Bal arısı

bal arisiBal arısı dayanmadan və dincəlmədən gündə iyirmi min çiçəyə qonur. Həyatı boyu  2.000.000 km-lik yol qət edir və bu məşəqqətli işin nəticəsi olaraq bizə bal kimi dadlı qida verir.

1-Arıya bal hazırlamaq qabiliyyətini kim öyrədib? Bütün insanlar toplanıb bir qramını belə hazırlaya bilmədiyi balı bu həşərat necə düzəldir? Yoxsa bizdən ağıllıdır?

2-Arının təkcə bal hazırlamağı bilməsi kifayət deyil. Bal həm də insan üçün çox faydalıdır. Deməli, balı hazırlayanın insan orqanizmi barədə məlumatı olmalıdır. Halbuki, arıda belə bir elmi yoxdur.

3-Balı hazırlayıb insanlara yedirtmək rəhmət və şəfqətin əsəridir. Halbuki, arının bizə qarşı nə mərhəməti, nə də şəfqəti var. Buna dəlil isə fürsət tapdıqda bizi zəhərli iynəsi ilə sancmasıdır. Elə isə bizə qarşı mərhəmət edən və şəfqət bəsləyən kimdir? Oxumağa davam et

Ölümə Tələsən Erkək Arılar

Arı ailəsində hər arının öz işi var. Ancaq erkək arılar istisnadır. Erkək arılar nə pətəyin qorunmasında, nə təmizliyində, nə də qida tədarükündə iştirak edirlər. Onların pətəkdəki yeganə funksiyası ana arını mayalandırmaqdır. Cütləşmə orqanlarından başqa heç bir xüsusiyyətə malik olmadıqlarına görə ancaq ana arını mayalandırmaqla məsuliyyət daşıyırlar.

Qış aylarında pətəkdə ancaq ana və işçi arılar olur. Çünki qış gəlməmiş erkək arılar ya pətəkdən bayıra atılır, ya da öldürülürlər. Lakin qış çıxdıqda işçi arılar erkək arılar üçün pətək inşa etməyə başlayırlar. Ana arı isə şan qovuqcuğuna erkək arıları yetişdirən yumurtalarını qoyur. May ayının əvvəlində erkək arılar qovuqcuqlardan çıxmağa başlayırlar. Oxumağa davam et