Amerika prezident seçkilərində məğlub olanlar əslində kimlərdir?

trump2016-cı il ABŞ prezident seçkilərində respublikaçı partiyanın namizədi Donald Tramp qalib gələrək ABŞ-ın 45-ci prezidenti oldu. Bu nəticədən sonra hər kəs Trampı və onun ilk anda qeyri-adi görünən uğurunu danışır. Bir tərəfdən, dünya siyasətində yeni siyasətin hakim olacağı müzakirə edilərkən, digər tərəfdən bu siyasətin hansı istiqamətdə inkişaf edəcəyi təxmin edilməyə çalışılır.

Trampın qalib gəlməsi çox danışılsa da məhz seçkidə məğlub olanlardan və onun səbəblərindən də bəhs etmək lazımdır. Seçkilərdə məğlub olan əslində demokratlar partiyasının namizədi Hillari Klinton deyil, o təkcə məğlubiyyətin görünən üzüdür. Trampın prezident seçkilərindəki qələbəsinin yolunu açan əsas amil Amerika xalqının keçmiş “Amerika röyası” ruhu üçün darıxmasıdır. Beləliklə, bu seçkilərin nəticəsini araşdırarkən bu məsələni mütləq nəzərə almaq lazımdır. Oxumağa davam et

Müsəlmanların Birliyi Ən Vacib Məsələdir

2Bir çox insan rahat kreslosunda oturub çay içə-içə televizor izləyərkən dünyanın müxtəlif yerində milyonlarla müsəlman qardaşımız böyük zülmə məruz qalaraq yaşamaq uğrunda mübarizə aparır. İraq, Əfqanıstan, Şərqi Türküstan, Kırım, Fələstin, Kərkük, Moro, Patani və Arakandakı müsəlmanlar hər gün müsəlman qardaşlarından gələcək köməyi ümidlə gözləyirlər. Gördükləri zülmü və təzyiqi bütün şiddəti ilə yaşayan qardaşlarımızın halını başa düşmək üçün bir anlıq özümüzü onların yerinə qoyaq. Oxumağa davam et

Yaxın Şərq necə xilas ola bilər?

Yaxın Şərq Osmanlı dövründəki əmin amanlığın ardından son 150 ildir ki, müharibə, şiddət, zorakılıq və 1359964085_35549çaxnaşmaya səhnə olur. Şəhərlər dağılır, məzlum insanlar bombardmana məruz qalır. Məcburi köçkünlərin, əsir düşərgələrində yaşayan məzlumların və işğal edilmiş torpaqlarda yaşamaq məcburiyyətində olanların sayı on milyonları keçib.

Təkcə Qəzzada 1,7 milyon insan çox ağır şəraitdə yaşamağa məcbur olub. Oxumağa davam et

Suriya, Şərqi Türkistan, Arakan, İraq, Fələstin, Əfqanıstan, Kəşmir…

439650_433468Hal–hazırda dünyanın demək olar ki, hər tərəfində böyük qarışıqlıq hökm sürür. Vəziyyətin nə qədər ciddi olduğunu mediada yer alan xəbərlərdən də görə bilərik. Hər gün yüzlərlə insan öz yurdlarını tərk etmək məcburiyyətində qalır, yüzlərlə insan qətlə yetirilir. Gənc qızlar, qadınlar zorakılığa, uşaqlar təcavüzə məruz qalır. Atılan zəhərli silahlar səbəbiylə körpə uşaqlar göz görə-görə can verirlər. Oxumağa davam et

Bəs qaçqın düşərgəsində yaşasaydınız?

B3AA8B4B-6B40-416F-ACC3-AEC1D715BF5F_mw1024_n_sHeç bir əşyanız, pulunuz, qidanız, hətta şəxsiyyət vəsiqəniz belə olmadan, soyuq bir qış günündə yollara düşməyi heç ağlınıza gətiribsiniz? Hətta belə çətin vəziyyətdə yanınızda uşaqlarınızın da olduğunu və onları qoruyacaq, isti saxlayacaq heç nəyiniz olmadığını düşünə bilirsinizmi? 6 milyon suriyalı da bunları heç düşünməmişdi, ancaq bu gün hamısı evlərini tərk etmək məcburiyyətində qalıblar. Qaçqın düşən bu insanlar üçün əsl problem də bundan sonra başlayır. Parçalanmış ailələr, sağlamlığa zərərli pis yaşayış şəraiti. Minlərlə suriyalı isə yollarda həyatını itirir. Oxumağa davam et