Dünyanın ən yoxsul insanları dünyanın ən zəngin qitəsindədir

poverty-shoes*1200xx3870-2177-0-199Dünya əhalisinin 15%-ni məskunlaşdırır.

Yeraltı və yerüstü zənginlikləri baxımından isə dünyanın ən dəyərli bölgəsidir.

Dünyadakı qaz ehtiyatlarının 8%-inə malikdir. Qitədəki 45 ölkədə neft yataqları mövcuddur.

Dünyadakı kobaltın 57%-i, almazın 47%-i, manqanın 49%-i, fosfatın 31%-i, qızılın isə 21%-i bu qitədə yerləşir. Bundan əlavə, qitə hidroelektrik enerjisi, günəş enerjisi və geoistilik enerji baxımından da çox geniş potensiala malikdir.

Əkinçiliyə əlverişli əraziləri də olduqca çoxdur. Dünyanın bir çox ölkəsi bu qitədə torpaq icarəyə götürərək kənd təsərrüfatı ilə məşğul olur. Bütün bu xüsusiyyətləri ilə birlikdə Afrika ərazisinə görə dünyanın ikinci ən böyük qitəsidir.

Bu məlumatlar insana təbii olaraq Afrika qitəsinin ən zəngin ölkələr və insanlar diyarı olduğunu düşündürür. Ancaq vəziyyət tam əksinədir.

Afrika dünyanın ən yoxsul və ən az inkişaf etmiş qitəsidir. Dünyadakı ən kasıb 49 ölkədən 34-ü Afrikadadır. Qitə əhalisinin 40%-dən çoxunun gündəlik 1 dollardan az gəliri var. Üstəlik qitəyə vətəndaş müharibələri, terror, xəstəliklər, yoxsulluq və aclıq hakimdir. Oxumağa davam et