütün cəmiyyətlərdə qadınların təhsil səviyyəsi kişilərə nisbətən daha aşağıdır. İşləməyən qadınların sayı daha çoxdur. Qadınlar eyni işlərdə birlikdə çalışdıqları kişilərdən daha az əmək haqqı alırlar. Bütün bunlarla yanaşı inkişaf etmiş ölkələrdə belə qadınlar kişilərin zorakılığına məruz qalır. Halbuki qadına dəyər vermək, qadınları önə çıxarmaq və həyatın bir hissəsi olmalarını təmin etmək üstün keyfiyyətdir. Qadına qayğı göstərmək, qadınların gələcəyini düşünmək, şərəfini, namusunu qorumaq da gözəl əxlaqın tələbidir.

Qadınların varlığı o cəmiyyətə keyfiyyət gətirir, qadınların iştirakı ilə hər mühit gözəlləşir, daha görkəmli hala gəlir. Siyasət kimi sərt metodların istifadə edildiyi sahələrdə qadınlar iştirak etdikdə nəzakət formalaşır, anormallıqların qarşısı alınır.

Düşündürücü olan isə qadınların siyasətdəki yerinin kişilərə görə daha məhdud olmasıdır. Dünyada qadınların parlamentlərdə təmsil olunma nisbəti orta hesabla 20.9%-dir. (1) Oxumağa davam et

Sam Harrisin xətaları və azad iradə gerçəyi

Sam HArrisYaradıcının varlığını inkar etmə üzərində qurulmuş ateist fəlsəfə  “din anlayışına ehtiyac olmadığı”nı irəli sürür.

Bu yazıda haqqında bəhs ediləcək ateist yazıçı Sam Harris də “The Moral Landscape” adlı kitabında “ictimai əxlaq üçün dinə lazım olmadığı” və “duyğu və düşüncələrin biokimyəvi səbəbləri olduğu” kimi təlqinlər verir. Əvvəla qeyd etmək lazımdır ki, hər insan həyatı və hadisələri istədiyi şəkildə şərh edə bilər. Ancaq insanları yanlış istiqamətləndirmək, elmi həqiqətlərdən uzaq fikirlər yayaraq doğrulardan uzaqlaşdırmaq qəbuledilməzdir. Ateistlərin müdafiə etdikləri anlayışlardakı yanlışların elmi olaraq dəyərləndirilməsi bu səbəbdən vacib və əhəmiyyətlidir.

Biz də bu yazımızda Sam Harrisin həmin kitabında izah etməyə çalışdığı zehniyyətin qüsurlarını və səhvlərini müzakirə edəcəyik. Bundan başqa, əxlaqın zəruriliyini və azad iradə anlayışının ateistlərin mülahizələrini necə etibarsız etdiyini açıqlayacağıq. Oxumağa davam et