Amerika prezident seçkilərində məğlub olanlar əslində kimlərdir?

trump2016-cı il ABŞ prezident seçkilərində respublikaçı partiyanın namizədi Donald Tramp qalib gələrək ABŞ-ın 45-ci prezidenti oldu. Bu nəticədən sonra hər kəs Trampı və onun ilk anda qeyri-adi görünən uğurunu danışır. Bir tərəfdən, dünya siyasətində yeni siyasətin hakim olacağı müzakirə edilərkən, digər tərəfdən bu siyasətin hansı istiqamətdə inkişaf edəcəyi təxmin edilməyə çalışılır.

Trampın qalib gəlməsi çox danışılsa da məhz seçkidə məğlub olanlardan və onun səbəblərindən də bəhs etmək lazımdır. Seçkilərdə məğlub olan əslində demokratlar partiyasının namizədi Hillari Klinton deyil, o təkcə məğlubiyyətin görünən üzüdür. Trampın prezident seçkilərindəki qələbəsinin yolunu açan əsas amil Amerika xalqının keçmiş “Amerika röyası” ruhu üçün darıxmasıdır. Beləliklə, bu seçkilərin nəticəsini araşdırarkən bu məsələni mütləq nəzərə almaq lazımdır. Oxumağa davam et

ABŞ mənəvi dəyərlərini geri qazanmalıdır

prayingpeopleAmerika Birləşmiş Ştatlarını İngiltərə koloniyalarından alıb dünya dövlətinə çevirən ən mühüm amil qurucu dəyərləridir. 1776-cı ildə Amerika Birləşmiş Ştatlarını meydana gətirən 13 əyalətdə dindar, əxlaqlı, çalışqan, sadiq, vəfalı, vətənpərvər, azadlıqsevər, fədakar, insanların bərabərliyinə qəlbən inanmış 2.5 milyon amerikalı yaşayırdı. ABŞ-ın əhalisi 1880-ci ildə 50 milyon, 1920-ci ildə 100 milyon, 1970-ci ildə 200 milyona çatmış, insanların qəlbindəki hz. İsa sevgisi və xristianlığa bağlılıq hər zaman çox güclü olmuşdur. 2000-ci illərdə isə birlikdə Amerikanı Amerika edən, fərqli millətlərdən milyonları birləşdirən bu güclü bağlılığın zəifləməyə başladığını görməyə başladıq. Xristianlıqdan uzaqlaşmaq Amerika cəmiyyətini bir yerdə tutan bağın zəifləməsi və zaman keçdikcə parçalanması deməkdir. Oxumağa davam et