Bəzi insanlar xətasız olmaq istəyirlər. Özlərini bacardıqca nöqsansız bir insan kimi göstərməyə və görməyə çalışırlar. Çünki xəta etdiklərini qəbul etsələr, hər kəs qarşısında rüsvay olunacaqlarından qorxurlar. Onlara görə ideal insan özünə heç bir xətanı yaraşdırmayan insandır.
Halbuki bu «xətasızlıq» anlayışı boş inancdan başqa bir şey deyildir. Həmçinin Quranda bizlərə belə bir mömin modeli nümunə olaraq göstərilməmişdir. Belə bir tipin yaradılması mümkün də deyil. Çünki insanın Allah qarşısındakı acizliyinin nəticəsi olaraq həyatı boyunca bir çox xəta və günahlar edə bilər. Əlbəttə ki, bunlardan qaçmalı, Allahın dininə riayət edərək xəta və günah etməməyə cəhd göstərməlidir. Ancaq Allahın aciz bir bəndəsi olduğunu və tamamilə xətadan xilas ola bilməyəcəyini də unutmamalıdır.
Buna görə bir ayədə yer üzərindəki hər insanın Allaha qarşı xəta və günah işlədə biləcəyi belə xəbər verilir:«Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı, yer üzündə bir nəfəri belə sağ qoymazdı. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirər. Nəhayət, onların vaxtı gəlib çatdıqda (həmin müddət yetişib qiyamət qopduqda hamını yenidən dirildərək hərəyə öz əməli müqabilində cəza, yaxud mükafat verər.) Çünki Allah Öz bəndələrini görəndir!» («Fatir» surəsi, 45).
Bir ilahi hökm olaraq Allah insanların xətaları və ya günahları ola biləcəyini, lakin bunda inad etməmələrini Quranda bildirmişdir. Mömindən gözlənilən işlədiyi bütün xəta və günahlar üçün hər zaman Allahdan bağışlanmasını diləməsidir.
Məhz inkar edənlər ilə möminləri bir-birindən ayıran ən önəmli xüsusiyyətlərdən biri də budur. İnkarçılar Oxumağa davam et →