Anaya Verilən Dəyər

Allah, İslam əxlaqı ilə insanların həm ictimai, həm də şəxsi hüquqlarını zəmanət altına alıb onlara ən rahat, ən dinc və ən xoşbəxt şəkildə yaşamağın yolunu göstərib. Quran əxlaqı qadını-kişini, gənci-yaşlını, varlını-kasıbı ayırmadan bütün insanlara qarşı ədalətli, mərhəmətli və xoş münasibətdə olmağı tələb edir. Mömin, qarşısında kim olursa olsun həyatının sonuna qədər bu əxlaqı gücünün çatdığı ən gözəl şəkildə göstərməklə məsuldur. Çünki iman edən bir insan bütün gözəl əxlaqi xüsusiyyətlərini Allah ona əmr etdiyi üçün yaşayar. Bu səbəbdən də qarşısındakı insanın ictimai mövqeyi, cinsiyyəti, yaşı onun göstərəcəyi münasibət və davranışlarına təsir etməz.

Allah Quranda həm qadına qarşı, həm də anaya qarşı göstərilən gözəl əxlaqın əhəmiyyətinə diqqət çəkir. Oxumağa davam et