Kainatın genişlənməsi və “böyük partlayış” nəzəriyyəsinin yaranması

hleZpoD1920-ci illər, müasir astronomiyanın inkişafı baxımından çox mühüm illər idi. 1922-ci ildə rus fiziki Aleksandr Fridman, Eynşteynin ümumi nisbilik nəzəriyyəsinə görə kainatın sabit olmadığını və ən kiçik bir qarşılıqlı təsirin kainatın genişlənməsinə və ya daralmasına səbəb olacağını müəyyənləşdirdi. Fridmanın gətirdiyi çıxış yolunun əhəmiyyətini ilk görən insan isə, Belçikalı astronom Corc Lemetr (Georges Lemaître) oldu. Lemetr (Lemaître), bu çıxış yollarına əsaslanaraq kainatın bir başlanğıcı olduğunu və bu başlanğıcdan etibarən dayanmadan genişləndiyini irəli sürdü. Həmçinin, bu başlanğıc anından gəlib çıxan radiasiyanın da ortaya çıxarıla biləcəyini ifadə etdi.

Bu elm adamlarının nəzəri hesablamaları o zaman çox diqqət çəkməmişdi. Lakin 1929-cu ildə müşahidə olunmuş bir dəlil, elm aləminə bomba kimi düşdü. Həmin il Kaliforniyadakı Maunt Vilson rəsədxanasında, Amerikalı astronom Edvin Habl (Edwin Hubble) astronomiya tarixinin ən böyük kəşflərindən birini etdi. Habl (Hubble), istifadə etdiyi nəhəng teleskopla səmanı araşdırarkən, ulduzların aralarındakı məsafəyə əsasən qırmızı rəngə çalan işıq yaydıqlarını müəyyənləşdirdi. Bu fikir, həmin vaxtadək qəbul edilən kainat anlayışını kökündən sarsıtdı

Oxumağa davam et

Materializmi elmi cəhətdən məhv edən kəşf: kvant fizikası

kvant fizikasıFiziki kainatın quruluşu ruhun varlığını anlamaq üçün kifayətdir. Mənim kvant mexanikası və ya kvant fizikası nəticəsində ruhun varlığını anladığımı deyə bilərik. Bunlar fiziki dünyanın ardında ruhla əlaqədar bir təməlin olduğunu göstərir. (Kaliforniya Universitetindən məşhur atomar fizik Fred Alan Vulf)

İsaak Nyutonun fikrincə, işıq “korpuskul” adlanan maddə axını idi. Tamamilə zərrəciklərdən ibarət idi. Başqa sözlə, kvant fizikası kəşf edilənə qədər qəbul edilən ənənəvi Nyuton fizikasına əsasən, işıq zərrəcik yığınından ibarət idi. XIX əsr fiziklərindən Ceyms Klark Maksvel isə işığın dalğa formasında olduğunu irəli sürürdü. Kvant fizikası fizikanın bu ən böyük mübahisəsini uzlaşdırdı.

1905-ci ildə Albert Eynşteyn işığın kvantalara, yəni enerji porsiyalarına malik olduğunu irəli sürdü. Bu enerji porsiyalarını foton adlandırdı. Oxumağa davam et

Albert Eynşteyn

imagesAlbert Eynşteyn:

 “İnsanın həqiqi hədəfini din müəyyən edir. Ancaq hansı vasitələrə istinad edilməsinin vacibliyi məsələsində elmin də söyləyəcəyi şeylər var. Elm həqiqəti qüsursuz öyrənmək istəyənlər tərəfindən formalaşdırılıb müəyyən çərçivələrə salınır. Lakin yenə də bunun mənbəyində böyük ölçüdə din var. Mən dərin imana sahib olmayan hər hansı bir elm adamı təsəvvür edə bilmirəm.”

 (Albert Einstein, Science, Philosophy, And Religion: A Symposium,- 1941, part 3)

Kainat Necə Yaranıb?

XX əsrin əvvəllərinədək materialistlərin hakim olduğu elm dünyasında geniş yayılmış görüş belə idi: kainatın sonsuz ölçülərə sahibdir, sonsuz əvvəldən bəri mövcuddur və sonsuz gələcəyə qədər də mövcud olacaqdır. “Sabit kainat modeli” adlandırılan bu inanca görə kainatın başlanğıcı və sonu yoxdur, kainat hüdudsuz maddələrin bütövüdür. Materialist fəlsəfənin əsasını təşkil edən bu görüş kainatın yaradıldığını da inkar edirdi.

Materializmə inanmış və ya bu fəlsəfənin təsirinə düşmüş çox sayda alim də sözügedən “sonsuz kainat” modelini elmi fəaliyyətlərində əsas olaraq götürürdülər. Astronomiya və fizika sahələrindəki bütün çalışmalar maddənin sonsuzluqdan bəri mövcud olduğu fərziyyəsinə əsaslanırdı. Qısaca desək, bir çox alim uzun illər boyu boş yerə səy göstərmişdi. Çünki elm çox keçmədən bu əfsanələri məhv edəcəkdi.

Sonsuz kainat modelinin səhv olduğunu görən Oxumağa davam et

Din Elmin Doğru İstiqamətlənməsini Təmin Edir

Elm yaşadığımız maddi dünyanın təcrübə və müşahidə yolu ilə tədqiqinə deyilir. Əlbəttə, elm bu tədqiqatları apararkən təcrübə və müşahidə yolu ilə əldə etdiyi faktlara əsaslanaraq və onları nəzərə alaraq nəticə çıxarır. Lakin bununla yanaşı hər bir elm sahəsində araşdırma aparmadan əvvəl qəbul edilən bəzi təməl şərtlər var. Bu şərtlərin hamısına ümumi olaraq “paradiqma” deyilir.

Bu təməl şərtlər aparılacaq elmi araşdırmaların “istiqamətini” müəyyən edir. Elmi araşdırmalardakı ilk addım “hipotez” (fərziyyə) müəyyənləşdirməkdir. Alimlər tədqiq edəcəkləri mövzu haqqında əvvəlcə müəyyən bir hipotez irəli sürürlər. Daha sonra bu hipotez elmi faktlarla sınanır. Əgər aparılan təcrübə və müşahidələr hipotezi təsdiqləyərsə, “hipotez” “sübut edilmiş prinsip və ya qanun” adlandırılır. Əgər hipotez təkzib edilərsə, başqa ehtimallar sınanır və bu proses davam edir.

Diqqətlə baxılsa, bu prosesin ilk mərhələsi olan hipotezin müəyyənləşdirilməsi elm adamlarının qəbul etdiyi tamamilə yanlış görüş ilə əlaqədardır. Məsələn, elm adamları bu səhv görüşləri səbəbindən “maddənin hər hansı bir şüurlu nizamlama olmadan, öz-özünü nizamlamaq qabiliyyətinə malik olması” kimi bir hipotez irəli sürə bilərlər. Sonra Oxumağa davam et

Allaha İnam Alimlərə Hədsiz Şövq və Həyəcan Verir

“Dinsiz elm şikəstdir.” Albert Eynşteyn

Din insanları elmə həvəsləndirir. Elmlə məşğul olan ağıl və vicdan sahibləri Allahın varlığının dəlillərinə çox yaxından şahid olduqları üçün eyni zamanda güclü bir imana da malik olurlar. Çünki bu insanlar hər tədqiqatda, hər yeni kəşfdə Allahın yaratdığı mükəmməl bir sistem, qüsursuz incəliklərlə qarşılaşırlar.

Məsələn, gözü tədqiq edən bir alim təkcə insan gözündəki kompleks sistemi görərək, bunun əsla təsadüflərlə, mərhələli şəkildə meydana gələ bilməyəcəyini anlayar. Bir az da dərindən nəzərdən keçirəndə gözü təşkil edən hər detalın möcüzəvi bir yaradılışa malik olduğuna şahid olar. Gözün bir-birinə uyğun onlarla ayrı-ayrı hissədən ibarət olduğunu görər və onu yaratmış Allaha olan heyranlığı qat-qat artar.

Eyni şəkildə kainatı tədqiq edən bir alim özünü bir anda minlərlə möcüzəvi ta­raz­lıqla qarşı-qarşıya görər. Hüdudlarını müəyyən etməyin mümkün olmadığı ucsuz-bucaqsız fəzada yerləşən milyardlarla qalaktika və bu qalaktikalardakı milyardlarla ulduzun böyük ahəng içində mövcud olması ona böyük araşdırma şövqü verər.

Bunların nəticəsində Oxumağa davam et

Quran Elmə Yol Göstərir

Quranda insanlar göylərin, yerin, dağların, ulduzların, bitkilərin, toxumların, hey­van­la­rın, gecə ilə gündüzün əmələ gəlməsi, öz doğuluşu, yağışın və yaradılmış daha bir çox varlığın üzərində düşünməyə və bu varlıqları tədqiq etməyə dəvət edilir. Bunları nəzərdən keçirən insan isə bütün varlıqlarda Allahın yaratma sənətini görərək, özünü və bütün kainatı yoxdan yaradan Rəbbimizi tanıma imkanı əldə edir.

Kainatı və içindəki bütün varlıqları tədqiq etməyin və Allahın yaratma sənətini kəşf edərək insanlara açıqlamağın yollarından biri isə elmdir. Dolayısı ilə elmi Allahın yaratma sənətindəki incəliklərinə çatmaqda bir metod kimi qəbul edən din elmlə məşğul olmağa insanları həvəsləndirir. Oxumağa davam et

Elmi Nailiyyətlər və Yaradılışı Müdafiə Edən Alimlər

Təkamülçülər nə qədər özlərini yenilik, dəyişiklik, inkişaf kimi anlayışlarla tanıtmağa çalışsalar da, hər dövrdə elmin, irəliləyişin, yenilik və inkişafın əsl qabaqcılları yaradılış gerçəyini müdafiə edən elm adamları olduğunu tarix göstərmişdir.

Elmi inkişafın hər anında imanlı elm adamlarının imzası var. Astronomiyada iz qoyan Leonardo da Vinçi, Kopernik, Kepler, Qaliley, paleontolotiyanın banisi Kuvier, botanika və zoologiyanın əsasını qoyan Linney, yerin cazibə qüvvəsini kəşf edən Nyuton, qalaktikaları və kainatın genişlənməsini kəşf edən Edvin Habl və daha bir çox elm adamı Allahın varlığına, kainatı və canlıları Onun yaratdığına inanan alimlər idi.

XX əsrin ən böyük alimlərindən biri kimi qəbul edilən Albert Eynşteyn isə iman barəsində belə deyir:

Oxumağa davam et