Təsəvvürünüzdə “İdeal İnsan” Canlandırın və Siz də Məhz O Cür İnsan Olun

Hər bir insanın təsəvvüründə “ideal insan modeli” var. Sevdiyi, birlikdə vaxt keçirdiyi, dostluq etdiyi bütün insanlarda bu modeli görmək istəyir. Ancaq bir şeyi nəzərindən qaçırır: ətrafındakı insanlar da onda eynilə həmin ideal insan modelini axtarırlar.

Hər kəs qarşısındakı insanın ağıllı, qətiyyətli, fədakar, vəfalı, anlayışlı, səmimi olmasını istəyir. Nə baş verirsə versin, hirslənməsin, özündən çıxmasın, acılamasın, güzəştə getsin, səbirli olsun, bağışlasın. Çətin anlarında onu tək qoymasın, əlindən gəldiyi qədər kömək etsin, lakin əsla minnət etməsin, çox fədakar olsun, lazım gələrsə, heç düşünmədən özünü belə fəda etsin. Olduqca ağıllı, vicdanlı, ədalətli, mərhəmətli, mülayim, səmimi, gözəl sözlü, gözəl üslublu, incə düşüncəli olsun, özünü qarşı tərəfin yerinə qoyub düşünə bilsin, qarşısındakının vəziyyətini anlasın. Üstünlüyü özünə deyil, daima sevdiyinə versin, sevdiyi insanların xoşbəxtliyini, rahatlığını, dincliyini və istəklərini özününkündən üstün tutsun. Öz haqqını deyil, sevdiklərinin haqqını müdafiə etsin, öz qürurunun, mənliyinin tərəfində olmasın, daima qarşı tərəfi ön plana çəksin, qarşısındakı insana hörmət etsin, ehtiram göstərsin. Oxumağa davam et

Zəka və Ağıl Arasındakı Fərq Nədir?

Zəka, ən çox tanınan mənada insanın düşünmə, həqiqətləri hiss etmə, mühakimə etmə və nəticə çıxarma bacarıqlarının cəmidir. İlk dəfə qarşılaşılan və ani şəkildə əmələ gələn hadisələrə uyğunlaşma, anlama, öyrənmə, təhlil etmə bacarığı, beş hissin, diqqətin və düşüncənin cəmlənməsi, incəliklərə diqqət verilməsi zəka vasitəsilə həyata keçirilir. Zəkanın fərqli təriflərinin olmasına baxmayaraq, zəkaya aid nəzəriyyələrin hamısında zəkanın hamısında zəkanın insanın anadangəlmə malik olduğu, adətən irsi yolla nəsildən-nəsilə keçən və mərkəzi sinir sisteminin funksiyalarından ibarət öyrənmə və ətraf təsirlərlə formalaşan məfhum olduğu bildirilir. Oxumağa davam et