Amerika prezident seçkilərində məğlub olanlar əslində kimlərdir?

trump2016-cı il ABŞ prezident seçkilərində respublikaçı partiyanın namizədi Donald Tramp qalib gələrək ABŞ-ın 45-ci prezidenti oldu. Bu nəticədən sonra hər kəs Trampı və onun ilk anda qeyri-adi görünən uğurunu danışır. Bir tərəfdən, dünya siyasətində yeni siyasətin hakim olacağı müzakirə edilərkən, digər tərəfdən bu siyasətin hansı istiqamətdə inkişaf edəcəyi təxmin edilməyə çalışılır.

Trampın qalib gəlməsi çox danışılsa da məhz seçkidə məğlub olanlardan və onun səbəblərindən də bəhs etmək lazımdır. Seçkilərdə məğlub olan əslində demokratlar partiyasının namizədi Hillari Klinton deyil, o təkcə məğlubiyyətin görünən üzüdür. Trampın prezident seçkilərindəki qələbəsinin yolunu açan əsas amil Amerika xalqının keçmiş “Amerika röyası” ruhu üçün darıxmasıdır. Beləliklə, bu seçkilərin nəticəsini araşdırarkən bu məsələni mütləq nəzərə almaq lazımdır. Oxumağa davam et