Bəlkə hal-hazırda yuxudasınız?

1347574022-416Dünyanı qavrama formamız o qədər mükəmməldir ki, “xaricdə”, yəni bədənimizin ətrafında bir görüntü olduğuna bizi inandırır. Lakin bu vəziyyətin gecə gördüyümüz yuxulardan heç bir fərqi yoxdur. Yuxularımızda ətrafımızdakı hadisələrin, səs və görüntülərin fərqində oluruq, hətta bədənimizin də… Düşünürük və mühakimə edirik, qorxu, qəzəb, məmnuniyyət və sevgi hissləri duyuruq. Oxumağa davam et

Materialistlərə suallar

İnsanların düşüncələrinin, mühakimə bacarıqlarının, qərar vermə mexanizmlərinin, sevinc, həyəcan, rahatlıq kimi duyğularının1340207562-628 beyinlərindəki neyronların bir-biri ilə qarşılıqlı təsiri olduğunu irəli sürmək çox məntiqsiz iddiadır. Mövzu üzərində daha ətraflı düşünən materialistlər də bunu başa düşürlər. Tanınmış materialist Karl Leşli insan şüurunu maddəyə sadələşdirməyin mümkünlüyünü uzun illər müdafiə etdiyinə baxmayaraq, karyerasının sonlarında bu fikri söyləmişdir:

Zehin-bədən əlaqəsi istər həqiqi metafizik mövzu, istərsə də sistemli xəta kimi nəzərdən keçirilsin, bu mövzu psixoloqlar və insan məsələləri ilə məşğul olan nevroloqlar üçün hələ də problemdir… Necə olur ki, beyin fiziki-kimyəvi sistem kimi bir şeyi qavrayır və ya bilir, yaxud bunu etdiyinə dair özünü aldada bilir? Oxumağa davam et

Yuxuda Yaşadığımız Hisslər Dünyası

230809549622222590_Iit6Fhl9_cİnsan yuxu əsnasında gözləri qapalı şəkildə yatağında yatır. Ancaq buna baxmayaraq, həqiqi həyatında qarşılaşdığı hadisələrin, yaşadığı hisslərin, impulsların hamısını yuxuda əslindən tamamilə fərqsiz şəkildə həqiqi surətdə hiss edir. Bu həqiqətə bu məqaləni oxuyan insanların hamısı özləri yuxularında tez-tez şahid olurlar. Məsələn, gecə yatağında səssiz və sakit mühitdə, ətrafında heç kimin olmadığı şəraitdə yatan insan yuxuda özünü çoxlu insanın olduğu, təhlükəli yerdə görə bilir. Var gücü ilə bu təhlükədən qaçdığını, divarın arxasında gizləndiyini həqiqi şəkildə yaşaya bilir. Hətta yuxuda gördükləri o qədər həqiqidir ki, qorxu və təşviş hissini, həqiqətən, təhlükəli şəraitdə olduğu kimi hiss edir. Hər hay-küydə qorxudan titrəyir, ürəyi bərk döyünür, tərləyir, insan bədəni təhlükədə olduqda nə hiss edirsə, fiziki cəhətdən necə reaksiya verirsə, hamısı eynilə baş verir. Əslində isə, beynindən kənarda gördüklərinin heç biri yoxdur. Oxumağa davam et

Kommunizm Nə Üçün Bəşəriyyət Üçün Böyük Təhlükədir

  Dünyada olduğu kimi, ölkəmizdə də bəzi insanlar başlarına gələcək şeyləri dərk etmədən kommunizm adlı təhlükənin 988404_662369110493303_1271003465_nmüasir dövrdə olmadığını deyərək yanılırlar. Kommunizmin XX əsrin fəlakəti olduğunu, o dövrdə hakim olub süqut etdiyini və artıq bu təhlükənin keçdiyini zənn edirlər. Bu fikrə o qədər inanıblar ki, nə başlarına gələcək təhlükədən xəbərdardırlar, nə də buna qarşı tədbir görürlər. Əksinə, “Kommunizm təhlükəsi yoxdur”, – deyərək həm ətrafdakı insanları laqeydliyə sürükləyir, həm də özləri bu bəlanın içinə düşürlər. Bu yanaşma tərzi ilə kommunist ideologiyanın asanlıqla güclənməsinə, kök salaraq yayılmasına imkan verirlər. Çünki insanlar: “Artıq kommunist təhlükə yoxdur”, – deyərək rahatladıqda və bu bəlaya qarşı heç bir tədbir almadıqda kommunizm güclənib yayılır. Oxumağa davam et

Maddə Ruhun İzahıdır

imagesMusiqi dinləyərkən ritmdən zövq alan, yemək yeyərkən dadından ləzzət alan və ya almayan, qarşısındakı insanı sevən, şəfqət göstərən, öz mənliyini araşdıran, beynini laboratoriyada tədqiq edən, kəşflər edən, problemləri həll edən, uğurlarına görə sevinən, qərar verən, musiqi bəstələyən, kitab yazan varlıq, görəsən, şüursuz təsadüflər nəticəsində meydana gələ bilərmi?

Görəsən, hansı təsadüfi kimyəvi reaksiya insana gözəl davranmağı, incə düşüncəli olmağı, fədakarlıq etməyi öyrədə bilər?

Görəsən, hansı təsadüfi hadisə nəticəsində insan öyrənmə, hafizəsində saxlama, qarşısındakını tərbiyə etmə, dövlətləri idarə etmə qabiliyyəti qazanmışdır? Oxumağa davam et

Dünya Yaradılmamışdan Əvvəl Allah Bizim Qədərimizi Yaratmışdır

imagesŞübhəsiz ki, Biz hər şeyi qədərlə yaratdıq. (Qamər surəsi, 49)

 Hz. Musa (ə.s) və yanındakılar hal-hazırda yarılan dənizdən keçərək xilas olurlar. Fironun ordusu hal-hazırda suları birləşən dənizdə boğulur. Hz. Nuhun (ə.s) gəmisi və hz. Süleymanın (ə.s) sarayı hal-hazırda inşa edilir…

Bütün bu hadisələr bizim bildiyimizdən də aydın və canlı şəkildə hal-hazırda uca Allah’ın dərgahında mövcuddur. Çünki Allah dünya yaradılmazdan əvvəl bütün varlıqların qədərini (taleyini) yaratmışdır.

Qədər Allah’ın bütün keçmiş və gələcək hadisələri tək bir an içində yaratmasıdır. Bu isə Allah qatında kainatın yaradılış anından qiyamətə qədər olan hər hadisənin baş verib bitdiyini göstərir. Oxumağa davam et

Qaranlığa və Rəngsizliyə Bürünən Həqiqi Dünya

imagesMüasir fizika sübut edir ki, biz gözlərimizlə görmürük, əslində dünya zülmət qaranlıq və rəngsizdir.

Görən gözlərimiz deyil, görüntü beynimizdə əmələ gəlir

 Həyatımız boyu aldığımız təlqinlə bütün dünyanı gözlərimizlə gördüyümüzü zənn edirik. Hətta “gözlərimiz dünyaya açılan pəncərədir” deyə bilərik. Əslində isə görmənin elmi açıqlamasına əsasən, həqiqət belə deyil, çünki biz gözlərimizlə görmürük. Gözlərimiz və gözlərimizə bağlı olan milyonlarla sinir hüceyrəmiz sadəcə “görmə hadisəsinin” həyata keçməsi üçün beyinə mesaj yollayan kabel vəzifəsini daşıyır. Görmə hadisəsinin necə həyata keçdiyini orta məktəb biliklərimizdən xatırlasaq, bu həqiqəti daha asan başa düşərik. Bir cisimdən gələn işıq göz büllurundan keçir və gözün arxa tərəfindəki torlu qişanın üzərinə başı aşağı və iki ölçülü görüntü salır. Oxumağa davam et

Kvant Fizikası Determinizmi Əsassız Edir

Nyutondan sonra bəzi materialistlər kainatı müəyyən qanunlara görə öz-özünə fəaliyyət göstərən bir saat kimi göstərməyə çalışırdı. Burada əsas məqsəd guya kainatda Allahın müdaxiləsinin olmadığını isbat etməyə çalışmaqdı. Fəlsəfədə determinizm adlandırılan bu hərəkat bir çox insanın Allaha yəqinliklə iman etməsinə mane olmuşdu. Eləcə də materializmin bir çox cəmiyyətdə inkişafı üçün münasib zəmin meydana gətirmişdi. Ancaq bunu bilmək lazımdır ki, bütün səbəb-nəticə əlaqələri Allahın ehtişamlı yaradılış sənətinin nümunələridir. Kainatda səbəblər öz-özünə var olmur, Allahın istəyi nəticəsində mövcud olur. Digər halda isə sonsuz ziddiyyət meydana gəlir. Çünki bizə məlum olan səbəblər də kainatda olduğuna görə onların da səbəbi olmalı, o səbəblərin də başqa səbəbləri olmalıdır. Bu halda bu proses sonsuza qədər davam edər. Oxumağa davam et

Zamanın Nisbiliyi…

Zamanın nisbiliyi məsələsi dövrümüzdə sübut edilmiş elmi həqiqətdir. Ancaq bu həqiqət keçən əsrin əvvəllərində Eynşteynin nisbilik nəzəriyyəsi ilə ortaya çıxmışdır. O dövrə qədər insanlar zamanın nisbi qavrayış olduğunu, mühitə görə dəyişdiyini bilmirdilər. Ancaq tanınmış alim Albert Eynşteyn nisbilik nəzəriyyəsi ilə bu həqiqəti açıq şəkildə sübut etdi. Zamanın kütlədən və sürətdən asılı qavrayış olduğunu irəli sürdü. Bəşəriyyət tarixində heç kim bu mövzunu açıq şəkildə dilə gətirməmişdi.

Ancaq tək bir istisna ilə! Quranda zamanın izafi (nisbi) olduğunu göstərən məlumatlar verilirdi. Bu mövzu ilə bağlı ayələri belədir:

…Rəbbinin dərgahında bir gün sizin saydığınızın min ili kimidir! (Həcc surəsi, 47) Oxumağa davam et

Zaman Hissi Və Hafizənin Sirləri

“Keçmiş” qavrayışı hafizəmizdəki məlumatlara görə əmələ gəlir

Allah Qatında zaman yoxdur. Bütün hadisələr bir anda baş verir və o “bu andır”.

Biz, bizə edilən təlqinə görə keçmiş, bu an və gələcək kimi bölmələrə ayrılmış zaman hissələrini yaşadığımızı zənn edirik.

Əslində isə “keçmiş” kimi qavrayışa malik olmağımızın tək səbəbi hafizəmizə bəzi hadisələrin verilməsidir. Məsələn, orta məktəbə getdiyimiz an hafizəmizdə olan məlumatdır və biz buna görə bunu keçmiş hadisə kimi hiss edirik. Gələcəklə bağlı hadisələr isə hafizəmizdə yoxdur. Buna görə də biz hələ xəbərdar olmadığımız hadisələri “yaşanacaq”, “gələcəkdə baş verəcək” hadisələr kimi qəbul edirik. Əslində isə keçmiş bizim üçün necə yaşanmış, təcrübədən keçirilmiş, görülmüş hadisələrdirsə, gələcək də eyni şəkildə yaşanmışdır. Ancaq bu hadisələr bizim hafizəmizə verilmədiyi üçün biz bunları bilmirik. Oxumağa davam et

Qüllə Və Zirvəsindəki Bağlı Otaq

Beynimizdə qavradıqlarımıza görə xarici aləmdəki hər şeyin əsli ilə təmasda olduğumuzu zənn etməyiniz böyük bir xətadır. Çünki əsla beynimizdən kənara çıxaraq buna nəzarət etmək imkanımız yoxdur. Gördüyümüz və hiss etdiyimiz hər şey Allahın bizim ruhumuza göstərdiyi hisslərdir. Tək mütləq varlıq isə hər şeyin Yaradıcısı olan, aləmlərin Rəbbi Uca Allahdır.

Bu məqalənin başlığını əmələ gətirən sözügedən qüllə anlayışı hər şeyin beynimizdə əmələ gəlməsi həqiqətini daha yaxşı açıqlamaq üçün istifadə etdiyimiz bir nümunədir.

Mənası budur: əgər hal-hazırda beyninizin içində olan dünya görüntüsünün və öz bədəninizə aid görüntünün kənarda bir də maddi əslinin olduğunu iddia edirsinizsə, onda bütün bu görüntüləri kəllənin içində daşıyan nəhəng bir bədənin varlığını da qəbul etməlisiniz. Bu halda siz hər şeyi beyninizdə qavradığınıza görə sanki nəhəng bir qüllənin təpəsindəki kiçik bir otağa həbs edilmiş kiçik bir adamsınız. Bu nəticəyə necə gəldiyimizi mərhələ-mərhələ düşünək: Oxumağa davam et

Zamansızlıq və Qədər Gerçəyi

ZAMAN NƏDİR?

Zaman, bir anı digər an ilə müqayisə etdiyimizdə meydana gələn anlayışdır. Yəni zaman bizim yaşadığımız hadisələr arasında apardığımız müqayisəyə söykənir. Məsələn, bir insan otağa girir, sonra yerdə olan qələmi görür və əyilib onu götürür. Daha sonra bu qələmi masaya qoyur. Həmin insan, bütün bu hərəkətlər arasında müqayisə edir. Hər biri arasında müəyyən müddət keçdiyini düşünür və beləcə zaman hissini əldə edir.

Yəni, zaman beyində xatirə olaraq saxlanan bəzi məlumatlar, daha doğrusu görüntülər arasında müqayisə aparıldığında var olur. Əgər bir insanın yaddaşı olmasaydı, o insan hal-hazırkı anı yaşayacaq, beyni bu cür şərhlər edə bilməyəcək və dolayısı ilə zaman hissi də meydana gəlməyəcəkdi. Oxumağa davam et