Demokratiyanın Əsas Prinsipləri Quranda Bildirilib

Business people communicating with each other against whitePeyğəmbərimizin (s.ə.v) yaşadığı Əsri-səadət dövründə müasir demokratik prinsiplər ən gözəl şəkildə tətbiq edilmişdir. Çünki insan hüquqları, demokratiya, azadlıq, gözəl əxlaq, elm, incəsənət, estetika kimi Quran əxlaqının tələbi olan anlayışların hamısı demokratik cəmiyyətin əsas prinsiplərini təşkil edir. Bəşəriyyətə xoşbəxtlik və həyat sevinci təqdim edən bu model Allahın Quranda bildirdiyi və qulları arasında tətbiq edilməsini istədiyi əsl müsəlman əxlaqıdır. Oxumağa davam et

Cahiliyyə cəmiyyətində evdar qadınların qısqanclığı

Cahiliyyə cəmiyyətində qısqanclıq hökm sürür. Ancaq qeyd etmək lazımdır ki, bu xüsusiyyət cahiliyyə cəmiyyətində müsbət xüsusiyyət kimi qəbul edi417911lir. Qısqanclığı sevgi və sədaqət əlaməti kimi göstərməyə çalışırlar. Əgər bir insan sevdiyini qısqanmırsa, onların fikrincə, bu, əsl sevgi deyil. Bu yanlış anlayışa əsasən, insanın qarşı tərəfin sevgisindən razı qalması üçün bütün insanlar arasında ancaq ona sevgi bəsləməlidir.

Halbuki, bu, çox səhv düşüncədir. Çünki hər şeydən əvvəl, sevgi çox üstün duyğu və əxlaqi xüsusiyyətdir. İnsanın sevgidə qısqanclıq etməsi Quran əxlaqına uyğun deyil. İnsan sevdiyi şəxsə sevgisini sədaqəti, bağlılığı, şəfqəti, gözəl sözləri və rəftarı ilə göstərir. Bu da qarşı tərəfdə sevildiyinə dair qəti fikir formalaşdırır. Lakin insanın özündən başqa heç kimsənin sevilməsini istəməməsi eqoistlikdir. Oxumağa davam et

Şeytanın əmri: Düşünməyin

Düşünmək qabiliyyəti insana dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan düşünərək Allahʹın sonsuz gücünü, nhkainatdakı qüsursuz sənətini qavrayır. Düşünən insan dünyada olan hər xırdalığın bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında yerinə yetirməli olan vəzifələri olduğunu qavrayır. Quranda bir çox ayədə yalnız düşünən insanların öyüd ala biləcəyi, Allahʹın varlığının dəlillərini ancaq onların görəcəklərini bildirmişdir. Quranın nazil olma məqsədi “Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ibrət alsınlar! “ (Sad surəsi, 29) ayəsində xəbər verildiyi kimi, insanların ayələr üzərində dərin düşünmələridir.            Oxumağa davam et

Gözəl Sözün Və Gözəl Üslubla Danışmağın Əhəmiyyəti

İnsanları tanımaqda mühüm rol oynayan cəhətlərdən biri də onların danışıq üslubudur. Düşüncə tərzi, inanclar, fikir və567924 düşüncələr sözlərlə ifadə edilir. İnsan qəlbində hiss etdiklərini, fikrindəkiləri, istəklərini, ideallarını və ya qorxularını istər-istəməz danışığında əks etdirir. Ona görə, bir insanın ağıllı və vicdanlı olub-olmadığı, əsasən, dediyi sözlərdən üzə çıxır. Dürüst, səmimi, etibarlı, doğru danışan, yoxsa saxtakar, pisniyyətli, yalan danışan adam olduğu da danışığından başa düşülür.
Danışıq üslubunun insanları tanıdan cəhət olduğu el arasında da məlumdur. Bir çox məsələdə bir nəfər haqqında qərar verərkən, əvvəlcə, onun danışığı əsas götürülür. Bunu iş müsahibələrində görürük. İşə götürənlər iş üçün müraciət edənlərin yazılı məlumatlarından əlavə, bu insanlarla bir neçə dəfə üzbəüz görüşüb müxtəlif mövzular haqqında onlardan məlumat alırlar. Bu müsahibələr nəticəsində həmin şəxsin xarakterinə aid işə götürəndə təsəvvür formalaşır. Oxumağa davam et

Quran əxlaqında qadın və kişi bərabərdir

Рисунок1Qadınlar dünyanın ən gözəl varlıqlarındandır. Gözəl əxlaqlı, dərin mənəviyyatlı, mərhəmətli, incə düşüncəli, fədakar qadınlar ruhun şəfasıdır. Bir çox insanla müqayisədə onların ağlı, diqqəti daha kəskin, incəlikləri görmə qabiliyyətləri daha üstündür. Sevib-sevilməyi, şəfqəti, dostluğu, qardaşlığı bir çox insandan daha yaxşı bilirlər. Ata-anaları, qardaş-bacıları, həyat yoldaşları, dostları, uşaqları üçün həmişə hər yerdə çox böyük nemətdirlər.

Ancaq bu qədər dəyərli olmalarına baxmayaraq, çox təəccüblüdür ki, dünyanın hər yerində qadınlar layiqincə qiymətləndirilmirlər. Oxumağa davam et

Allah Qorxusu Ağılın, Dürüstlüyün və Sevginin Əsas Səbəbidir

imagesAllah qorxusu bir insanın həm imanının çox kəskin göstəricisi, həm də onun əbədi həyatını müəyyən edən mühüm xüsusiyyətdir. İnsan ancaq Allah’dan qorxub çəkinərsə, axirətdəki sonsuz cənnət həyatına qovuşmağa ümid bəsləyə bilər. Dünyada isə gözəl əxlaqa yiyələnmək ancaq Allah’dan qorxmaqla və Onun əmrlərinə qəti şəkildə riayət etməklə mümkündür.

Allah’a qovuşacağını bilən və hər əməlinin qarşılığı olduğunu dərk edən insanla kimsəyə hesab vermək məcburiyyətində olmadığını zənn edən insanın əməlləri arasında böyük fərq var. Allah qorxusu olmayan insan hər cür pisliyi edə, mənfəəti üçün hər cür əxlaqsızlığa göz yuma bilər. Məsələn, çox adi səbəbdən və ya dünyəvi mənfəət üçün gözünü belə qırpmadan adam öldürən insan bunu Allah’dan qorxub çəkinmədiyi üçün edər. Oxumağa davam et

Əsl Xoşbəxtlik Ancaq Allaha Səmimi Qəlblə Yönəlməklə Mümkündür

İnsanların əksəriyyəti xoşbəxtliyi əldə etmək həsrəti ilə yaşayırlar. Öz məntiqlərinə əsasən, onları xoşbəxt edən hər şeyin arxasınca var gücləri ilə qaçırlar. Onlar xoşbəxtliyi və rahatlığı tanışları ilə müxtəlif ictimai fəaliyyətlərdə iştirak edərək, iş həyatında müvəffəqiyyət əldə edərək, məktəbdə əlaçı olaraq, səyahət edərək, sevdikləri işlərlə əylənərək, yaxşı karyera quraraq, müxtəlif hədiyyələr alaraq və bunun kimi dəyərləri qazanaraq əldə edəcəklərini hesab edirlər. Halbuki xoşbəxtliyi müvəqqəti və çox qısa olan dünya həyatına yönələn məqsədlərdə axtaran insanlar nə etsələr də, hansı yollara baş vursalar da, həsrətini çəkdikləri xoşbəxtliyə heç cür qovuşa bilməzlər. İnsanların bir çoxu xəyal etdikləri xoşbəxtliyi bu dəyərlərlə qazanmağın mümkün olmadığını görə bilmirlər. Həyatları həmişə əldə etməyə çalışdıqları xoşbəxtliyin arxasınca qaçarkən qəflətən sona çatır. “İstədiyim hər şeyi əldə etdim, amma hələ də xoşbəxt deyiləm”, “Bütün xəyallarıma qovuşdum, niyə xoşbəxt ola bilmirəm?”, “Xoşbəxtliyə nail olmaq bu qədər çətindirmi?” -deyə soruşur, amma çox vaxt bu sualın cavabını tapa bilmirlər. Oxumağa davam et