Əsl Sevgini Əldə Etməyin Yolları

Qəzetlərdə, jurnallarda, televizor kanallarında və ya ətrafımızda tez-tezbir bir-birilərini nə qədər çox sevdiklərini söyləyən insanların əyləncə yerlərində çəkilmiş rəsmlərini görürük.Bir müddətdən sonar həmin insanların dostluqlarının və ya evliliklərinin bitməsi ilə bağlı xəbərlərlə üzləşirik. Bir müddət əvvəl bir-birini sevdiyini, bir-birinə dəyər verdiyini, “bizim sevgimiz çox fərqlidir” söyləyənlər dava-dalaş edərək, cəmiyyətin qarşısında bir-birinə bəzən kobud sözlərsöyləyərək, böhtanlar ataraq, qarşı tərəfi məhkəməyə verərək ayrılırlar.

Bu şəxslər qəzetlərdən, televizor kanallarından bir-birini ittiham edərək sevgilərinin bitdiyini söyləyir, bir-birini günahlandırır, bir-birindən böyük məbləğdə maddi təzminat tələb edirlər.

İnsanlar arasındakı evlilik, iş ortaqlığı,  dostluq kimi əlaqələrin qopması bu və ya buna bənzər şəkillərdə baş verir. Məhkəmə dəhlizləri bir-birilə dalaşan, mübahisə edən, nifrətindən bir-birinin üzünə belə baxa bilməyən insanlarla dolub-daşır.

Bir müddət əvvəl sevdiklərini bildirən bu insanlar bir-birini alçaldaraq, nifrət edərək ayrılırlar. Oxumağa davam et

Əsl Xoşbəxtlik Ancaq Allaha Səmimi Qəlblə Yönəlməklə Mümkündür

İnsanların əksəriyyəti xoşbəxtliyi əldə etmək həsrəti ilə yaşayırlar. Öz məntiqlərinə əsasən, onları xoşbəxt edən hər şeyin arxasınca var gücləri ilə qaçırlar. Onlar xoşbəxtliyi və rahatlığı tanışları ilə müxtəlif ictimai fəaliyyətlərdə iştirak edərək, iş həyatında müvəffəqiyyət əldə edərək, məktəbdə əlaçı olaraq, səyahət edərək, sevdikləri işlərlə əylənərək, yaxşı karyera quraraq, müxtəlif hədiyyələr alaraq və bunun kimi dəyərləri qazanaraq əldə edəcəklərini hesab edirlər. Halbuki xoşbəxtliyi müvəqqəti və çox qısa olan dünya həyatına yönələn məqsədlərdə axtaran insanlar nə etsələr də, hansı yollara baş vursalar da, həsrətini çəkdikləri xoşbəxtliyə heç cür qovuşa bilməzlər. İnsanların bir çoxu xəyal etdikləri xoşbəxtliyi bu dəyərlərlə qazanmağın mümkün olmadığını görə bilmirlər. Həyatları həmişə əldə etməyə çalışdıqları xoşbəxtliyin arxasınca qaçarkən qəflətən sona çatır. “İstədiyim hər şeyi əldə etdim, amma hələ də xoşbəxt deyiləm”, “Bütün xəyallarıma qovuşdum, niyə xoşbəxt ola bilmirəm?”, “Xoşbəxtliyə nail olmaq bu qədər çətindirmi?” -deyə soruşur, amma çox vaxt bu sualın cavabını tapa bilmirlər. Oxumağa davam et

Kamil iman sahibinin sevgi anlayışı

– Allahı hər kəsdən və hər şeydən çox sevər,

– Peyğəmbərimizə (s.ə.v.) duyduğu sevgi bütün inananlara duyduğu sevgidən üstündür,

– möminlərə olan sevgisi Allahın rizasına əsaslanan sevgidir,

– ən çox sevdiyi insanlar Allahın rizasını qazanmağa ən çox səy göstərən, ən təqvalı olduğuna ümid etdiyi şəxslərdir,

– dünya həyatının bəzəklərinə qarşı həvəsli sevgi duymaz,

– gördüyü xeyirli işlərin əvəzində Allahın sevgisindən başqa heç bir mükafat istəməz,

– Allaha və elçisinə qarşı baş qaldıranlara qarşı əsla sevgi duymaz,

– bir şeyə qarşı duyduğu sevgi və ehtiyac o mövzuda fədakarlıq göstərməsinə mane olmaz,