Amerikada lobbilər dövrü sona çatır?

lobbi8 noyabr prezident seçkisi ABŞ siyasəti haqqında bilinən bir çox qəlibləri sındırdı. Bu günə qədər ABŞ prezidenti olmaq üçün əsas medianın dəstəyinin vacibliyinə inanılırdı. Namizədlər seçkilərdə qalib gəlmək üçün ən çox büdcəyə sahib olmağa çalışırdılar. Bu qədər böyük məbləği yığmaq üçün də bir ovuc mənfəət qrupu və sərmayədarın dəstəyi lazım idi. Maliyyəçilər tərəfindən dəstəklənməyən heç bir namizəd prezident ola bilməzdi. Partiya iyerarxiyasının, ideoloqlarının, Hollivud və idman dünyasının məşhurlarının dəstəyini almayan namizədlər məğlub olmağa məhkum hesab edilirdi. Seçki proqnozlarının qalib tərəfi müəyyən etdiyi zənn edilirdi. Sadaladığımız bu qruplar ABŞ seçkiləri üçün mütləq idi. Bir araya gəldikdə bir çoxları tərəfindən “establishment” adlandırılan ABŞ-dakı “qurulmuş nizamı” təşkil edirdilər. Belə ki, bu “qurulmuş nizam” tərəfindən qəbul edilməyən, dəstəklənməyən, maliyyələşdirilməyən namizədin prezident seçilməsi qeyri-mümkün hesab edilirdi. 150 milyon seçiciyə isə bu sistemdə tamaşaçı rolunu oynamaq düşürdü. Oxumağa davam et