Allah`ın Quranda bildirdiyi nümunəvi müsəlman xarakterinə necə yiyələnmək olar?

349204-1366x768Bəzi insanlar düşdükləri mühitdən asılı olaraq tamamilə fərqli xarakterlər nümayiş etdirə bilirlər. Əyləncəli məkanlarda şən görünən bu insanlar ciddi vəziyyətlərdə təmkinli davranmağa çalışır, mənfəət güddükləri məqamlarda isə istənilən xarakterə bürünürlər. Evlərində, yad gözlərdən uzaq yerlərdə isə bu insanların əsl siması üzə çıxır. “Hər mühitin insanı” adını daşıyan bu xarakter pozuntusu cəmiyyət tərəfindən bacarıq və gözəl xüsusiyyət kimi qəbul edilir. Lakin bu davranış təhlükəli insan xarakterinin formalaşmasında bilavasitə rol oynayır. Belə ki, bu insanlar şəraitdən asılı olaraq ani xarakter dəyişdirir, gözləmədiyimiz hərəkətlər nümayiş etdirirlər. Məsələn, mülayim görünən bir insan mənfəətləri ilə ziddiyyət təşkil edən məqamlarda qəflətən əsəbiləşib özündən çıxır və ya yetkin bir insan adi hadisə qarşısında uşaq kimi davranmağa başlayır.

Oxumağa davam et

Allahı Az Xatırlamağın Fəsadları

«Al­la­hı unut­duq­la­rı üçün Al­la­hın da on­la­rı öz­lə­ri­nə unut­dur­du­ğu kim­sə­lə­rə bən­zə­mə­yin! On­lar fa­siq­lər­dir!» («Həşr» su­rə­si, 19).

Bir in­sa­nın Al­la­hı xa­tır­la­maqda zə­if­lik gös­tər­mə­si Ona olan ya­xın­lı­ğı­nı azal­dır. Din əx­la­qı­na uy­ğun ya­şa­ma­yan in­san­lar Al­la­hı heç vaxt xa­tır­la­ma­dıq­la­rı, hət­ta gün­lər­lə ağıl­la­rı­na gə­tir­mə­dik­lə­ri üçün ha­lal-ha­ra­mı göz­lə­mə­dən hər cür gü­nah iş tut­ma­ğı və Al­la­hın əmr­lə­ri­nə əməl et­mə­mə­yi hə­yat tər­zi­nə çe­vi­rirlər.

Mö­min­lər isə is­tər söz­lə­ri ilə, is­tər­sə də ağıl­la­rın­dan ke­çir­dik­lə­ri dü­şün­cə­lə­ri ilə bü­tün hə­yat­la­rı bo­yun­ca Al­la­hı xa­tır­la­yıb zikr et­mə­li­dir­lər. İn­sa­nın bə­zən unu­da­raq Al­la­hı ağ­lın­dan çı­xar­ma­sı hət­ta iman gə­ti­rən bir in­sa­nın da bi­lə­rək­dən, ya­xud bil­mə­yə­rək­dən müx­tə­lif xə­ta və gü­nah­lar iş­lə­mə­si­nə sə­bəb ola bi­lər. Çün­ki Al­la­hı xatırlamadan ötən müd­dət ər­zin­də in­sa­nın ha­di­sə­lə­ri doğru şəkildə qavrayıb qiy­mət­lən­dir­mə­sin­də, yax­şı­nı pis­dən ayır­ma­sın­da, hə­rə­kət, dav­ra­nış və da­nı­şıq­la­rın­da, Quranın hökmlərinə ria­yət edən dü­şün­cə­ni rəhbər tutmasında cid­di qü­sur­lar mey­da­na gə­lə bilər. Oxumağa davam et