Dünyanın ən zəngin 1%-nin sərvətlərin 50%-nə sahib olduğu dünyada yaşamaq istəyirik?

2011-ci ildə Avropa İttifaqı dünyadakı ən böyük 10 problemi sıraladığı bir hesabat dərc etdi. Bu hesabata görə az əhəmiyyətlidən başlayaraq dünyanın problemləri bu şəkildədir: nüvə silahlanması, silahlı münaqişələr, yoluxucu xəstəliklər, qlobal əhali artımı, enerji resurslarının azalması, beynəlxalq terrorizm, iqtisadi vəziyyət, iqlim dəyişikliyi və aclıq, yoxsulluq və təmiz suyun olmaması.

Bu hesabat problemləri dünyadakı ən zəngin 1%-lik təbəqənin baxış bucağından dəyərləndirirdi. Bu gün hər kəs öz prioritetlərini önə çəkir. ABŞ-da hər cür rahatlığa malik biri üçün iqlim dəyişiklikləri ən mühüm problem kimi göründüyü halda, mikro bioloqlar üçün qlobal epidemiyalar daha əhəmiyyətlidir. Siyasi analitiklər üçün isə nüvə silahları, beynəlxalq terrorizm və Hindistan-Pakistan, Koreya yarımadası və ya Yaxın Şərq kimi münaqişə bölgələri ən təcili müdaxilə edilməli olan problemlərdir.

Əgər media təbliğatından bir an başımızı qaldırıb dünyanın həqiqətlərinə baxa bilsək, ən təxirəsalınmaz problemi fərq etmək daha asan olacaq. Bu gün 1,5 milyard insan elektrik enerjisindən məhrumdur. Dünyanın ən kasıb 10 ölkəsinin 6-ında əsas ölüm səbəbləri malyariya, xolera, tənəffüs yolu və doğuş öncəsi infeksiyalardır. Halbuki bu xəstəliklərin qarşısı müalicə ilə asanlıqla alına bilir. Hər il 500.000 uşaq A vitamini çatışmazlığından kor olur. 2015-ci ildə hər 7 nəfərdən bir insan gündə 1,25 dollarla həyatda qalmaq uğrunda mübarizə aparır. Hər 4 nəfərin də gündəlik qazancı 2,5 dollardır. Yoxsulluq həqiqi mənada dünyanın ən mühüm problemidir. Oxumağa davam et

Vətəndaş müharibəsinin digər bir üsulu: aclığa tərk etmək

CWDd5QAWoAES9pKMüharibə hər cür dəhşətli hadisənin etinasızca həyata keçirildiyi kriminal mühitdir. Müharibə hüququ və müharibə əxlaqı kimi terminlər bu cinayəti yüngülləşdirən izahlar kimi görünsə də əslində insan öldürməyin heç bir hüquqi tərəfinin olmadığı gerçəyini aradan qaldırmır. Bu həqiqətə baxmayaraq, 21-ci əsr müharibənin nə qədər azğınlaşacağını, nə qədər əxlaqsızlaşıb zalımlaşacağını, insanları necə ruhsuz və vicdansız hala gətirəcəyini bütün dünyaya kifayət qədər nümayiş etdirdi.

Tolstoyun müharibə ilə bağlı bir sözü müharibələrdə insanlar ölərkən digərlərinin nələr hiss etdiklərini maraqlı formada açıqlayır:

«Müharibə hər zaman diqqətimi cəlb etmişdir. Burada böyük generallar tərəfindən edilən manevrlər mənasındakı müharibə yox, müharibənin reallığı, insanı birbaşa olaraq öldürmək idi diqqətimi çəkən. Austerlits və Borodinodaki orduların necə təşkil edildiyindən çox, bir əsgərin digərini necə və hansı hissin təsiri altında öldürməsi diqqətimi çəkirdi». Oxumağa davam et