Allahı Az Xatırlamağın Fəsadları

«Al­la­hı unut­duq­la­rı üçün Al­la­hın da on­la­rı öz­lə­ri­nə unut­dur­du­ğu kim­sə­lə­rə bən­zə­mə­yin! On­lar fa­siq­lər­dir!» («Həşr» su­rə­si, 19).

Bir in­sa­nın Al­la­hı xa­tır­la­maqda zə­if­lik gös­tər­mə­si Ona olan ya­xın­lı­ğı­nı azal­dır. Din əx­la­qı­na uy­ğun ya­şa­ma­yan in­san­lar Al­la­hı heç vaxt xa­tır­la­ma­dıq­la­rı, hət­ta gün­lər­lə ağıl­la­rı­na gə­tir­mə­dik­lə­ri üçün ha­lal-ha­ra­mı göz­lə­mə­dən hər cür gü­nah iş tut­ma­ğı və Al­la­hın əmr­lə­ri­nə əməl et­mə­mə­yi hə­yat tər­zi­nə çe­vi­rirlər.

Mö­min­lər isə is­tər söz­lə­ri ilə, is­tər­sə də ağıl­la­rın­dan ke­çir­dik­lə­ri dü­şün­cə­lə­ri ilə bü­tün hə­yat­la­rı bo­yun­ca Al­la­hı xa­tır­la­yıb zikr et­mə­li­dir­lər. İn­sa­nın bə­zən unu­da­raq Al­la­hı ağ­lın­dan çı­xar­ma­sı hət­ta iman gə­ti­rən bir in­sa­nın da bi­lə­rək­dən, ya­xud bil­mə­yə­rək­dən müx­tə­lif xə­ta və gü­nah­lar iş­lə­mə­si­nə sə­bəb ola bi­lər. Çün­ki Al­la­hı xatırlamadan ötən müd­dət ər­zin­də in­sa­nın ha­di­sə­lə­ri doğru şəkildə qavrayıb qiy­mət­lən­dir­mə­sin­də, yax­şı­nı pis­dən ayır­ma­sın­da, hə­rə­kət, dav­ra­nış və da­nı­şıq­la­rın­da, Quranın hökmlərinə ria­yət edən dü­şün­cə­ni rəhbər tutmasında cid­di qü­sur­lar mey­da­na gə­lə bilər. Oxumağa davam et