Arılardakı pətək inşası bənzərsizdir

Arıların dünyası araşdırıldıqca elm adamları daha çox heyrətə düşüblər. Onları təəccübləndirən, altıbucaqlı, maili, kvadrat kimi riyazi şəkillərlə əlaqədar hesablamaların və bu şəkillərin hansının pətəyin harasında olacağı kimi təfərrüatların arılar tərəfindən əskiksiz bir şəkildə hazırlanmasıdır. Məsələn, arılar mövzusunda yazılmış əhəmiyyətli əsərlərdən olan “The World of Bees” kitabında tədqiqatçı Murray Hoyt pətək istehsalını belə yekunlaşdırır:

Bir çox fərqli arının, ağızlarındakı bal mumunu lazımlı yerə buraxdıqdan sonra eyni qalınlıq və şəklin meydana gəlməsi təəccüblüdür. Bütün bunlardan, on minlərlə böcəkdən hər birinin öz-özünə usta bir mühəndis olduğu qənaətinə gəlirsiniz.

BalmumuArı

Hər arı pətəkdəki öz bölgəsinə kiçik bir bal mumu əlavə edər və hər bir pətək hücrəsi buna baxmayaraq, digərləriylə eyni ölçü və şəkildədir. Arıların işinə baxdığınızda, hər birinin özbaşına bir oraya, bir buraya təsadüfi uçduğunu sanarsınız. Pətək emalında sanki bir mühəndisin möcüzə proqramı kimi ölçülər və genişliklər vardır. Yüzlərlə, minlərlə arı hər nöqtəsindən işləyər, dəyişdirər. Ən uyğun boşluqlar, ən uyğun hücrə ölçüləri ortaya çıxar. (132)

Oxumağa davam et

Mühəndislik Möcüzəsi: Pətək

Arıların ən heyrət verici xüsusiyyətlərindən biri də etdikləri düzgün altıbucaqlı pətəklərdir. Sıx bir arı qrupu pətək inşa edərkən seyr edildiyində, ilk ağıla gələn bu qrupun etdiyi işin nəticəsində bir qarışıqlığın ortaya çıxacağıdır. Bir-birindən müstəqil hərəkətlər edən kimi görünən bu canlıların birlikdə son dərəcə intizamlı strukturlar meydana gətirə biləcəklərinə çox ehtimal verilməyə bilər. Halbuki, çöldən görülənin əksinə, pətək hörən arılar qüsursuz bir uyğunlaşma içində və son dərəcə nizamlı bir şəkildə işləyirlər. Belə ki, hər biri fərqli yerlərdən başlamalarına baxmayaraq, hamısı eyni böyüklükdə altıbucaqlı hücrələr istehsal edə bilirlər. Bu altıbucaqlıları ortada birləşdirdiklərində heç bir şəkildə birləşmə yerləri müəyyən olmaz və altıbucaqlıların bucaqlarında hər hansı bir çatışmazlıq da olmaz.

Arılar yalnız şanda ehtiyac olduğu zamanlarda pətək hörərlər. Bu pətəkləri sığınmaq, yemək yığmaq və sürfələrini böyütmək üçün inşa edərlər. Pətəklərin hər istiqamətdən nizamlı bir quruluşları vardır. Məsələn, arı pətəkləri cüt üzlüdür. Hər iki üzdə də yüzlərlə, hətta minlərlə göz olar. Bu gözlərin bal, tozcuq və yumurta ilə doldurulmaları da yenə müəyyən bir nizam içində reallaşar. Bir sıralama edilsə, bir arı pətəyində, ən üstdən başlamaq üzrə orta hissəyə qədər bal olar. Ara hissədə tozcuqlar, ən altda da sürfə otaqları yer alar. Bal anbarları şanın yan tərəflərində də davam edər. Ancaq işçi arılar sürfə otaqları ilə bal otaqları arasına mütləq bir neçə sıra tozcuq anbarı edərlər. (120) Bu şəkildə bal, sürfələr və tozcuq bir-birinə qarışmamış olar. Şübhəsiz, pətək içində bal və sürfələrin bir-birinə qarışmaması ən çox insanların işinə yarayır. Əks halda arıçılar üçün içindən çıxılmaz bir vəziyyət meydana gələrdi. Pətəkdən bir hissəsini ayırmaq istəyən arıçılar, bal götürməyə çalışarkən arı koloniyasının yeni fərdlərinə istəmədən zərər vermiş olardılar. Ayrıca sürfələrlə qarışacağı üçün bal yemək də olduqca çətinləşərdi.

Oxumağa davam et