Elmin sübut etdiyi həqiqət: qədər

renk_3b_0801_baslikQədər tarix boyunca mübahisə edilən mövzulardan biridir. Allahın kainatı və canlıları, keçmiş və gələcək bütün hadisələri “bir anda” yaratmasına qədər deyilir. Bu da kainatın yaradılmasından qiyamətə qədər baş verən bütün hadisələrin Allah Qatında “baş verib bitməsi” deməkdir. Hələ baş verməyən hadisələr “bizim” üçün gələcək sayılır, Allah üçün deyil. Belə ki, Allah zamana və məkana tabe deyil, çünki zamanı və məkanı yaradan Odur. Qısası, Allah üçün keçmiş, gələcək və bu an eynidir və hər şey olub bitmişdir. Məsələn, Allah hz. Musa doğulmadan və ya Misir dövləti qurulmadan Fironun həyatının necə olacağını bilir. Çünki bunların hamısı Allah Qatında “bircə an” olaraq yaradılmışdır.

Oxumağa davam et

İslam xəbərləri

imagesMəşhur ateist Allah’ın varlığını qəbul etdi

Allah’ın varlığını inkar edən, kainatın yaranmasını elmi dəlillərə əsaslandıran Hokinq Allah’ın varlığını qəbul etdi.

Yazıları səsə çevirən kompyuterin köməyi ilə danışan və illərdən bəri Allah’ın varlığını inkar edən fikirləri ilə ateistlər arasında məşhur olan fizika alimi Stiven Hokinq 70 yaşına qədəm qoyduğu yaxın günlərdə hamını təəccübləndirən ifadələr işlətdi. Hokinq dedi: “Kainatın yaranması elmi həqiqətə əsaslanır və bu, Allah`ın olmaması demək deyildir”. Oxumağa davam et

Din Allah Üçün Yaşamaqdır

images“Allah üçün yaşamaq” nə deməkdir?

Müsəlmanlar Allah’ın varlığını və böyüklüyünü dərk edən, Onu çox sevən, Ondan qorxub çəkinən və həyatlarını bu həqiqətə uyğun tənzimləyən insanlardır. Digər insanlar isə (Allah’ı tənzih edirik) ya Allah’ı inkar edənlər, ya da Allah’ın varlığını qəbul etmələrinə baxmayaraq, Allah’dan qorxub çəkinməyənlərdir.

Bu cür insanlar onları yaradan Allah’ı yada salmadan yaşayırlar. Böyük ağılsızlıqla, həyatlarının kim tərəfindən, necə və nə üçün başladığına etinasız yanaşırlar. Beyinlərində (Allah’ı tənzih edirik) Allah’a və Onun dininə yer olmayan yeni həyat qurmağa çalışırlar. Oxumağa davam et

Allahın Varlığı Elmi Cəhətdən Sübut Edilə Bilər

imagesAllah’ın varlığı elmi cəhətdən necə sübut edilə bilər?

Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin düzəldildiyini görəcəksiniz. Divarlar, döşəmə, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündəki stəkan və daha bir çox şey… Bircə dənəsi belə öz-özünə əmələ gəlib otağınıza gəlməyib. Ən adi görünən xalça saçağını belə toxuyan birisi var, o saçaq oraya öz qərarı ilə təsadüfən gəlib yerləşməmişdir.

Əlinə bir kitab alan insan da onun bir müəllif tərəfindən müəyyən məqsəd çərçivəsində yazıldığını bilir. Bu kitabın təsadüfən meydana gəldiyini əsla düşünməz. Eyni şəkildə, bir heykələ baxan insan onun  heykəltəraş tərəfindən düzəldildiyinə heç şübhə etməz. Oxumağa davam et

Yaradılış Dəlilləri

Oturduğunuz yerdən ətrafınıza bir baxın. Olduğunuz otaqdakı hər şeyin “düzəldilmiş” olduğunu görəcəksiniz. Divarlar, döşəmələr, tavan, oturduğunuz stul, əlinizdə tutduğunuz kitab, stolun üstündə duran bir stəkan; sayılmayacaq qədər çox əşya… Bunlardan tək bir dənəsi belə öz başına əmələ gəlib otağınıza gəlməmişdir. Ən adi görünən xalı saçağını belə işləyib hazırlayan vardır; o saçaq oraya öz qərarı ilə, təsadüfən gəlib yerləşməmişdir.

Əlinə bir kitab alan insan da, onun bir yazıçı tərəfindən bəlli bir məqsəd üçün yazıldığını bilir. Bu kitabın təsadüfən ortaya çıxdığını fikrinə belə gətirməz. Eyni halda bir heykələ baxan insan, onun bir sənətkar tərəfindən hazırlandığına heç bir şübhə etməz. Nəinki saysız sənət əsərinin öz-özünə yarandığını düşünmək, hətta üst-üstə duran 2-3 kərpici belə planlı bir hərəkətlə o şəklə gətirən kimsəni olduğunu heç kim inkar etməz. Başqa bir sözlə desək, kiçik ya da böyük, qayda olan yerdə, şübhəsiz bu qaydanın bir qurucusunun və qoruyucusunun olması labüddür. Bir gün biri çıxıb, xam dəmir və kömürün təsadüfən poladı, poladın təsadüfən Eyfel Qülləsini təşkil etdiyini iddia etsə, bu adamın və ona inananların ağıllarına şübhə edilməzmi? Oxumağa davam et