CNN-də darvinist nağıllar təkrarlanır: Homo naledi

upload-homo6_3435006b-pic905-905x505-72887Elm həqiqətə nail olmada mühüm vasitədir. Ancaq istifadə edilən üsulların qərəzsiz olması və elmi həqiqətlərdən uzaqlaşdırılmaması şərti ilə… Lakin bir çox darvinist araşdırmada müxtəlif heyvan və insan növləri arasında müqayisə aparılarkən, əslində, elmi həqiqətlərə deyil, kobud üsullara əl atılır. Oxumağa davam et

Əksəriyyətin təkamül nəzəriyyəsinə inanması Darvinizmin doğru olduğunu göstərmir

charles-darwinDarvinistlər: “Təkamül nəzəriyyəsi elm dünyasında əksəriyyət tərəfindən qəbul edilir”, – deyə yalan təbliğat aparırlar. Başqa sözlə, təkamülçülər insanlara onlarla həmfikir olan çoxlu elm adamlarının olduğunu və əksəriyyətin həmişə haqlı olduğunu təlqin edirlər. “Bu qədər insan təkamül nəzəriyyəsini müdafiə etdiyinə, universitetlərdə təkamülə inananlar əksəriyyət təşkil etdiyinə görə nəzəriyyə doğrudur” kimi həqiqəti əks etdirməyən məntiqlə cəmiyyətdə psixoloji təsir meydana gətirməyə çalışırlar. Müsəlmanlar bu yalan təlqinlərdən təsirlənməməli və darvinistlərin yalanlarına aldanmamalıdırlar. Oxumağa davam et

“Növlərin Təkamülü” İddiasının Elmə Verdiyi Zərərlər

Yer üzündə milyonlarla canlı növu var və bu canlı növləri bir-birlərindən bir çox cəhətlərinə görə fərqlənirlər. Atlar, quşlar, ilanlar, kəpənəklər, balıqlar, pişiklər, yarasalar, soxulcanlar, qarışqalar, fillər, ağcaqanadlar, arılar, delfinlər, dəniz ulduzları, meduzalar, dəvələr… Bu canlıların hər birinin fiziki xüsusiyyətləri, yaşadıqları mühit, ov üsulları, müdafiə taktikaları, qidalanma vərdişləri, çoxalmaları, qısaca olaraq, malik olduqları hər cür xüsusiyyətləri arasında böyük fərqlər var.

Bəs bu canlılar necə meydana çıxıblar?

Bu sual üzərində ağlını istifadə edərək düşünən hər kəs bütün canlıların qüsursuz yaradıldıqlarını anlayacaqdır. Hər bir dizayn onu quran dizaynerin varlığını göstərir. Canlılar da kainatdakı digər bütün dizayn nümunələri kimi Allahın varlığını sübut edir.

Oxumağa davam et

Sümüklərdəki Qəfəs Sistemlərinin Möhkəmliyi

Bədənin hərəkəti və qorunması kimi mühüm funksiyanı yerinə yetirən sümüklər bu işi asanlıqla görəcək keyfiyyət və möhkəmlikdə yaradılmışlar. Məsələn, bud sümüyü dik formada bir ton ağırlığa tab gətirə bilər. Belə ki, atılan hər addımda bu sümüyümüzə bədən ağırlığımızdan üç dəfə ağır yük düşür. Hətta dirəklə hündürlüyə tullanan bir idmançı yerə enərkən bud sümüyünün hər sm2-i 1400 kq-lıq təzyiqə məruz qalır.

Sümüklərdəki nizamın mükəmməlliyinin tam şəkildə başa düşülməsi üçün belə bir bənzətmə edək. İnsanın istifadə etdiyi ən möhkəm və yararlı materiallardan biri poladdır. Çünki polad həm möhkəm, həm də elastik maddədir. Ancaq sümüklər bərk poladdan daha möhkəmdir və 10 dəfə artıq elastikliyə malikdir. Sümüklər poladdan ağırlıq baxımından da üstün quruluşdadır. Bir polad karkas insan skeletindən 3 dəfə ağırdır. Oxumağa davam et