Alovu İzolə Edən Möcüzə: AEOROGEL

Kosmik texnologiyada istifadə edilən aerogel silika əsaslı bərk məmulatdır. Milyonlarla kiçik dəlikdən ibarət səthi süngəri xatırladır. 99.8%-i havadan ibarətdir. İşığı keçirən incə quruluşu ona “donmuş duman” adı verilməsinə səbəb olmuşdur.

Ən təkmilləşmiş şüşəlif izolyasiya materialından 39 dəfə çox izolyasiya qabiliyyətinə malikdir.

Aerogellər başqa bir silika (qum) əsaslı maddə olan şüşə ilə müqayisə edildikdə 1000 dəfə çox sıxlığa və dəlikli quruluşa malikdir. Ölçüsü millimetrin milyardda biri qədər olan dəliklər tor kimi materialın içini əhatə edir və dəliklərin ətrafı da başqa məmulat ilə örtülüdür.

Kosmosda dolaşan toz zərrəciklərini tutmaq məqsədilə göndəriləcək Speysdast (kosmik toz) gəmisinə aerogeldən ibarət panel əlavə edildi. Kosmosda böyük sürətlə hərəkət edən toz zərrəcikləri bu panel sayəsində heç bir zədə almadan Yerə gətiriləcək. Oxumağa davam et