PEYĞƏMBƏRLƏR ƏDALƏT GƏTİRİBLƏR

15İnsanların böyük əksəriyyətinin fikrincə, Allahın Quranda təsvir etdiyi ədalətin hakim olduğu mühit sadəcə kitablarda təsvir edilən və insanların xəyallarını bəzəyən utopiyadır. Bu düşüncəyə görə əsil ədalətin hakim olduğu cəmiyyətin olması əsla mümkün deyil. Halbuki bəşəriyyət tarixi boyu Quranda əmr edilən ədalətin hökm sürdüyü, insanlar arasında əmin-amanlıq, sevgi və təhlükəsizliyin olduğu dövrlər olmuşdur.

Allahın insanları xəbərdar etmək üçün göndərdiyi elçilərin yaşadığı cəmiyyətdə tolerantlıq, sülh və ədalət hökm sürmüşdür. Allahın “Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.” (Yunus surəsi, 47) ayəsində bildirdiyi kimi, bu dövrlərdə heç kimə zülm edilməmiş, insanlar arasında ədalət hakim olmuşdur.

Oxumağa davam et

Demokratiyanın Əsl Mənbəyi Allahın Elçiləri Olan Peyğəmbərlərdir

İnsan həyatının əsasını təşkil edən və həyat səviyyəsini yüksəldən azadlıq ancaq demokratiyanın hakim olması ilə mümkündür. Çünki demokratiya bütün insanların sosial ədalət, bərabərlik, hüquq və azadlıqlara malik olduğu idarəçilik üsuludur. Demokratiya peyğəmbərlər vasitəsilə Allahın qullarına Haqq Kitablarda vəhy etdiyi nemətdir. Bütün Haqq Kitablarda azadlıq, sevgi, mərhəmət, ədalət, hər kəsin azad yaşadığı, fikirlərini sərbəst ifadə etdiyi sülh mühiti əmr edilmişdir. Ona görə demokratiyanın ilk dəfə təşəkkül tapdığı yer kimi qəbul edilən Yunanıstan və ya dövrümüzdə demokratiyanın mərkəzi qəbul edilən Avropa ölkələri demokratiyanı Haqq Kitablardan öyrəniblər. Ancaq demokratiyanın ən mütəşəkkil forması İslam əxlaqının bütün dünyaya hakim olması ilə yaşanacaq.

İslam əxlaqından xəbərsiz olan və ya İslam haqqında yeni məlumat əldə edən bəzi insanlar İslamı yanlış mənbələrdən öyrəndikləri üçün yanlış düşünürlər. Bu insanlar heç bir əsası olmadığı halda İslamın həyat tərzlərini məhdudlaşdıracağını, azadlıqlarını əllərindən alacağını, düşüncələrini nəzarət altında saxlayacağını, elmi və mədəniyyəti məhdudlaşdıracağını zənn edirlər. Halbuki Oxumağa davam et

Şübhə Etmədən İman Etməliyik

Mö­min in­san Al­la­hın və Onun el­çi­si­nin əmr­lə­ri­ni qəl­bən və bo­yun əyə­rək ye­ri­nə ye­ti­rir, onun söz­lə­ri­nə ita­ət edər­kən qəl­bin­də ən ki­çik bir sı­xın­tı və şüb­hə his­si ke­çir­məz. Mö­min insan Al­la­hın və Onun el­çi­si­nin hökm et­di­yi hər şe­yin ən doğ­ru, ən yax­şı və ən xe­yir­li ol­du­ğu­nu bi­lir. Bə­zən şey­tan el­çi­nin de­di­yin­dən fərq­li iş­lər ye­ri­nə ye­tir­mə­si­ni əmr et­sə də, mö­min ən xe­yir­li yo­lun öz el­çi­si­nin əmr et­di­yi yol ol­du­ğu­nu bi­lə­rək hə­rə­kət edir. Bu qəl­bdən gələn sə­mi­mi mü­na­si­bət isə mö­mi­nin ima­nın­dan qaynaqlanır.

Əks hal­da, yə­ni za­hi­rən ita­ət edib qəlb­ən tam sə­mi­miy­yə­tin ol­ma­ma­sı isə ayə­lər­də bil­di­ril­di­yi­nə gö­rə, hə­min in­sa­nın əs­lin­də iman gətirmədiyinin sü­bu­tu­dur: Oxumağa davam et