Yaxın Şərq xəritəsi “müasir 40 hərami” tərəfindən çəkilib

middle_east_mapTarixçilər Yaxın Şərqdə baş verən müharibələrin səbəbi kimi 20-ci əsrin əvvəlində çəkilən süni sərhədləri göstərirlər. Osmanlıdan sonra bölgədə qurulan dövlətlər tarixi sosioloji və ya coğrafi həqiqətlər üzərində inşa olunmadı. Britaniya İmperiyasının maraqları əsasında, başda İraq və Suriya olmaqla, yeni sərhədlər çəkildi.

Bir çox siyasi analitiklər Yaxın Şərqi İngiltərə ilə Fransa arasındakı gizli Says-Piko sazişinin formalaşdırdığını zənn edirlər. Əslində isə 100 ildir ki, bölgəni oda atan xəritə Qahirə konfransında bir çox ingilis diplomat, hərbçi, cəsus və siyasətçilərin iştirakı ilə çəkilmişdir. Həmin dövrün müstəmləkələr naziri Uinston Çörçil Osmanlı torpaqlarını kağız üzərində parçalayan bu heyəti “40 hərami” adlandırmışdır. Oxumağa davam et

Rohinca müsəlmanları: dünyanın ən yalnız xalqı

myanma-zulmuİnsan hüquqları sahəsində cənub-şərqi Asiyanın şübhəsiz, ən pis keçmişə malik ölkəsi Myanma bir il əvvəl bütün dünyanı həyəcanlandıran və ümid verən hadisəyə şahid oldu. Yarım əsr davam edən hərbi cunta rəhbərliyindən sonra 2015-ci il noyabr ayındakı parlament seçkilərində Milli Demokratiya Birliyi Partiyası (NLD) qalib gəldi. Partiyanın lideri Nobel Sülh Mükafatının sahibi Aung San Suu Kyinin seçki vədlərindən biri, “həqiqi dəyişiklik” idi. Ancaq aradan keçən bir il açıq şəkildə göstərdi ki, Rohinca müsəlmanları üçün dəyişən heç bir şey olmadı. Onlar hələ də dəhşətli etnik təmizlikdən əziyyət çəkirlər.

Rakhine (Arakan) əyalətini rohincalardan təmizləmə layihəsi bütün sürəti ilə davam edir. Myanma ordusu və təhlükəsizlik qüvvələrinin oktyabr ayından etibarən davam edən əməliyyatlarında yüzlərlə günahsız rohincalı qətlə yetirildi, yüzlərlə qadına təcavüz edildi, yüzlərləsi zülmdən qaçmağa çalışarkən yolda həyatını itirdi. Müsəlmanlara məxsus minlərlə ev talan edildi, yandırıldı. Oxumağa davam et

Saxta bayraq əməliyyatları

bayraqSülh iradə, səbir və zəhmət tələb edir. İnsanların bir arada əmin-amanlıq şəraitində rahat yaşaması asan və gözəl ikən, tarix boyu bir çox nəsil müharibəni, öldürməyi, qətliamı asan görüb. Sülhdə, sevgidə, dostluqda iradə göstərmək əvəzinə, ən kiçik bir münaqişəni yüz minlərlə insanın qanının axdığı müharibəyə çevirməyi üstün tutublar. Bəzən də ortada hər hansı bir münaqişə olmadığı halda, müxtəlif hiylə və aldatmalarla münaqişələrin zəminini hazırlayıblar.

Hərbi qüvvələrin, kəşfiyyat təşkilatlarının, ya da terrorçu qrupların hamısı adi silahlı qüvvələrdən başqa strategiya olaraq aldatma üsulları tətbiq edir. Burada hədəf  mövcud qüvvələr, məqsəd strategiya kimi məlumatların qarşı tərəfdən gizlədilməsidir. Başqa məqsəd isə döyüşən tərəfin öz tərəfdarlarında, xalqında və ya dünya ictimaiyyətində razılıq yaratmaqdır. Bəzən bu məqsəd cəmiyyətləri və ya hakimiyyətləri qızışdırmaq və bir istiqamətə doğru istiqamətləndirmək üçün də istifadə edilir. Oxumağa davam et

Sionizm: yersiz və yanlış anlaşılan qorxu

musevilikte_yalan1648-ci il Vestfal müqaviləsindən irəli gələn millətçilik 1789-cu il fransız inqilabı ilə birlikdə dünyaya güclü şəkildə yayılmağa başladı. Belə ki, milli dövlət xəyalları 150 il ərzində siyasəti formalaşdırdı. Bu müstəqillik müharibələrinin əsasında millətçilik hissləri yatırdı. Eyni mədəniyyətə malik, eyni dili danışan, eyni bölgənin insanları artıq eyni bayraq altında birləşmək istəyirdilər. Belə ki, bu yüzlərlə millətçilik cərəyanından yalnız biri həmişə digərlərindən fərqli qəbul edildi, günahlandırıldı və konspirasiya nəzəriyyələrinin mərkəzində yer aldı.

Bu cərəyan adını İsraildəki Siyon dağından alan, dünyaya səpələnmiş musəviləri bir dövlət altında birləşdirməyi hədəf alan sionizm idi. Dünyanın bir çox ölkəsinə səpələnmiş, yüzlərlə fərqli şəhərdə diaspor həyatı yaşayan və getdikləri hər yerdən qovulan musəvilər əcdadlarının torpaqlarında özlərinə aid dövlət qurmaq istədilər. Hər bir millətçi cərəyan özünə dost və düşmən qazanarkən sionizm demək olar ki, hər siyasi cərəyandan, xüsusilə də protestant liberalizmdən əleyhdarlar qazandı. Oxumağa davam et

Yaxşı və pis: hansı tərəfdəsən?

 

yaxsi-pisƏksəriyyəti müsəlman ölkələrdən ibarət olan Yaxın Şərq eyni zamanda qətliamların da ən çox baş verdiyi bölgə olma xüsusiyyətini daşıyır. Hazırda Suriya bölgədəki bütün terrorun mərkəzi kimi görünür.

Məsələn, Hələb… Bir vaxtlar gözəl şəhər olan Hələb indi vətəndaş müharibəsinə görə xarabalığa çevrilib. Hələbdə mülki vətəndaşların şəhid edilmədiyi bir gün belə yoxdur.

Məscidlər, xəstəxanalar və marketlər kimi xalqa açıq yerlər hər gün bomba və mərmi atəşinə məruz qalır.

Bu cür hücumların hər hansı bir hərbi məqsədi olmadığı aydındır. Bunlar qan tökməyə susamış pis insanların fəaliyyətidir… Bu hücumları fasiləsiz olaraq davam etdirirlər. Xəstə zehinlərindəki məqsədlərinə çatmaq üçün günahsız insanları qətlə yetirməkdən çəkinmirlər. Oxumağa davam et

Amerikada lobbilər dövrü sona çatır?

lobbi8 noyabr prezident seçkisi ABŞ siyasəti haqqında bilinən bir çox qəlibləri sındırdı. Bu günə qədər ABŞ prezidenti olmaq üçün əsas medianın dəstəyinin vacibliyinə inanılırdı. Namizədlər seçkilərdə qalib gəlmək üçün ən çox büdcəyə sahib olmağa çalışırdılar. Bu qədər böyük məbləği yığmaq üçün də bir ovuc mənfəət qrupu və sərmayədarın dəstəyi lazım idi. Maliyyəçilər tərəfindən dəstəklənməyən heç bir namizəd prezident ola bilməzdi. Partiya iyerarxiyasının, ideoloqlarının, Hollivud və idman dünyasının məşhurlarının dəstəyini almayan namizədlər məğlub olmağa məhkum hesab edilirdi. Seçki proqnozlarının qalib tərəfi müəyyən etdiyi zənn edilirdi. Sadaladığımız bu qruplar ABŞ seçkiləri üçün mütləq idi. Bir araya gəldikdə bir çoxları tərəfindən “establishment” adlandırılan ABŞ-dakı “qurulmuş nizamı” təşkil edirdilər. Belə ki, bu “qurulmuş nizam” tərəfindən qəbul edilməyən, dəstəklənməyən, maliyyələşdirilməyən namizədin prezident seçilməsi qeyri-mümkün hesab edilirdi. 150 milyon seçiciyə isə bu sistemdə tamaşaçı rolunu oynamaq düşürdü. Oxumağa davam et

Dünya miqrantlara qarşı niyə laqeyddir?

multeciİnsanlar yüksək sevgi gücünə çata bilən, xeyirxahlığı, fədakarlığı bilən, Allahın dəyərli qullarıdır. Bu xüsusiyyətlər məhz çətin vaxtlarda daha da əhəmiyyət qazanır. Suriyadakı son qaçqın böhranı da bu dəyərlərin ən gözəl nümunələrinin yaşandığı hadisə oldu.

Belə ki, minlərlə insan yardım üçün səfərbər oldu. Bəziləri maddi köməklik etdi, bəziləri qaçqın düşərgələrində könüllü işlədi, xeyriyyə təşkilatları aksiyalar həyata keçirdi. Bir çox ölkə iqtisadi imkanları məhdud olmasına baxmayaraq, qapılarını qaçqınlara açdı. Məsələn, Türkiyə, Livan, İordaniya, İraq kimi ölkələr çox güclü olmayan iqtisadiyyatlarına baxmayaraq, suriyalı qaçqınların əksəriyyətinə ev sahibliyi edirlər. Təkcə Türkiyə 3.1 milyon qaçqına sahib çıxır. Livan 1.1 milyon qaçqına qapılarını açıb. Eyni şəkildə, Almaniya və Serbiya da minlərlə suriyalıya sığınacaq imkanı yaradaraq kömək əlini uzadıb. Oxumağa davam et