Hər İşimizdə Necə Allaha Yönələ Bilərik?

Allah imtahanın tələbi olaraq dünya həyatını çox rəngarəng,  zənginliklərlə dolu, həmişə davam edəcəkmiş hissi oyandıran, bir hadisə bitdiyində yeni hadisələrin başladığı, söhbət etdikcə bitməyəcək gözəlliklər içində yaratmışdır. Əlbəttə dünya həyatının bu cür geniş görünməsi, Allahın sonsuz müxtəliflikdəki yaratma sənətinin bir təzahürüdür.

Allaha iman edən bir insan bu qarışıqlıq və ehtişamlı zənginlik içində bütün diqqətini Allaha və Allahın razılığını qazanmağa yönəltməlidir. Allahdan qorxan və həyatını Quran əxlaqına görə davam etdirən bir insan, Allahın razılığını dünyadakı hər şeydən üstün tutar. Belə bir imani dərinliyə çatmış insan hər işində, hər danışdığında, hər rəftarında bütün diqqətini Allaha və Allahın ən bəyənəcəyi əxlaqı yaşamağa verər. Zehnində mütəmadi olaraq, “Hansı rəftarı göstərsəm Allahı razı edərəm?” düşüncəsi var. Oxumağa davam et